Məhkəmə qərarları › İş №3(125)-781/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-781/2022

12.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-781/2022 12.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənov Ayxan Rasim oğlunun katibliyi, protokol tərtib etmiş şəxs Gəncə şəhəri, 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxxxxx 1992-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, Gəncə şəhəri, Heydər Əliyev prospekti 475 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə şəhəri, 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Uğur” marketdən 63 manat dəyərində olan müxtəlif markalı tütün məmulatları, yəni siqaretləri oğurlamışdır. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirlməsinə dair MN ******* nömrəli, 11 oktyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq toplanmış materiallar aidiyyati üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş Gəncə şəhəri, 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı X3 protokolda göstərilmiş xüsusatları bir daha qeyd edərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs izahat verərək əməlindən peşman olduğunu bildirdi, zərərçkiş şəxslə barışaraq ona vurmuş olduğu ziyanı ödədiyini, ona görə də məhkəmədən barəsində başlanmış inzibati icraata xitam verilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə zərərçəkmiş X4 izahat verərək göstərdi ki, Şəxs ona dəymiş ziyanı ödəmişdir. Ona görə də Şəxs barəsində başlanmış inzibati icraata qanuni qərar qəbul olunmasını məhkəmədən xahiş edir. İş materiallarında olan MN ******* nömrəli, 11 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən olunur ki, X2 məxsus 63 manat dəyərində tütün məmulatlarının oğurlaması nəticəsində X2 63 manat maddi ziyan dəymiş, X1 ərizəsi əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından, material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən həmin şəxsin müəyyən olunaraq barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin İTB-nə göndərilmişdir. İş materiallarına əlavə edilmiş “İnzibati qaydada tutma haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 11:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, işdə olan zərərçəkmiş şəxs X4 tərəfindən yazılmış ərizədən görünür ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs hadisədən sonra ona dəymiş ziyanı ödəmişdir. Hazırda zərərçəkmiş şəxsin Şəxs heç bir şikayət və tələbi yoxdur. Göründüyü kimi barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs hadisədən sonra zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş, onunla razılıq əldə etmiş, dolayısı ilə zərərçəkmiş şəxs Şəxs şikayət və tələbinin olmamasını bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından Şəxs barəsində olan inzibati xəta haqqında işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2–ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar