Məhkəmə qərarları › İş №3(125)-779/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-779/2023

26.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-779/2023 26.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala icra işi ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs İXM-in 528.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. Məhkəmədə icra məmuru X5 bildirdi ki, icra işi onun icraatındadır, lakin o, məzuniyyətdə olduğu üçün inzibati protokol icra məmuru Cəlal Salmanov tərəfindən tərtib edilmişdir. Şəxs Kəlbəcər Rayon Məhkəməsinin 2(040)925/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən hər ay 320 manat aliment, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-585/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən isə 5805 manat pul vəsaiti alınaraq Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və xəbərdarlıq göndərilmişdir. Bundan əlavə borclu ilə bir neçə dəfə telefon əlaqəsi saxlanılmış və borcun ödənilməsi tələb edilmişdir. Hal-hazırda borclu Şəxs ödənilməmiş 13440 manat aliment və 5805 manat isə pul borcu vardır. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə tərəfimizdən zəruri icra tədbirləri görülmüş və bununlada borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Göstərilənlərə əsasən borclu Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs bildirmişdir ki, o, zərərçəkmiş şəxsə heç bir ödəniş etməyəcəkdir. Çünki Zərərçəkmiş şəxs başqası ilə evlənmişdir, o, uşaqlarının başqasına ata deməsinə razı deyil, buna görə də uşaqları Şəhanədən alacaqdır. O, Şəhanəyə aliment ödəsə sonuncu həmin pulu evləndiyi şəxsə xərcləyəcəkdir. Əgər Şəhanə uşaqlara baxa bilmirsə, versin ona, o, özü uşaqlarına lazımı qaydada baxacaqdır. Lakin o, Şəhanəyə heç bir ödəniş etmək fikri yoxdur. Sonda o, xəstə anasına və məhkum qardaşına baxdığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs bildirmişdir ki, Şəxs aliment və pul borcunu ödəmir, hər dəfə ona hədə qorxu gəlir, təhqir edir. Sonda o, Şəxs borcunu tam şəkildə ödəməsini tələb etmiş, əks təqdirdə onun barəsində ən ağır cəzanın verilməsini xahiş etmişdir. İş materiallarında olan: - xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-995/2019 nömrəli, xx.xx.2019-cu il tarixli və 2(040)-585/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədlərini icra etmədiyi üçün Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsidə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. - Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-995/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, borclu Şəxs 4 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 80 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tələbkar X1 xeyrinə tutulması qət edilmişdir. - Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-585/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, borclu Şəxs 34 adda, cəmi 5775 manat dəyərində cehiz cehiz əşyaların (qaytarılmayan əşyaların dəyərinin) alınaraq tələbkar X2 verilməsi qət edilmişdir. - “tələbin könüllü icrası haqqında” bildirişlərdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra edilməsi üçün 10 gün müddət təyin edilmiş və 10 gün ərzində aliment borcunun ödənilməməsi halında ona İcra haqqında Qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. - Şəxs xx.xx.2023-cü il tarixdə icra idarəsində verdiyi izahatdan görünür ki, o, bu günə kimi heç bir ödəniş etməmiş, gələcəkdə də ödəməyəcəkdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Şəxs icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etməməsi, beləliklə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün və zərərçəkmiş şəxsin izahatı, barəsində tərtib olunmuş inzibati protokol və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Çünki Şəxs özü izahatında Zərərçəkmiş şəxs ödəniş etmədiyini və gələcəkdə də ödəniş etməyəcəyini bildirmişdir. Bu isə onun qərəzli şəkildə, üzrsüz səbəbdən aliment və pul borcunu ödəmədiyini göstərir. Belə ki, Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar