Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-792/2023 27.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novuz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X1 iştirakı ilə, Gəncə şəhər X6 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Gəncə şəhər X6 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 60 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X2 şikayət verərək, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, o, "Opel Asta H (dizel) minik markalı **-BX-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin sahibidir. 31 mart 2023-cü ıl tarixdə Gəncə şəhərində "Şah ismayıl Xətai" prospektində "Auraparkın arxası" deyilən ərazidən çıxarkən "Yol Patrul Xidməti"nın əməkdaşları saxla əmri verdilər. Dərhal avtomobilini yolun kənarına çəkib dayandı. Səbəbini soruşanda isə həmin profloktoriyanın ərazisindən çıxıb sola dönməyin qadağan oluduğunu qeyd edib ona AR İXM-nın 327.1 və 327.2 maddələrincə sola və geriyə dönmə qaydalarını pozduğuna görə 60 (altmış) manat və 3 cərimə balı yazıb protokol tərtib etdilər. Halbuki çıxmamışdan öncə o ustalardan dəfələrlə soruşmuşdur ki, buradan (həmin ərazidən) çıxarkən sola dönmək olarmı dedilər ki, bəli olar biz profloktoriyanın ərazisindən çıxarkən sola dönüb öz hərəkətimizi davam etdiririk xeyli müddət oncə həmin profloktoriyanın sahibinin xahişi ilə gırış-cıxışa mane olmasın deyə yerdəki nişanlama xətlərinə nəzarət edən qurum tərəfindən nişanlanma xətlərində dəyişikliklər edilib deyə ona bildirdilər və o da bundan sonra avtomobilinə oturub həmin ərazidən çıxıb hərəkətini davam etdirərək yola düzəlmiş və həmin yola çıxarkən həm sağdakı və həm soladakı yol hərəkət nişanlarına fikir vermiş görmüşdür ki, burdan sola dönmək üçün heç bir məhdudiyyət yoxdur Yerdəki nişanlama xətləridə tam aydın görsənmədiyı uçün güman eləmişdir ki, sola dönmək olar və o da sola dönmə işarəsini qoşaraq dönmüşdür. Yol Patrul Xidmətinin Əməkdaşlarına öz iradlarını bıldirəndə ki, bu ərazidən çıxışda ancaq sağa yol nişanı yoxdur və yerdəki nişanlanma xətləri pozulub tam aydınlaşdırmaq olmur, sürücü tərəfindən tam görsənmir. dedilərki xeyir buradan dönmək olmaz. Cərimə yazılıb protokol tərtib edildikdən bir müddət sonra eyni yolla hərəkət edərkən görmüşdür ki, həmin ərazidən çıxan avtomobillərdən bəziləri eynilə onun kimi sola dönüb öz hərəkətlərini davam etdirirlər.Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0 75.0 1, 75.0 3, 75.0.4 və 75 0,7-cı maddələrinə əsasən inzibatı xətalar haqqında işlərin icraatı uzrə inzibatı xəta hadisəsi (inzibati xəta törədılmişdırmi) inzibatı xəta törətməkdə şəxsin təqsiri inzibatı məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, ışın duzgun həlli uçun əhəmiyyətli olan digər hallar habelə inzibatı xətanın törədilməsinə komək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçun əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında ış uzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibatı xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənlərə əsasən xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş X2 izahatında ərizəni müdafiə etdiyini və xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara, şikayətçinin məcmu halda qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Gəncə şəhər X6 Şöbəsinin polis mayoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı (sola və geriyə dönmə qaydalarının pozulmasıa görə) törətdiyinə görə, onun barəsində 60 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. X2 şikayətində göstərmişdir ki, inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən səlahiyyətli şəxs tərəfindən lazımi araşdırılma aparılmamış onun təqsiri olmadığı halda, onun inzibati tənbeh edilməsi barədə qanunsuz qərar qəbul edilmişdir. Məhkəmə, şikayətin həmin dəlilini əsassız hesab edir. Belə ki, iş materiallarında olan DVD diskdə olan hadisə yerinin video görüntüsündən görünür ki, "Opel Asta H (dizel) minik markalı **-BX-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobil nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3, və 1.11 üfüqi nişanlama xətlərini tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozulması , yol ayrıcını keçmə qaydalarını pozulması , əks istiqamətli hərkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin Xİİİ. bəndində göstərilmişdir ki, Nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. Həçmin qanunun 42-ci maddəsinin XİV bəndində əsasən yolayrıclarında və bu maddənin on ikinci hissəsinə əsasən, geriyə dönmənin qadağan edildiyi yerlərdə geriyə hərəkət qadağandır. Digər tərəfdən qeyd edilməlidir ki, iş materiallarına əlavə edilmiş videogörüntüdən aydın olur ki, inzibati xətanın törədildiyi yol iki tərəfli yol olmuşdur. Həmin yolda yolların hərəkət hissəsi nişanlanma xətti vasitəsilə bölünmüşdür. “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsinin 15-ci hissəsində isə göstərilir ki, hərəkət zolağı — yolun hərəkət hissəsinin nişanlama xətti vasitəsilə bölünmüş, eni avtomobillərin bir sırada hərəkəti üçün kifayət edən hər hansı uzununa zolağıdır. İşin bu hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, səlahiyyətli orqanın vəzifəli şəxsi haqlı olaraq Eyvazxan Nəsibovu 1.1, 1.3, və 1.11 üfüqi nişanlama xətlərini tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozmağa görə inzibati məsuliyyətə cəlb etmiş və onun barəsində inzibati tənbeh tətbiq edilməsinə dair qərar qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməməli, onun barəsində Gəncə şəhər X6 Şöbəsinin YNH inspektoru tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə şəhər X6 Şöbəsinin YNH inspektoru tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-792/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-792/2023
27.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver