Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-790/2025 19.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, icra məmuru X2, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala icra işi ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs İXM-in 528.1-1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd edilmişdir ki, Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-1431/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 35800 (otuz beş min səkkiz yüz) manat tutularaq tələbkar "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-2160/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 4538,38 (dörd min beş yüz otuz səkkiz manat otuz səkkiz qəpik) manat tutularaq "xxxx" ASC-yə ödənilməlidir. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin **********690400 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 2268.29 (iki min iki yüz altmış səkkiz manat iyirmi doqquz qəpik) manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)5525/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Şəxs 697 (altı yüz doxsan yeddi) manat tutularaq X1 ödənilməlidir. Borclu Şəxs icra məmurunun qanuni tələblərinə tabe olmamış, icra sənədinin icrasını təmin etməmişdir. Hal-hazırda borclunun borc məbləği cəmi 42303,67 (qırx iki min üç yüz üç manat altmış yeddi qəpik) manat təşkil edir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru X4 protokolun məzmununa uyğun çıxış edərək protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs çıxışında tələbkar "xxxx" MMC borcun tam şəkildə ödənilməsini tələb etdiyini və buna imkanı çatmadığını bildirmişdir. O, borcundan 5000 (beş min) manat ödəniş etməsi üçün ona 10 gün vaxt verilməsini xahiş etmişdir. Tələbkar şəxs məhkəmə iclasında iştirak etmədiyi üçün icra məmuru iclasda tələbkar ilə telefon əlaqəsi yaradaraq Şəxs borcundan 5000 (beş min) manat ödəniş etməsi üçün ona 10 gün vaxt verilməsini məhkəmədən xahiş etdiyini bildirmiş, tələbkar şəxs isə razılaşmayaraq onun Orxan tərəfindən dəfələrlə aldadıldığını və ona vaxt verilməsinə razı olmadığını qeyd edərək sonuncunun inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: - 19 fevral 2025-ci il tarixli MN № ******* nömrəli protokoldan görünür ki, Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-1431/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 35800 manat tutularaq "xxxx" MMC-yə, Gəncə Şəhər Məhkəməsinin 2(125)-2160/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 4538,38 (dörd min beş yüz otuz səkkiz manat otuz səkkiz qəpik) manat tutularaq "xxxx" ASC-yə, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin **********690400 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədinə əsasən Şəxs 2268.29 (iki min iki yüz altmış səkkiz manat iyirmi doqquz qəpik) manat tutularaq dövlət büdcəsinə, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)5525/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Şəxs 697 (altı yüz doxsan yeddi) manat tutularaq X1 ödənilməlidir. - 02 dekabr 2022-ci il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-1431/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı könüllü icra etməsi üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. - Gəncə Şəhər Məhkəməsinin 2(125)-2160/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 3908,04 manat əsas, 565,60 manat faiz və 64,74 manat olmaqla, cəmi 4538,38 manat tutularaq "xxxx" ASC-yə ödənilməlidir. - 14 iyun 2023-cü il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə Gəncə Şəhər Məhkəməsinin 2(125)-2160/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı könüllü icra etməsi üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. - 17 noyabr 2023-cü il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin **********690400 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı könüllü icra etməsi üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. - 14 dekabr 2017-ci il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)5525/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı könüllü icra etməsi üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. - xx.xx.2024-cü il tarixli bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-1431/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Gəncə Şəhər Məhkəməsinin 2(125)-2160/2023 nömrəli, xx.xx.2023cü il tarixli, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin **********690400 nömrəli, xx.xx.2023-cü il tarixli, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)5525/2017 nömrəli, xx.xx.2017-ci il tarixli və Gəncə Şəhər Məhkəməsinin 2(125)-1392/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir. - 23 may 2024-cü il tarixli MN № ******* nömrəli protokoldan görünür ki, Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-1431/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 35800 manat tutularaq "xxxx" MMC-yə ödənilməlidir. - Gəncə Şəhər Məhkəməsinin 3(125)-1870/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə inzibati həbs edilmişdir. - Borclunun icra idarəsində verdiyi izahatdan görünür ki, o, işsiz olduğundan borcunu ödəyə bilmədiyini bildirmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-in 528.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Şəxs tənbeh aldıqdan sonra il ərzində təkrarən eyni icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etməməsi, beləliklə İXM-in 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin və özünün izahatı, barəsində tərtib olunmuş inzibati protokol və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta hesab olunur. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi inzibati xəta hesab olunur. İşin faktiki hallarından görünür ki, Şəxs Gəncə Şəhər Məhkəməsinin 3(125)- 1870/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə inzibati tənbeh aldıqdan sonra da maddi imkanının olmadığını əsas gətirərək il ərzində borcundan ödəniş etməyərək eyni icra sənədi üzrə tələbi icra etməmişdir. Halbuki keçən bu müddət ərzində borclu maddi imkanı olmadığı halda hər ay tam şəkildə olmasa da, borcun bir hissəsini ödənişlər edib məhkəmə qərarının icrasından yayınmadığını göstərə bilərdi. O, sadəcə işləmədiyini bəhanə edərək üzrsüz səbəbdən icra sənədindəki tələbin icrasından yayınaraq icra etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1- 1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli 19 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-790/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-790/2025
19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver