Məhkəmə qərarları › İş №3(125)-793/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-793/2023

03.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-793/2023 03.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi ilə, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN-nin Gəncə Şəhər Dövlət X6 xx.xx.2023-cü il tarxli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X3 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN-nin Gəncə Şəhər X2 barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarxli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X3 izahatında bildirdi ki, o, Gəncə şəhər BPİ-nin Dövlət X6 15 mart 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbehvermə haqqında qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1, 332.1, 342.7, 343.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilindiyi üçün 400 (dörd yüz) manat məbləğində cərimə olunmuşdur. Sözügedən 15 mart 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbehvermə haqqında qərarı əsassız hesab edir. Belə ki, həmin qərar əsasən onun tibbi müayinədən imtina etməsi həqiqəti əks etdirmir. Ona görə ki, əvvəlcə yol polis şöbəsində ona şöbədə mövcud olan texniki vasitəyə üfürmək təklifini qəbul edərək üfürdükdən sonra alkoqol qəbul etməyi müəyyən olunmamışdır. Ona görə də ona Gəncə şəhər Narkololji dispanserdə tibbi müayinədən keçməyi təklif olunmuşdur. O, isə alkoqol qəbul etmədiyindən razılaşmışdır. Şəkər diabeti xəstəsi olduğundan dispanserdə ağzının ərpləşməsini əsas gətirərək alkoqol qəbul etməyi barədə protokol tərtib ediləcəyi bildirilmişdir. Həmin vaxt onun halı pisləşdiyi üçün həkimlər ilkin yardım göstərmişlər. X3 DİN-nin Gəncə Şəhər Dövlət X6 İXM-nin 329.1, 332.1, 342.7, 343.1-ci maddələrinə əsasən tərtib etdiyi xx.xx.2023-cü il tarxli TP ******* nöməli qərarı əsasında 400 manat məbləğində cərimə edilməsi ilə bağlı inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayətçinin izahatını dinləyərək, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikas DİN-nin Gəncə Şəhər X7 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarxli TP ******* nöməli qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində WOLKSWAGEN-Passat markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edilərkən Azərbaycan Respublikası İXM-nin 329.1, 332.1, 342.7, 343.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə, X3 400 manat cərimə edilmişdir. İş materiallarında olan 2 ədəd DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, X3 yol polis əməkdaşı tərəfindən saxlanılır. Yol patrul avtomobilində ona sərxoşluğun müəyyən edilməsi məqsədilə alkotesterə üfürməsi təklif edilir. O isə bir dəfə üfürür. Yerində sərxoşluq müəyyən edilmir, bir daha üfürməsi tələb edilir. O isə imtina edir. Bundan sonra onun avtomobili yolun qırağında qalaraq, yol polis əməkdaşı patrul avtomobilini hərəkətə gətirib onu həkim müayinəsinə aparır. İlk öncə müayinə məntəqəsinə, sonra isə polis idarəsinin inzibati binasına gətirilir. Polis idarəsinin inzibati binasında həkim narkoloq tərəfindən sertifikatlaşdırılmış qurğuya üfürməsi tələb edilir. O, iki dəfə qurğuya üfürür, lakin sərxoşluq müəyyən edilmir. Ağzının kənarından hava buraxması əsası ilə bir dəfə də üfürməsi tələb edilir. O isə halının pisləşməsini əsas gətirib üfürməkdən imtina edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.7.-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. İşin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından, məhkəmə iclasında şikayət verən şəxsin izahatından və DVD disklərdə əks etdirilmiş videoyazılardan görünür ki, X3 həm patrul avtomobilində, həm də Polis Şöbəsinin inzibati binasında narkoloqun iştirakı ilə alkotesterə dəfələrlə üfürür. Bu hal onun alkoqol müayinəsindən imtinası kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 115 və 134.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN-nin Gəncə Şəhər X7 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarxli TP ******* nöməli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar