Məhkəmə qərarları › İş №3(125)-785/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-785/2023

13.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-785/2023 13.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X1, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta ixtisas, Tariyel MMC-də işləyən, Gəncə şəhəri, Fizuli küçəsi 10-da qeydiyyatda olmaqla Gəncə şəhəri, Sadıllı qəsəbəsi İmran Qasımov küçəsi ev 72-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, borclu Şəxs Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-738/2022 nömrəli icra sənədi əsasında 7414 manat məbləğində pul alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)- 738/2022 nömrəli icra vərəqəsi üzrə borclu Şəxs tələbin könüllü icra edilməsi üçün borcluya bildiriş təqdim edilmiş, borclunun inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıq göndərilmişdir. Borclu Şəxs izahatı alınmışdır. O, izahatında borcunu hissələrlə ödəyəcəyini bildirmiş və borcundan 1310 manat ödəmiş, hazırda 6104 manat borcu var. Borclu Şəxs məxsus tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak və gəlir aşkar edilməmişdir. Görülmüş icra tədbirlərinə baxmayaraq borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Bununla da borclu borcunun qanunla müəyyən edilmiş yerinə yetirməkdən boyun qaçırmaqda təqsirlidir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X2 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, borcun ödənilməsi tələb edilmişdir. Hal-hazırda borc 6104 manat təşkil edir. Borclu könüllü icra müddətindən sonra hər ay ödəniş etsə də zərərçəkmiş şəxs borcunu tam istədiyinə görə barəsində protokol tərtib edildi. Borclu ilə zərərçəkmiş şəxs borcun ödənilməsi hissəsində artıq razılığa gəlmişlər. Proktolun təmin edilməsini xahiş edirəm. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, məhkəməyə təqdim etdiyi ərizədə olduğu kimi, zərərçəkmiş şəxslə razılığa gəlmişlər. O, borcunu ödəməkdən qəsdən yayınmır. Hər ay mütəmadi ödənişlər edir. Bundan sonra da hər ay ödənişlərinə davam edəcək. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, təqdim etdiyi ərizədə qeyd etdiyi kimi barəsində inzibati icraat aparılan şəxslə razılığa gəlmişlər. Ona görə də iş üzrə icraata xitam verilməsinə etiraz etmir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)- 738/2022 nömrəli icra vərəqəsindən görünür ki, Şəxs 7340 (yeddi min üç yüz qırx) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 73 manat qırx qəpik pul tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarında olan ərizədən görünür ki, tərəflər arasında borcun ödənilməsi barədə razılıq əldə olunmuşdur. İş materiallarında olan icraat başlamaq haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə icra sənədi üzrə icraat başlanılmışdır. İş materiallarında olan tələbin könüllü ödənilməsi haqqında bildirişdən görünür ki, həmin bildiriş borclu tərəfindən xx.xx.2022-ci ildə imza atılmaqla götürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, Şəxs borcunu ödəməli olduğu, əks təqdirdə barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, Şəxs inzibati protokol tərtib olunaraq məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. Məhkəmə ilk öncə onu qeyd edir ki, iş materiallarından görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-738/2022 nömrəli icra sənədi üzrə icraat xx.xx.2022- cü il tarixdə başlanılmış və tələbin könüllü icrası haqqında bildiriş borcluya xx.xx.2022-ci ildə tarixdə rəsmi qaydada təqdim edilmiş və ona tələbi könüllü icra etməsi üçün 10 gün müddət verilmişdir. Tələbin könüllü icrası üçün verilmiş 10 günlük müddət xx.xx.2023-cü il tarixdə başa çatmışdır. Bundan sonra isə icra məmuru borclunun tələbin yönəldilə biləcəyi daşınar əmlaklarının olub-olmamasını, eləcə də gəlirlərinin olubolmamasını araşdırmadan, bu barədə sübutları toplamadan borclunun inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol tərtib etmişdir. Bundan başqa Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, zərərçəkmiş şəxslə Şəxs arasında razılıq əldə edilmişdir və borclu borcunu ödəmək niyyətindədir. Borclu könüllü icra barədə bildirişi aldıqdan sonra 4 ay müddətində 1310 manat ödəniş etmişdir. Göründüyü kimi, borclu borcunu ödəməkdən qəsdən yayınmamış, sadəcə maddi imkanı olmadığı üçün borcunu tam şəkildə ödəyə bilməmişdir. Bu vəziyyətdə, borclunun həqiqətən də icra sənədində göstərilən borcu ödəmək üçün faktiki imkanlarının olmasını sübuta yetirmək səlahiyyətli orqanın nümayəndəsinin (icra məmurunun) üzərinə düşür. Lakin, icra məmuru bu barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxsnun əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar