Məhkəmə qərarları › İş №3(125)-779/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-779/2024

28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-779/2024 28.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində Azərbaycan Respublikası Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 19080305 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayətə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: X5 şikayətlə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 19080305 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, o, Chevrolet Cruize markalı **-FG-*** dövlət nişanlı avtomobillə Bakı şəhərindən Gəncə şəhərinə gələn zaman Bakı - Qazax yolunun müxtəlif kilometrlərində sürücülük hüququ olmadan idarə etmə əsası ilə kameralara düşmüş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra -İXM) 332.3-cü maddəsi ilə bir neçə dəfə Gəncə şəhərinə çatanadək yol boyu inzibati cərimə tətbiq edilmişdir. Qeyd olunan qərarlar ona rəsmi qaydada təqdim edilməmiş, yalnız bununla bağlı məlumatı sms radar proqramı vastəsilə əldə etmişdir. Hesab edir ki, bu qanunsuzdur və həmin inzibati xəta haqqında protokol və qərarlar ləğv edilməlidir. Qeyd etmişdir ki, avtomobil ilə Bakı şəhərindən hərəkətə başlayan zaman onun sürücülük hüququ olmuşdur. Sürücülük hüququnun məhdudlaşdırılması barədə heç bir məlumatı olmamışdır. Görünür avtomobil ilə Bakı-Qazax yolunda hərəkətdə olan zaman hansısa yol qayda pozuntusu törətdiyindən avtomatik olaraq pozuntu kameralar vasitəsilə müəyyən olunmuş və avtomatlaşdırılmış qaydada sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı elektron qaydada qərar qəbul edilmiş və bu məlumat mərkəzi informasiya bazasına ötürülmüşdür. SMS radar vasitəsilə əldə etdiyi məlumata əsasən bu qayda pozuntusunun qeydə alınma yeri Bakı-Qazax yolunun 300.1-ci km-də olmuş və bu barədə İXM-nin 332.3-cü maddəsi ilə protokol və qərar qəbul edilərək 50 manat miqdarında cərimə olmuşdur. Bundan sonra yuxarıda qeyd etdiyi kimi bütün yol boyu quraşdırılmış kameralar, eləcə də Gəncə şəhərində yerləşdirilmiş kameralar bu halı nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən avtomobili idarəetmə kimi qəbul edərək artıq barəsində İXM-nin 332.3-cü maddəsi ilə əsassız olaraq protokollar tərtib etmişdir. Qeyd olunanların nəzərə alınaraq xx.xx.2024-cü il tarixli, EQ 19080305 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli və qərar ləğv edilərək yenidən araşdırılması üçün qərarı qəbul etmiş orqana göndərilməlidir. İş materiallarında olan sənəddən görünür ki, xx.xx.2024-cü il tarixli, EQ 19080305 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərara əsasən X5 İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 300 (üç yüz) manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. Gəncə şəhər X9 Şöbəsindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.2024-cü il tarixli 3(125)-770/2024 saylı sorğunuza cavab olaraq bildiririk ki, xx.xx.2024-cü il tarixdə saat 21:59:04 radələrində Chevrolet Cruze markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobil yolda müəyyən olunmuş surət həddini aşdığı üçün həmin avtomobilin mülkiyyətçisi X5 barəsində elektron qaydada EQ 19079957 saylı inzibati protokol tərtib edilərək Azərbaycan Respublikasının İXM-in 328.3 və 327.7-ci maddəsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilmişdir. xx.xx.2024-cü il tarixdə saat 22:25:10 radələrində qeyd edilən avtomobil yenidən yolda müəyyən olunmuş sürət həddini aşdığı üçün barəsində elektron qaydada EQ 19080176 saylı inzibati protokol tərtib edilərək Azərbaycan Respublikasının İXM-in 328.3 və 332.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2 və 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 327.7-ci maddəsinə əsasən bu Məcəllənin 327.2 - 327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.3-cü maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə -nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. Həmin Məcəllənin 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X5 xx.xx.2024-cü il tarixli, EQ 19080305 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərara əsasən xx.xx.2024-cü il tarixində saat 22:43:28-də Bakı-Qazax yolunun 300.1-ci km-də nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 300 manat cərimə edilmişdir. X5 şikayət ərizəsində qeyd etmişdir ki, Cruize markalı **-FG-*** dövlət nişanlı avtomobillə Bakı şəhərindən Gəncə şəhərinə gələn zaman Bakı - Qazax yolunun müxtəlif kilometrlərində sürücülük hüququ olmadan idarə etmə əsası ilə kameralara düşmüş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə bir neçə dəfə Gəncə şəhərinə çatanadək yol boyu inzibati cərimə tətbiq edilmişdir. Qeyd olunan qərarlar ona rəsmi qaydada təqdim edilməmiş, yalnız bununla bağlı məlumatı sms radar proqramı vastəsilə əldə etmişdir. Hesab edir ki, bu qanunsuzdur və həmin inzibati xəta haqqında protokol və qərarlar ləğv edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 21:59:04 radələrində Chevrolet Cruze markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobil yolda müəyyən olunmuş sürət həddini aşdığı üçün həmin avtomobilin mülkiyyətçisi X5 barəsində elektron qaydada EQ 19079957 saylı inzibati protokol tərtib edilərək Azərbaycan Respublikası İXM-in 328.3 və 327.7-ci maddəsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilmişdir. xx.xx.2024-cü il tarixdə saat 22:25:10 radələrində qeyd edilən avtomobil yenidən yolda müəyyən olunmuş sürət həddini aşdığı üçün barəsində elektron qaydada EQ 19080176 saylı inzibati protokol tərtib edilərək Azərbaycan Respublikası İXM-n 328.3 və 332.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilmişdir. Məhkəmə baxışında qanuniliyi müvafiq qaydada mübahisələndirilən inzibati xəta haqqında qərarla verilmiş şikayətin məzmununun qarşılıqlı müqayisəsi nəticəsində müəyyən edilmişdir ki, X5 Bakı-Qazax yolunda hərəkətdə olan zaman yol hərəkəti qaydalarını pozmuşdur. Bununla da onun İXM-nin 327.2 - 327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.3-cü maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılmışdır. Bundan sonra İXM-nin 332.3-cü maddəsi ilə, yəni nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə barəsində əsassız olaraq protokollar tərtib edilmişdir. X1 yol nəqliyyat hadisəsinin onun təqsiri üzündən baş verməməsinə istinad edərək barəsində qəbul olunmuş inzibati xəta haqqında qərarla razılaşmamış və məhkəməyə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə, qərardan şikayət vermiş X3 istinad etdiyi, hadisə zamanı onun təqsirinin olub-olmamasını təsdiq edən heç bir sübutun olmaması faktına münasibət bildirməyi zəruri hesab edir. Bu baxımdan məhkəmə qeyd edir ki, İXM-nin 327.7-ci maddəsinə əsasən bu Məcəllənin 327.2 - 327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.3-cü maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. Həmin məcəllənin 126.1.-ci maddəsində isə qeyd olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Belə ki, X5 hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozduğu üçün yəni xx.xx.2024-cü il tarixdə saat 21:59:04 radələrində Chevrolet Cruze markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobil yolda müəyyən olunmuş sürət həddini aşdığı üçün həmin avtomobilin mülkiyyətçisi X5 barəsində elektron qaydada EQ 19079957 saylı inzibati protokol tərtib edilərək İXM-in 328.3 və 327.7-ci maddəsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilmişdir. Barəsində elektron qərar qəbul edilmiş və sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılmışdır. Bundan sonra X5 xx.xx.2024-cü il tarixli, EQ 19080305 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərara əsasən xx.xx.2024-cü il tarixində saat 22:43:28-də Bakı-Qazax yolunun 300.1-ci km-də nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 300 manat cərimə edilmişdir. Lakin İXM-nin 126.1 maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilməsi qeyd olunsa da X4 bu hüquqdan istifadə etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş həmin müddət gözlənilmədən onun sürücülük hüququ məhdudlaşdırılmışdır. İşin bu halı isə məhkəməyə belə qənaətə gəlməyə imkan verir ki, X3 Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək tənbeh edilməsinin qanuniliyi mübahisə doğurur. Belə olan halda X5 nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə deyil, törətdiyi konkret qayda pozuntusuna görə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1-ci və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, qeyd edilənləri və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, göstərilən məsələlərin araşdırılması inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın səlahiyyətində olduğundan məhkəmənin mövqeyi nəzərə alınmaqla işin bütün faktiki halları araşdırılmalı və qərar qəbul edilməlidir. Bu səbəbdən şikayət qismən təmin edilməli, həmin icraat çərçivəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Baş X8 İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X3 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, EQ 19080305 nömrəli elektron qərar ləğv edilsin. Həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Azərbaycan Respublikası Baş X8 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar