Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-78/2022 06.07.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X13 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X1, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsində tərtib olunmuş material baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş 06 iyul 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə işlədiyi mağazada əvvəllər qeyri-rəsmi yaşadığı Ülvi adlı şəxsin anası X4 döymüşdür. Beləliklə də, Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X5 izahatında göstərdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə X6 xəsarət yetirmişdir. Bu fakt üzrə təhqiqat araşdırması aparılmış və onun əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. Lakin, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirdi ki, zərərçəkmiş şəxs Bənövşə Cəlilova onun 7 il qeyri rəsmi yaşadığı Ülvi adı şəxsin anasıdır. Hadisə günü o və onun qızı Ülviyə Cəlilova işlədiyi mağazaya gələrək onun Ülvidən əl çəkməsini demişlər və aralarında mübahisə başlamışdır. Bundan sonra hər ikisi onun saçından tutmuşdur, o isə özünü müdafiə etmək üçün otağında olan oboy kəsən bıçağı əlinə almış və onlardan mağazasını tərk etmələrini tələb etmişdir. Onlar mübahisə və hücuma davam etdiklərindən o, əlində olan dəmir parçası ilə Bənövşə Cəlilovaya xəsarət yetirmişdir. Həmin vaxt o, xəsarəti özünü müdafiə etmək məqsədi ilə yetirmişdir. Odur ki, onun barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə onun Ülvi adlı oğlu ilə qeyri-rəsmi münasibətdə olan Şəxs işlədiyi mağazaya gedərək, Şahnazdan onun oğlu ilə olan münasibətini kəsməsini tələb etmişdir. Bu zaman aralarında mübahisə yaranmış və nəticədə Şahnaz ona əlində olan dəmir parçası ilə xəsarət yetirmişdir. Ona görə də polisə müraciət etmək məcburiyyətində qalmışdır. Şəxs qadın olduğundan onun həbs olunmasını istəmir. Odur ki, onun barəsində cərimə növündə tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirdi ki, o, xx.xx.2022-ci il tarixdə anası Bənövşə Cəlilova ilə birlikdə qardaşı Ülvinin qeyri-rəsmi münasibətdə olduğu Şəxs işlədiyi mağazaya getmişdir. Orada anası Şahnaza oğlundan əl çəkməsini bildirən zaman aralarında münaqişə yaranmışdır. Bu zaman Şahnaz əlinə götürdüyü dəmir parçası ilə onlara hücum etmiş və onlara bədən xəsarətləri yetirmişdir. Bundan sonra Arifə adlı qadın gəlmiş və onları aralamağa çalışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə Şəxs işlətdiyi mağazada onunla Ülviyyə və Bənövşə adlı qadınlar arasında münabisə olmuşdur. Mübahisə gedişində Şahnazın əlinə dəmir parçası alaraq onlara xəsarət yetirdiyini görmüşdür. Bu zaman o, müdaxilə etmiş və onları ayırmağa çalışmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 19 aprel 2022-ci il tarixli, 607 saylı rəyindən görünür ki, Bənövşə Cəlilovanın bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol said nahiyəsinin sıyrığı - bərk küt əşyanın təsirindən əmələ gəlmişdir xx.xx.2022-ci il tarixdə əmələ gələ bilər, sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilmir. İş materiallarından görünür ki, zərərçəkmiş şəxs X3 şikayət ərizəsi əsasında təhqiqat araşdırması aparılmış və 23 iyun 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, onun əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğu müəyyən edildiyindən qərarın surəti Kəpəz RPB-nin sahə rəisinə göndərilmişdir. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, Şəxs özünü təqsirli bilməsə də, onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi zərər çəkmiş şəxsin və şahidlərin izahatları, ekspert rəyi, inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinməli, həmin maddənin sanksiyası çərçivəsində barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs ilk dəfə inzibati xəta törətməsini, onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır (İXM 32.2-ci maddəsi). Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbehin aşağı həddə tətbiq olunmasını məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək, 350 (üç yüz əlli) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X15
Məhkəmə qərarları › İş №3(125)-78/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-78/2022
06.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver