Məhkəmə qərarları › İş №3(125)-787/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-787/2023

13.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-787/2023 13.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Gəncə şəhər prokurorluğunun nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri X4 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə iş üzrə icraatın başlanması haqqında qərar baxılması üçün məhkəməyə göndərilmişdir. 13 aprel 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 14:35 radələrində Gəncə şəhəri, Bayraq müydanı yaxınlığında “Mercedes” markalı, SB035SB nömrəli avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün polis əməkdaşları tərəfindən saxlanılmış, həmin vaxt adı sonradan onlara məlum olan X1 avtomobili idarə edən zaman spirtli içki və ya psixotrop maddə təsiri altında olmasına əsaslı şübhə olduğundan onu alkoqol müayinəsindən keçirmək üçün Gəncə Narkoloji dispanserə aparan zaman dispanserin qarşısında avtomobildən düşüb qaçmış, onu saxlayan zaman dispanserin qarşısında adı onlara sonradan məlum olan Şəxs gəlmiş və gəldiyi avtomobildən sunevir balta götürüb Elşadı buraxmağı tələb etmiş, əks halda özünə xəsarət yetirəcəyini bildirmişdir. Şəxs sakitləşdirib baltanı onun əlindən almışlar.Şəxs sunenir baltanı üzərində gəzdirməmiş, avtomobildən götürmüş, özünə xəsarət yetirəcəyini desə də konkret olaraq heç bir real hərəkət etməmişdir. Şəxs əməlinə cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işi başlanması 31 yanvar 2023-cü il tarixdə rədd edilmiş, lakin Şəxs əməlində AR-sı İXM-nin 510-cu maddəsinin tərkibi olmadığından barəsində AR-sə İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərarın sürəti Gəncə şəhər prokurorluğuna göndərilmiuş, həmin cinayət işi Gəncə şəhər Prokurorluğunda öyrənilmiş və müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün səbəb və əsasların mövcud olması müəyyən edilmişdir. Məhkəmə iclasında Gəncə şəhər prokurorluğunun nümayəndəsi X3 qərarı müdafiə edərək Şəxs barəsində inzibati tənbeh tətbiq eidlməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirmişdir ki, o, Vətən müharibəsi qazisidir, Şuşa və Laçın uğrunda gedən döyüşlərdə medalları var, hazırda epilepsiya xəstəsidir. İnzibati xəta baş verən gün o, xalası oğlunu polis əməkdaşlarının saxladığını görmüş, səhhətində olan problemlərə görə əsəbləşərək polis əməkdaşlarına iradını bildirmişdir. Sonda o, əməlindən peşman olduğunu, müharibə işirakçısı olduğunu nəzərə alıb barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, özünün etirafedici izahatı, barəsində tərtib edilmiş qərar və digər sənədlər ilə Şəxs inzibati xətanı törətməsi və təqsiri tam sübuta yetir, onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf etməsini və əməlindən peşman olmasını, Vətən Müharibəsi iştirakçısı olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona, 50 (əlli) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar