Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-784/2022 11.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X3, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Ağstafa rayonu, Tatlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Ağstafa rayonu, Tatlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair ndə nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsində tərtib olunmuş inzibati xəta haqqında protokol və onlara əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin sahə rəisi X6 tərəfindən tərtib olunmuş 11 oktyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən X5 məxsus ətrafı açıq olan yarım tikilidən 1 ədəd 130 manat dəyərində su çəni, 1 ədəd 20 mant dəyərində dəmir əl arabası, 1 ədəd 5 manat dəyərində bel və 1 ədəd 5 manat dəyərində lopatkanı gizli yolla oğurlamışdır. Həmçinin məhkəməyə daxil olmuş digər materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin sahə rəisi X6 tərəfindən tərtib olunmuş 11 oktyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən X2 məxsus ətrafı açıq olan yarım tikilinin qarşısından 1 ədəd 265 manat dəyərində plastik materialdan hazırlanmış su çənini gizli yolla oğurlamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X6 çıxış edərək bildirdi ki, Şəxs ayrı-ayrı vaxtlarda, xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə xırda talama əməlləri törətmişdir. Onun əməllərində cinayət tərkibi olmadığından, cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs tərəfindən törədilmiş əməllərdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsində nəzərdə tutulan xırda talama inzibati xəta hadisəsinin tərkibi yarandığından, onun barəsində ayrı-ayrılıqda müvafiq protokollar tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında ona isnad olunan əməl üzrə özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə Gəncə şəhər Cavadxan qəsəbəsində yerləşən yarımtikilidən su çəni, dəmir əl arabası, bel və lapatka oğurlamışdır. Oğurladığı əşyaları metal qəbulu məntəqələrinə satıb əldə etdiyi vəsaiti öz ehtiyaclarına xərcləmişdir. Bundan əvvəl o, xx.xx.2022-ci il tarixdə Cavadxan qəsəbəsində yarımtikilidən bir ədəd iri tutumlu su çənini oğurlamışdır. Törətdiyi əməllərə görə peşmançılıq çəkir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 11 oktyabr 2022-ci il qərardan görünür ki, X4 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinin tərkibi olduğundan, onun barəsində qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti 4-cü Polis Bölməsinə göndərilmiş, vətəndaşın şikayət ərizəsi əsasında toplanmış materallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 11 oktyabr 2022-ci il qərardan görünür ki, X1 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan, onun barəsində qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti 4-cü Polis Bölməsinə göndərilmiş, vətəndaşın şikayət ərizəsi əsasında toplanmış materallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndində göstərilmişdir ki, həmin Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 23 aprel 2018-ci il tarixli qərarında göstərilmişdir ki, oğurluğun təkrar, yəni iki dəfə və ya iki dəfədən çox törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin Qeydinin 1-ci bəndindən və Konstitusiya Məhkəməsi Plenumunun 23 aprel 2018-ci il tarixli qərarından görünür ki, şəxs tərəfindən təkrarən oğurluq əməlləri törədildikdə və bu əməllərin hər biri üzrə əmlakın mülkiyyətçisinə yüz manatdan yuxarı ziyan vurulduqda, əməl oğurluğun təkrar törədilməsi kimi Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə tövsif olunmalıdır. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Şəxs xx.xx.2022-ci il tarixdə törətdiyi talama əməli nəticəsində zərər çəkmiş şəxs X2 265 manat, xx.xx.2022-ci il tarixdə törətdiyi talama əməli nəticəsində isə zərər çəkmiş şəxs X5 ümumilikdə 160 manat dəyərində ziyan vurmuşdur. Belə olan vəziyyətdə, Şəxs əməlində Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin əlamətlərinin olduğu müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. 114.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməllərində cinayət əlamətləri olduğundan, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, müvafiq materiallar baxılması üçün Gəncə şəhər prokuroruna göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İş üzrə toplanmış materiallar araşdırma aparılması üçün Gəncə şəhər prokuroruna göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X11
Məhkəmə qərarları › İş №3(125)-784/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-784/2022
11.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver