Məhkəmə qərarları › İş №3(125)-786/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-786/2024

15.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-786/2024 15.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Gəncə şəhər prokurorluğunun nümayəndəsi X12, X15 Gəncə-Daşkəsən Regional şöbəsinin nümayəndəsi X4 iştirakları ilə, Şəxs (VÖEN: **********, ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 97, mənzil 31) (bundan sonra Şəxs MMC) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Gəncə şəhər prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1- ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri Azad Qarayev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə Şəhər Məhkəməsinin 13 mart 2024-cü il tarixli Qərarına əsasən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Gəncə Şəhər Prokurorluğu tərəfindən Gəncə Apellyasiya Məhkəməsinə 14 may 2024-cü il tarixli Apellyasiya Protesti təqdim edərək Gəncə Şəhər Məhkəməsinin 13 mart 2024-cü il tarixli Qərarının ləğv edilməsi və inzibati tənbeh vermə haqqında yeni qərar çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 03 iyul 2024-cü il tarixli Qərarına əsasən protest qismən təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 13 mart 2024-cü il tarixli Qərarı ləğv edilmiş, iş yenidən araşdırılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 16 fevral 2024-cü il tarixli qərardan görünür ki, hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xx xxxxxx 1957-ci ildə Kəlbəcər rayonu, Çaykənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, sözlərindən məhkum olunmamış, N.A.N.T. MMC-də gecə gözətçisi işləyən, Kəlbəcər rayonu, Kəndyeri kəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri, Yeni Qəsəbə, ev 23, mənzil 36-da və N.A.N.T. MMCnin anbar və ofis binasının yanında 2 otaqlı evdə yaşayan Şahid 2014-cü ildən hazırki vaxta kimi MMC-nin Gəncə şəhəri, H.Əliyev prospekti 47-də yerləşən 2 anbar və 1 ofis binasının gündüz və gecə mühafizəsi işlərinin (xidmətlərinin yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunanlar alınmış izahatlar və aşağıda qeyd olunan sənədlərlə öz təsdiqini tapmışdır Şəxs MMC-nin VÖEN-i **********, Gəncə filialı Gəncə şəhəri, H.Əliyev prospekti olmaqla, hüquqi ünvanı ünvan 3ə izahat vermiş X9 izahatında bildirmişdir ki, 15 iyun 2006-cı il tarixdən 07 noyabr 2023-cü il tarixədək Şəxs (Nazim, Aydın, Nofəl, Tamerlan) MMC-də anbardar işləmiş, onu işə MMCnin həmin vaxt bölgə müdiri işləyən Valid Vəlizadə götürmüş, lakin həmin şəxs xeyli müddətdir ki, işdən çıxarıldığından işləmir. Şəxs MMC-nin Gəncə filialı Gəncə şəhəri, H.Əliyev prospekti 47-də yerləşir. Şəxs MMC-nin baş direktoru X20r. Şəxs MMC tərəfindən onunla əmək müqaviləsi bağlanmış, lakin hansı tarixdən bağlanması barədə məlumatı yoxdur. Onun Şəxs MMC-nin anbarında 4 nəfər işçisi olmuşdur. Həmin işçiləri Şəxs MMCnin özü işə götürmüşüdr. Həmin fəhlələr X21, X22, X23 və Mansur olmuşlar. Anbarın və ofisin mühafizəçisi isə Şahid olmuş, Şahid əmək müqaviləsi olmadan MMC-nin bölgə müdiri Samir Qasımov və baş direktoru Nazim Qasımov tərəfindən anbarın və ofisin gündüz və gecə olmaqla mühafizəçisi kimi işlədilmiş, aylıq olaraq bölgə müdiri Samir Qasımov tərəfindən Şahid 100 manat nağd formada əmək haqqı verilmişdir. Bölgə müdiri X24r. O, anbardar işlədiyi müddətdə verilən tapşırıqları yerinə yetirmiş və heç bir nöqsana yol verməmişdir. Uçot üzrə anbar məhsulları yerində olub və hər ay auditlər tərəfindən yoxlanılıbdır. Bu illər ərzində həftənin 5 günü iş olmasına baxmayaraq Şəxs MMC-nin baş direktoru Nazim Qasımov və Gəncə bölgə müdiri Samir Qasımov tərəfindən həftənin şənbə və bazar günləri işə çağırılaraq işlədilmiş, həmçinin şənbə və bazar günləri işlədilməsi ilə bağlı ona əmək haqqı verilməmişdir. 2017- ci ildə MMC-yə başqa ərzaq məhsulları da gəlmiş, həmin məhsullara başqa anbar icarəyə götürülmüş və ora anbardar verilmişdir. Həmin anbardar işinin öhdəsindən gələ bilmədiyi üçün və əskikləri çox olduğundan işdən azad edilmiş, həmin anbar böyük olduğundan onun işlədiyi köhnə anbar ləğv edilmiş, bütün mallar həmin anbara yığılmış və anbardar da o, olmuşdur. Ona deyilmişdir ki, hər iki anbardan əmək haqqını o, alacaqdır. O, birinci anbarda işlədiyi vaxt 550 manat əmək haqqı alsa da, iki anbar birləşəndən sonra əmək haqqı 700 manat olmuş və o, iki anbarın birləşməsinə görə hər iki anbardarm əmək haqqının ona veriləcəyinin de> ilməsinə baxmayaraq nəyə görə verilməməsini soruşduqda, ona deyilmişdir ki, əmək haqqın yavaş-yavaş qaldırılacaqdır. 2020-ci ildə əmək haqqını 50 manat və 2021-ci ildə əmək haqqını 50 manat qaldırmışlar. 2022-ci ildə o, 800 manat əmək haqqı almışdır. 09 iyul 2022-ci il tarixdə həyat yoldaşı yaşadıqları küçədə avtomobil vurduğuna görə günü 250 manat olmaqla 7 gün Gəncə səhərində “Mərkəzi Klinika”da müalicə olunmuşdur. Həyat yoldaşının xəstəxanada olduğu günlər o, işə çıxmamış və həmin günlərdə anbar bölgə müdiri Samir tərəfindən anbarın fəhləsi X13 təhvil verilmiş, lakin anbar fəhləyə təhvil verilə bilməzdi. O, işə çıxdıqdan sonra oxran təhvil alarkən anbarda 360 manat əskiklik olmuşdur. Onun 80 manatının operatorun səhvi nəticəsində yaranmasını müəyyən etmiş və qalan pulu günahı olmadığı halda onun əmək haqqından tutmuşlar. Rusiya Federasiyasından gələn karamellər 5-7 kiloluq qutularda gəlmişdir. Onlar anbarda həmin qutuları bir kiloluq salafan torbalara yığmış və etiketlərini də üstünə vurmuşlar. Rusiya göndərilən karamellərin quruyub çəkisinin azalmasına görə hər qutuya 20-30 qram artıq karamel qoymuşdur. Onlar isə karamelləri salafan torbalara yığdıqları vaxt həftəyə 1 kilo karamel artıq çıxmış, o bu barədə bölgə müdiri Samirə məlumat verdikdə sonuncu ona demişdir ki, artıq qalan karamellər qoy anbarda qalsın. 4-5 ay keçəndən sonra artıq yığılan karamellərin çəkisi 44 kiloqrama çatmışdır. Bu haqda MMC-nin baş direktoru Nazim Qasımov biləndən sonra auditlər ondan izahat almış və o, karamellərdə artıq yaranmasını bölgə müdiri Samirə deməsini bildirmişdir. MMC-nin rayonlar üzrə satış müdiri Ənvər Quliyev anbarı yoxlatdırmış, lakin əskiyi çıxmamışdır. 2023-cü ilin oktyabr ayında Gəncə şəhərində hazırda xatırlamadığı mağazadan 5 qutu 7 kq-lıq «Moskviçka» konfeti müddətinin keçməsinə görə anbara qayıtmışdır. Bölgə müdiri Samir ona demişdir ki, həmin qutuların etiketini dəyiş yenidən satışa göndərə bilməz. Samir Qasımov da özü həmin 5 qutu 7 kq-lıq «moskviçka» konfetinin son istifadə müddəti ilə bağlı etiketini dəyişib həmin məhsulu anbara qoydurmuş və yenidən satış üçün marketlərə göndərmişdir. Həmin qutuların birinə görə Goranboy rayonunda yerləşən marketdən şikayət gəlmişdir, belə ki, həmin qutu marketdən müddətinin bitməsinə görə geri qaytarılanda ağzı açıq olmuş və marketdə olduğu vaxt qutunun içərisinə siçan girmiş, bölgə müdiri qutunun ağzını açıb yenidən bağlatdırıb marketə satışa göndərəndə siçaq qutuda ölmüş və marketin sahibi qutunu açan vaxt içərisində ölü siçanın olmasını görüb bölgə müdirinə və onlara zəng vurub bu barədə demişdir. 07 noyabr 2023-cü il tarixdə o, işdə olduğu vaxt bölgə müdiri Samir Qasımov ona demişdir ki, sən işdən azadsan, sabahdan işə gəlmə. O, səbəbini soruşduqda Samir ona demişdir ki, rəhbərliyin qərarıdır. O, Samirə demişdir ki, 17 ildən artıqdır ki, bu şirkətdə anbardar işləyir və 4 müdirlə işləmiş onu işdən çıxaran olmayıb. Samir də demişdir ki, onun deyil, müdirin qərarıdır. Şəxs MMC-nin baş direktoru Nazim Qasımov və Gəncə bölgəsinin müdiri Samir Qasımov 2018-ci ildə işdən çıxarılan günə kimi onu məzuniyyətə buraxmayıblar. Həmin bu illərdə, yəni 2023-cü ilədək onu qanunsuz olaraq həftənin şənbə və bazar günləri də işlətmişlər. Həmçinin eşitmişdir ki, öhdəsində daun sindromlu övladı olan valideyni işdən çıxarmaq olmaz, lakin Şəxs MMC-nin baş direktoru Nazim Qasımov və Gəncə bölgəsinin müdiri Samir Qasımov öhdəsində avtoqəza keçirmiş həyat yoldaşının və 18 iyun 2005-ci il təvəllüdlü oğlu Fuad Süleymanzadənin daun sindromlu xəstə olmasına baxmayaraq onu qanunsuz olaraq işdən çıxarmış, işdən çıxarılmağı ilə bağlı əmrin surətini və əmək kitabçasının surətini ona verməmişdir. O, əmək haqqını "xxxx" ASC-yə məxsus plastik kartla bankomatlarından almışdır. Anbardar işlədiyi müddətdə ona və digər işçilərə MMC tərəfindən pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri verilməmişdir. O, MMC tərəfindən anbardar kimi saat 08:00dan 17:00-a kimi, Bakı şəhərindən yük avtomobilləri ilə ərzaq məhsulları gələn günü isə saat 22:30-a kimi işlədilmişdir. Belə ki, Bakı şəhərindən yük avtomobilləri ilə gələn ərzaq məhsulları fəhlələr tərəfindən gecə saat 23:00-a kimi boşaldılmalı olmuşdur ki, yük avtomobilləri Bakı şəhərinə qayıtsın, ona görə də saat 22:30, bəzi vaxtlar 23:00- a kimi işlədilmişlər. MMC tərəfindən işlədildikləri vaxt normal əmək və istirahət rejiminə riayət edilməmişdir. Həftənin şənbə günləri onunla birlikdə anbarın fəhlələri yük maşınlarında gələn qutuları anbara boşaldıb və anbarda hər məhsulu öz yerlərinə çeşidləyib yığmış, lakin əmək müqaviləsində şənbə və bazar günləri üçün iş nəzərdə tutulmamışdır. MMC tərəfindən şənbə və bazar günləri işlədilməklərinə baxmayaraq həmin günləri işlədilməkləri ilə bağlı onlara əlavə əmək haqqı da verilməmişdir. X33 izahatında bildirmişdir ki, X5 şəhər prokurorluğuna yazmış olduğu və ona təqdim olunmuş ərizəsi ilə tanış olmuş, X7 tanıyır, onunla aralarında düşmənçilikləri və ədavətləri olmamışdır. Mahir 15 iyun 2006-cı il tarixdən 07 noyabr 2023-cü il tarixədək "xxxx" (Nazim, Aydın, Nofəl, Tamerlan) MMC-də anbardar işləmişdir. O, MMC-də 2014-cü ildən işləyir. Əvvəllər təhcizatçı işləmiş, 5-6 il olar ki, həmin MMC-nin bölgə müdiri-bölmə rəhbəri işləyir. Mahir həmin MMC-də 2006-cı ildən işləmiş oluğundan onu işə o yox, həmin vaxt MMC-nin bölgə müdiri işləmiş Valid Vəlizadə götürmüşdür. "xxxx" MMC-nin Gəncə filialı Gəncə şəhəri, H.Əliyev prospekti 47- də yerləşir. "xxxx" MMC-nin baş direktoru X20r. "xxxx" MMC tərəfindən onunla 2014-cü ildən əmək müqaviləsi bağlanmışdır. "xxxx" MMC-nin anbarında anbardar Mahir həmin anbarın fəhlələri X21, X22, X23 və Mansurla işləmişdir. Şəxs MMCnin baş direktoru Nazim Qasımovdur və MMC-nin Gəncə bölməsində olan işçiləri də onun razılığı ilə o, işə götürmüş, lakin müqavilə MMC-nin adından bağlanmışdır. MMCnin sabiq anbardar Mahir Süleymanov və anbarın fəhlələri əmək müqaviləsində iş günləri həftənin 5 iş günü nəzərdə tutulsa da, MMC-nin işi dayanmasın deyə şənbə və bazar günləri işlədilmələrinə görə onlara əlavə əmək haqqı verilmişdir, çünki MMC-nin anbarına adətən satılan ərzaq məhsulları yük avtomobilləri ilə həftənin şənbə və bazar günləri göndərilmiş və buna görə də anbardar və fəhlələr MMC tərəfindən sənbə və bazar günləri də işlədilmişlər. Yük avtomobilləri ərzaq yükünü boşaltmaq üçün MMC-nin anbarına adətən axşam saatlarında gəldiyindən bəzi vaxtlar olubdur ki, həmin yüklərin fəhlələr tərəfındən boşaldılması və anbardar Mahir tərəfindən anbara qəbul edilməsi saat 23:30 radələrinə kimi çəksin, həmin vaxtlarda da Mahirin evinə qədər avtomobillə göndərilməsi təmin olunmuşdur. Mahir Süleymanov 2023-cü ildə və əvvəlki illərdə ola bilər ki, əmək məzuniyyətində olmasın, lakin bildiyinə görə ona əmək məzuniyyətinə görə əmək haqqı hesablanıb verilmişdir. Anbarın işçiləri və anbardar Mahir iş vaxtı evlərindən gətirdikləri köhnə paltarlarda işləmişlər. MMC-nin anbarlarının birləşməsi tarixini xatırlamır, lakin onu bilir ki, iki anbar birləşəndən sonra anbardar Mahir qalmış və onun əmək haqqı əvvəlki əmək haqqına nisbətən artırılmışdır. 09 iyul 2022-ci il tarixdə həyat yoldaşı avtoqəza nəticəsində xəsarət aldığına görə Mahir işə gəlməmiş, tərəflərindən anbar fəhlə X13 təhvil verilmiş, Mahir işə çıxandan sonra isə özünə qaytarılmışdır. Həmin vaxt 350 manat dəyərində anbarda kəsir yaransa da həmin kəsir yoluna qoyulmuşdur. Mahir Süleymanovun anbara geri qayıdan karamellərdən 5 qutusunun vaxtı keçməsinə baxmayaraq onu məcbur edərək yenidən satışa göndərməyi və həmin qutulardan birindən siçan ölüsünün çıxması barədə dedikləri hesab edir ki, düzgün deyildir, belə bir şeyin olmasını xatırlamır. 07 noyabr 2023-cü il tarixdə X1 ofisinə gələrək ona işdən çıxmaq istəməsini demiş və o da Mahirə bildirmişdir ki, işdən çıxmaq istəyirsənsə ərizə yazmalısan. O, Mahirə işdən çıxmaqla bağlı ərizə blankı vermiş, Mahir həmin ərizə blankım doldurmuş və o, ərizə blankını Bakı şəhərinə MMC-nin baş ofisinə göndərmiş və Mahirin əmək müqaviləsinə xitam verilmişdir. Mahir Süleymanovun işdən çıxmaq istəmədiyi halda onun əmək müqaviləsinə MMC-nin rəhbəri tərəfindən xitam verilməsi barədə dedikləri düzgün deyildir. Onun əmək müqaviləsinə işdən çıxmaq istəməsi ilə bağlı öz ərizəsinə əsasən xitam verilmişdir. X22 izahatında bildirmişdir ki, X6 Gəncə şəhər prokurorluğuna yazmış olduğu şikayət ərizəsi ilə tanış olmuş, X8 tanıyır, onunla aralarında ədavətləri və düşmənçilikləri yoxdur. X9 2006-cı ildən 07 noyabr 2023-cü il tarixədək Şəxs (Nazim, Aydın, Nofəl, Tamerlan) MMC-də anbardar işləmişdir. 2016-cı ildən Şəxs MMC-də fəhlə işləyir. Onu işə bölmə rəhbəri Valid Vəlizadə götürmüşdür. MMC tərəfindən onunla bildiyinə görə əmək müqaviləsi bağlanmışdır. O, əmək haqqını "xxxx" ASC-yə məxsus plastik kartla alır. O, ayın əvvəlində 315 manat, ayın ortasında isə 124 manat bonus olmaqla əmək haqqı alır. Şəxs MMC-nin Gəncə filialı Gəncə şəhəri, H.Əliyev prospekti 47-də yerləşir. Şəxs MMC-nin baş direktoru X20r. X9 MMC-nin Gəncə bölgəsinin anbardan olmuş, o, X14, X21 və X23 fəhlə işləmiş və hazırda da fəhlə işləyirlər. Şəxs MMC-nin Gəncə bölgəsinin Bölgə müdiri-bölmə rəhbəri hazırda X24r. Anbarın və ofisin gecə mühafizəçisi isə Nizamidir. MMC tərəfindən həmin işçi ilə əmək müqaviləsinin bağlanıb-bağlanmaması barədə məlumatı yoxdur. O, anbarda fəhlə işlədiyi müddətdə bölgə rəhbəri Samir və anbardar tərəfindən verilən tapşırıqları yerinə yetirmiş və nöqsana yol verməmişdir. MMC-nin sabiq anbardan X6 bu illər ərzində həftənin 5 günü iş olmasına baxmayaraq Şəxs MMC-nin baş direktoru Nazim Qasımov və Gəncə bölgəsi üzrə müdiri Samir Qasımov tərəfindən həftənin şənbə və bazar günləri özünün, onun və anbarın digər fəhlələrinin işə çağırılaraq işlədilməyi, həmçinin şənbə və bazar günlər, işlədilməsinə baxmayaraq həmin günlərə görə onlara əlavə əmək haqqı verilməməsi ilə bağlı dedikləri düzgündür. 09 iyul 2022-ci il tarixdə sabiq anbardar Mahirin həyat yoldaşını yaşadıqları küçədə avtomobil vurmasına görə Gəncə şəhərində Mərkəzi klinikada müalicə olunmuş, Mahir həmin günlər işə çıxmamış və həmin günlərdə anbar bölgə müdiri Samir Qasımov tərəfindən anbarın fəhləsi Lətifə təhvil verilmişdir. Mahir işə çıxdıqdan sonra anbarı təhvil alarkən anbarda əskiklik olmuş, onun 80 manatının operatorun səhvi nəticəsində yaranması müəyyən edilmiş və qalan pul Mahirin əmək haqqından tutulmuşdur. Rusiya Federasiyasından MMC-nin Gəncə bölməsinə karamellər 5-7 kiloluq qutularda gəlmiş, bölgə rəhbəri Samirin göstərişinə əsasən anbarın fəhlələri anbarda həmin qutuları bir kiloluq salafan torbalara yığmış və etiketlərini də üstünə vurmuşlar. Rusiya şirkəti göndərilən karamellərin çəkisinin gələcəkdə quruyub azalacağına görə qutuya 20-30 qram artıq karamel qoymuş, onlar həmin karamelləri 1 kiloluq salafan torbaya yığdıqları üçün karamellərin çəkisində artıqlıq yaranmışdır. MMC-nin baş direktoru Nazim Qasımov bu barədə biləndən sonra auditlər Mahirdən izahat almış və Mahir karamellərdə artıq yaranmasının səbəbini izah etmişdir. MMC-nin rayonlar üzrə satış müdiri Ənvər Quliyev anbarı yoxlatdırmış, lakin anbardan əskik çıxmamışdır. 2023-cü ilin oktyabr ayında Gəncə şəhərində mağazalardan vaxtı keçmiş məhsulların qəbulu anbarına 5 qutu 7 kq-lıq «Moskviçka» karameli müddətinin keçməsinə görə geri qayıtmış və həmin konfetlər yenidən Mahirin anbarına verilərək satışa göndərilmiş və eşitdiyinə görə Goranboy rayonuna göndərilən həmin konfet qutularında, yəni anbarda ağzı açıq vəziyyət olmuş, sonradan ağzı bağlanmış qutunun birinin içərisindən siçan ölüsü çıxmış və konfet qutusu yenidən anbara geri qaytarılmışdır. İşlədiyi 2018- cı ildən bu günə kimi işi olan vaxtlar ayda bir-iki gün icazə versələr də ona rəsmi olaraq əmək məzuniyyəti verilməmişdir. 2023-cü ildə ona əmək məzuniyyəti verilməmiş, anbarda fəhlə işlədiyi müddətdə ona və digər işçilərə MMC tərəfindən pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri verilməmiş, o, anbarda evdən apardığı fəhlə paltarında işləmişdir. MMC tərəfindən anbarda fəhlə kimi saat 08:00-dan 17:00-a kimi, Bakı şəhərindən yük avtomobilləri ilə ərzaq məhsulları gələn günü isə saat 22:30 radələrinə, bəzi vaxtlar isə 23:30-a kimi işlədilmişdir. Belə ki, Bakı şəhərindən yük avtomobilləri ilə gələn ərzaq məhsulları o və digər fəhlələr tərəfindən rəhbərliyin göstərişinə əsasən gecə boşaldılmışdır ki, yük avtomobilləri Bakı şəhərinə qayıtsın, ona görə də saat 22:30, bəzi vaxtlar 23:30-a kimi işlədilmişlər. MMC tərəfindən gecələr işlədildikləri vaxt normal əmək və istirahət rejiminə riayət edilməmişdir. Həftənin şənbə günləri onunla birlikdə anbarın digər fəhlələri yük avtomobillərində anbara satış üçün gələn içərisində konfet-şirniyyatlar olan qutuları anbara boşaltmış və hər məhsulu anbarda öz yerlərinə çeşidləyib yığmış, lakin əmək müqaviləsində şənbə və bazar günləri üçün iş nəzərdə tutulmamışdır. MMC tərəfindən şənbə və bazar günləri işlədilməklərinə baxmayaraq həmin günləri işlədilməkləri ilə bağlı onlara əlavə əmək haqqı da verilməmişdir. Mahir Süleymanovu işdən o, bildiyinə görə MMC-nin baş direktoru Nazim Qasımov çıxartmış, lakin niyə çıxartmasının səbəbini bilməmişdir. Mahir özü də gələrək demişdir ki, onu işdən məcburi çıxartmışlar, lakin səbəbini bilmir. X14, X23 və X21 analoji məzmunda izahat verərək İlqar Salmanovun bildirdiklərini təsdiq etmişlər. X14 və X21 həmçinin Anbarın və ofisin gecə mühafizəçisinin Şahid olmasını təsdiq etmişlər. Şahid izahatında bildirmişdir ki, X6 Gəncə şəhər prokurorluğuna yazmış olduğu şikayət ərizəsi ilə tanış olmuş, X8 tanıyır, onunla aralarında ədavətləri və düşmənçilikləri yoxdur. X9 2006-cı ildən 07 noyabr 2023-cü il tarixədək Şəxs (Nazim, Aydın, Nofəl, Tamerlan) MMC-də anbardar işləmişdir. 2006-cı ildən ŞəxsMMC-də gündüz və gecə mühafizəçisi işləyir. Onun işi "xxxx" MMC-nin Gəncə şəhəri, H. Əliyev prospekti 47-də yerləşən iki anbarına, yəni satış və geri qaytarılan məhsulların yığılma anbarlarının və MMC-nin Gəncə filialının ofis binasının gecə və gündüz olmaqla mühafizəsini təşkil etməkdir. Gəncə şəhəri, Yeni Qəsəbə, ev 23, mənzil 36-da olan evini oğlu Babəkə vermiş, özü isə həyat yoldaşı ilə birlikdə Şəxs MMC-nin ofis binasının yaxınlığında olan iki otaqlı evdə yaşayır. N.A.N.T. MMC-nin bölgə müdiri X33 həmin MMCnin iki anbarının və bir ofis binasının mühafizəsinin təşkil etməyinə görə ayləq olaraq özü şəxsən 100 manat əmək haqqı verir, Samir ona əmək haqqını hər ayın 3-5- arası verir. Onu işə MMC-nin sabiq bölmə rəhbəri Valid Vəlizadə götürmüşdür. MMC tərəfindən onunla əmək müqaviləsi bağlanmamış, bölgə müdiri X33 və N.A.N.T. MMC-nin baş direktoru X34 onu əmək müqaviləsi olmadan neçə illərdir ki, mühafizəçi kimi işlədirlər və hər ayın 3-5 arası 100 manat əmək haqqımı bölmə rəhbəri Samir Qasımov vaxtlı-vaxtında nağd qaydada vermiş və əmək haqqını kəsməmişdir. Həmin ərazi əvvəlcə Toxunulmayan Parça ATSC-nin ərazisi olmuş, sonra Mehrac Əliyev adlı şəxs tərəfindən həmin ATSC tam olaraq özəlləşdirilmiş və ərazidə olan anbarlar N.A.N.T. MMC-yə, "xxxx" MMC-yə, «Gülüstan limonadı» şirkətinə, "xxxx" MMC-yə və adını bilmədiyi bir dekor firmasına icarəyə vermişdir. O, həmçinin digər MMC-lərin anbarlarına da nəzarət etdiyi üçün Mehrac Əliyev ona özü aylıq olaraq hər aym 3-5 arası gətirərək nağd şəkildə 350 manat əmək haqqı verir. X9 MMC-nin Gəncə bölgəsinin anbardan olmuş, X21, X14, X22 və X23 anbarın fəhlələri işləmiş və hazırda da fəhlə işləyirlər. Şəxs MMC-nin Gəncə bölgəsinin Bölgə müdiri-bölmə rəhbəri hazırda X24r. Mən N.A.N.T. MMC-nin gündüz və gecə mühafizəçisi işlədiyi müddətdə verilən tapşırıqları yerinə yetirmiş, həmin ərazinin mühafizəsini tam şəkildə təşkil etmiş və nöqsana yol verməmişdir. MMC-nin sabiq anbardan X9 və anbarın fəhlələri bu illər ərzində həftənin şənbə və bazar günləri də daxil olmaqla bütün həftəni işləmişlər. N.A.N.T. MMC-nin anbarına Bakı şəhərindən ərzaq məhsulları çox vaxt gecə vaxtı və həftənin şənbə və bazar günləri gəlmişdir. Mahir Süleymanov və anbarın fəhlələri bir çox hallarda gecə saat 22:30-23:30 radələrinə kimi Bakı şəhərindən gələn yük maşınlarını boşaldaraq yola salmışlar ki, həmin yük maşınları gecə ilə Bakı şəhərinə qayıda bilsinlər. Mahir Süleymanov 07 noyabr 2023-cü il tarixdə işdən çıxarılmış, lakin hansı səbəbdən çıxarılmasını bilməmiş, lakin eşitmişdir ki, onu Bakı şəhərindən, yəni MMC-nin baş direktoru X34 işdən çıxarıbdır. Mahir özü də gələrək ona demişdir ki, onu məcburi işdən çıxartmışlar, lakin səbəbini bilmir. Bununla da, X16 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Şahid 2014-cü ildən hazırki vaxta kimi MMC-nin Gəncə şəhəri, H.Əliyev prospekti 47-də yerləşən 2 anbar və 1 ofis binasının gündüz və gecə mühafizəsi işlərinin xidmətlərinin yerinə yetirilməsinə cəlb etməsi faktı öz təsdiqini tapmışdır. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas Azərbaycan Respublikası İXM- nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olması olmuşdur. X16 Azərbaycan Respublikası İXM-in 192.1ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin törədilməsi faktı araşdırma zamanı tam təsdiq edildiyindən barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanaraq aidiyyəti üzrə baxılması üçün X31 Xidmətinin Gəncə Regional şöbəsinə göndərilmişdir. Araşdırma materialından görünür ki, N.A.N.T. MMC-nin baş direktoru vəzifəsində işləyən X16 Azərbaycan Respublikasının Əmək Məcəlləsində tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xx xxxxxx 1957-ci ildə Kəlbəcər rayonu, Çaykənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, sözlərindən məhkum olunmamış, N.A.N.T. MMC-də gecə gözətçisi işləyən. Kəlbəcər rayonu, Kəndyeri kəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri, Yeni Qəsəbə, ev 23, mənzil 36-da və N.A.N.T. MMC-nin anbar və ofis binasının yanında 2 otaqlı evdə yaşayan X11 2014-cü ildən hazırki vaxta kimi MMC-nin Gəncə şəhəri, H.Əliyev prospekti 47-də yerləşən 2 anbar və 1 ofis binasının gündüz və gecə mühafizəsi işlərinin yerinə yetirilməsinə cəlb etməsi izahat və sənədlərlə tam təsdiqini tapmışdır. X16 Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə kifayət qədər öz təsdiqini tapmasına baxmayaraq onun barəsində inzibati xəta haqqında iş üzrə icraata X15 Gəncə-Daşkəsən Regional idarəsində xitam verilməsi barədə xx.xx.2024-cü tarixli qərarın qəbul edilməsi səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Belə olan halda X16 vəzifəli şəxs qismində barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 192.1-ci maddəsi də başlanılmış inzibati xəta haqqında iş üzrə icraata X15 Gəncə- Daşkəsən Regional idarəsində xitam verilməsi barədə xx.xx.2024-cü tarixli qərarı ləğv edilməli və Nazım Qasımovun barəsində inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə iclasında Gəncə şəhər prokurorunun köməkçisi X27 Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyini və buna görə də Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, X10 xx.xx.2014-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Şəxs MMC-də “anbardar” vəzifəsində çalışmışdır. Yol verdiyi nöqsanlara görə ona xx.xx.2023-cü il tarixdə yazılı xəbərdarlıq edilmiş, xx.xx.2023-cü il tarixdə ona “Töhmət” elan edilmiş, xx.xx.2023-cü il tarixdə isə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi ilə (tərəflərdən birinin təşəbbüsü) əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilərkən X10 ilə son haqqhesab edilmiş, bütün prosedur qanunvericiliyə uyğun olaraq həyata keçirilmişdir. X2 əsassız iddialarla Gəncə şəhər prokurorluğuna şikayət ünvanlamış, özünün qanunsuz şəkildə işdən azad edilməsini bildirmiş, həmçinin bilərək yalan ifadə verərək göstərmişdir ki, guya Şahid Şəxs MMC tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Gəncə şəhəri, Heydər Əliyev prospekti 47 ünvanında yerləşən anbarda “anbardar” kimi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsini bildirmişdir. Verilmiş izahat əsasında X5 işdən azad olunması qismində hər hansı qanunsuzluq aşkar edilməmişdir. Lakin digər əsassız iddialar üzrə Gəncə şəhər prokurorluğu tərəfindən Şahid əmək müqaviləsi olmadan işlərə cəlb edilməsi əsası ilə xx.xx.2024-cü il tarixdə “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar qəbul edilərək X31 Xidmətinin Gəncə-Daşkəsən Rayon Şöbəsinə göndərilmişdir. Həmin vaxt Şahid DƏMX Gəncə- Daşkəsən Rayon Şöbəsində izahatında da qeyd edib ki, o, "xxxx" MMC-nin işçisi deyil və aralarında hər hansı əmək münasibəti mövcud deyil. Şəxs MMC-in icarə müqaviləsi 5. "xxxx" MMC və “X32" ASC arasında xx.xx.2017-ci il tarixli və xx.xx.2019-cu il tarixli icarə müqavilələri mövcuddur. Həmin müqavilələrə əsasən Gəncə şəhəri, Heydər Əliyev prospekti 47 ünvanında yerləşən anbar Şəxs MMC-yə icarəyə verilmişdir. Yəni "xxxx" MMC həmin ərazidə yerləşən çoxsaylı anbarlardan yalnız birinin icarədarıdır. Bununla yanaşı zəruri bir məqam qeyd edilməlidir ki, Şahid Gəncə şəhəri, Əziz Əliyev prospekti 91 ünvanda yerləşən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Bitki Mühafizə və X42 Tədqiqat İnstitutunda gözətçi vəzifəsində işləyir. Bunu №xxxxxxx000302 nömrəli əmək müqaviləsi bildirişindən də görmək mümkündür. Yəni Şahid Şəxs MMC-nin deyil, Bitki Mühafizə və Texniki Bitkilər X19 işçisidir. Həmin ərazidə isə bir çox anbarlar mövcuddur və Şahid həmin ərazi üzrə X19 işçisi olmaqla əraziyə ümumi nəzarəti həyata keçirir. Bu isə o deməkdir ki, Şəxs MMC-nin Şahid işə götürmək, onunla əmək müqaviləsi bağlamaq kimi bir öhdəliyi yoxdur. Şəxs MMC tərəfindən Şahid edilmiş ödənişlər isə yalnız el adətənənəsinə uyğun olaraq bayram günlərində “hədiyyə” kimi təqdim edilmiş, onun oğlu qazi olduğu üçün yardım məqsədi daşımış, heç bir halda hər hansı işin görülməsi qarşılığı kimi qəbul edilməmişdir. Oxşar icraat X31 Xidmətinin Gəncə-Daşkəsən Rayon Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” ******* nömrəli, 5 fevral 2024-cü il tarixli qərarla Şəxs MMC-nin bölgə müdiri X3 Xətalar Məcəlləsinin 192.1-ci maddəsi əsasında 3500 (üç min beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. N.A.N.T.” MMC-nin bölgə müdiri X17 müvafiq şikayəti əsasında X31 Xidmətinin Gəncə- Daşkəsən Rayon Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” ******* nömrəli, 5 fevral 2024-cü il tarixli qərar Gəncə Şəhər Məhkəməsi tərəfindən ləğv edilmişdir. Odur ki, Şəxs MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul ediməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid məhkəməyə verdiyi izahatında bildirdi ki, o, 1996-cı il tarixdən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və X42-Tədqiqat İnstitutunda gözətçi işləyir. Şəxs MMC ilə onun heç bir əlaqəsi yoxdur. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və X42- Tədqiqat İnstitutunun yerləşdiyi ərazidə Şəxs MMC-nin də anbarı yerləşir. Qeyd edilən əraziyə giriş isə eyni yerdəndir. O isə sadəcə ümumi əraziyə gözətçilik edir və əmək haqqını da rəsmi olaraq kart vasitəsi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və X42-Tədqiqat İnstitutundan alır. Onun oğlu Vətən Müharibəsində iştirak etdiyi zaman oğlunun ailəsinə kömək məqsədilə Şəxs MMC tərəfindən göstərilmiş maddi yardımın isə onun işi ilə heç bir əlaqəsi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şahid Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və X42-Tədqiqat İnstitutunda gözətçi işləyir. Şəxs MMC ilə onun heç bir əlaqəsi yoxdur. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və X42-Tədqiqat İnstitutunun yerləşdiyi ərazidə Şəxs MMC-nin də anbarı yerləşir. Qeyd edilən əraziyə giriş isə eyni yerdəndir. O isə sadəcə ümumi əraziyə gözətçilik edir. Şahid Şəxs MMC-nin işçisi deyildir. O, Gəncə şəhər Prokrorluğunda verdiyi izahatını oxumağı bacara bilmədiyi üçün nə qeyd edildiyini bilmədən imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14, X23 və X21 eyni mazmunda ifadə verərək İlqar Salmanovun ifadəsində bildirdiklərini təstiq etmişlər. Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan hüquqi şəxsin vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün səbəb və əsasların mövcud olması müəyyən edilmişdir. İş materiallarında olan: - xx.xx.2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, “X32” ASC ilə Şəxs MMC arasında Gəncə şəhəri, Heydər Əliyev prospekti 47 ünvanında yerləşən anbara dair aylıq icarə haqqı 200 manat olmaqla icarə müqaviləsi bağlanmışdır. - əmək müqaviləsi bildirişindən və Elektron Məhkəmə İnformasiya sistemindən edilmiş sorğudan görünür ki, Şahid Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və X42-Tədqiqat İnstitutunda gözətçi işləyir. Məhkəmə iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs MMC-nin tərəfindən Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Ona görə də Şəxs MMCyə Аzərbаycаn Respublikаsı İXM-in 192.1-ci mаddəsinin sаnksiyаsı həddində inzibаti tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.5-ci maddəsinə əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəlləsinin 7.1-ci maddəsinə əsasən işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. Həmin Məcəlləsinin 7.2-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəlləsinin 42-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəlləsinin 49.1-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəlləsinin 49.2-ci maddəsinə əsasən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.3-cü maddəsinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. Məhkəmə Gəncə Apellyasiya Məhkəməsinin birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi əsasını diqqətə alaraq, məhkəmə baxışı zamanı inzibati xəta haqqında materialları tələb etmiş, həmin materialları hazırki iş materialları ilə əlaqəli şəkildə şəkildə tədqiq etmişdir. Bundan əlavə, Şəxs MMC-nin digər işçiləri məhkəmə iclasına şahid qismində dəvət olunaraq şahid qismində dindirilmişdir. Bütün prosessual hərəkətlərin aparılması Şahid məhkəməyədək araşdırma zamanı verdiyi ifadə ilə məhkəmə iclasında zamanı verdiyi ifadənin arasındakı ziddiyyətin aradan qaldırılmasına yönəlmiş, məhkəmə bu qənaətə gəlmişdir ki, onun məhkəməyədək araşdırma zamanı verdiyi ifadə daha mötəbər hesab edilməlidir. Belə ki, həm Şahid, həm də iş üzrə digər şahidlərə ifadələri arasında ziddiyətlə bağlı məhkəmə tərəfindən sual ünvanladıqda həmin şəxslər bunun səbəbini latın qrafikasını oxuya bilməmələri ilə izah etmişlər. Halbuki, həmin izahatlarda onlar latın qrafikası ilə, əl yazısı ilə qeyd aparmış, izahatın öz sözləri ilə yazılmasını qeyd etmişlər. Həm Şahid, həm də iş üzrə digər şahidlərin ifadələri arasında ziddiyətin eyni səbəbdən baş verməsini göstərməsi, məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, onların arasında öncədən sövdələşmə olmuş, işəgötürən şirkətin mənafeyini müdafiə etmək məqsədilə məhkəmədə eyni məzmunlu ifadə vermək qərarına gəlmişlər. Azərbaycan Respublikası İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İXM-in 18.1 və 18.5-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Məhkəmə iclası zamanı inzibati xəta törətmiş hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, Şəxs MMC hüquqi şəxs qismində İXM-in 192.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 40, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci mаddəsi ilə təqsirli bilinib, hüquqi şəxs qismində 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar