Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-793/2025 24.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novuz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X2, Gəncə şəhər Baş Polis İdarəsinin X8 X7 Xidmət İnspektoru Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin X8 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin X8 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 (yüz) manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X4 şikayət verərək, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə təxminən 18:00 radələrində onun mülkiyyətində olan "Hyundai Tucson” minik markalı, **-FQ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri, Nizami prospekti 204 ünvanın yaxınlığında yolda dayanan polis avtomobilini görmüşdür. Bu zaman həmin polis avtomobili ona işarə verərək avtomobilin saxlamasını tələb etmişdir. O, avtomobili yolun sağında dayandırmış, polis əməkdaşı ona yaxınlaşaraq sənədləri tələb etmişdir. O, sənədləri polis əməkdaşına göstərdikdən sonra polis əməkdaşı ondan avtomobildən düşməyini tələb etmişdir. O isə bu tələbin qanunsuz olduğunu polisin diqqətinə çatdırmışdır, lakin, polis israrla tələb etdiyinə görə avtomobildən düşmüşdür. Sonradan adı məlum olan Gəncə şəhər X8 X7 Xidmətinin ispektoru polis serjantı Nümayəndə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini bildirərək qərəzli şəkildə heç bir əsas olmadan onun barəsində X6 xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol tərtib etmişdir. Bildirir ki, o, yol hərəkəti qaydalarının heç bir tələblərini pozmamışdır. Göstərilənlərə əsasən xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və X6 icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş X4 izahatında ərizəni müdafiə edərək bildirmişdir ki, polis əməkdaşları onu saxlamış ona svetoforun qırmızı işığında keçdiyini bildirmişlər. O, isə onlara yaşıl işıqda keçdiyini bildirmişdir. O, yol ilə hərəkət etdiyi zaman avtobus anidən onun qabağına çıxmış o, avtomobilin istiqamətini digər avtomobillərin hərəkətinə maneə olmasın deyə yolun təmir aparılan hissəsinə dəyişməli olmuşdur. Video görüntüyə baxmışdır. Lakin yenə də qırmızı işıqda keçdiyini düşünmür. Ona görə də xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və X6 icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X6 protokol tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsi Nümayəndə bildirdi ki, yolda təmir aparılsada işıqfor işlədiyi halda qaydalara riayyət edilməlidir. Eyni zamanda o, şəxsin inzibati xəta hadisəsini törətməsini əks etdirən DVD diski məhkəməyə təqdim edir və X2 barəsində qəbul edilmiş inzibati tənbehvermə haqqında qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş -xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati vermə haqqında qərarın surətindən görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə, yəni svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirməsinə görə, onun barəsində 100 (yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş video görüntüdən görünür ki, Hyundai Tucson minik markalı ** FQ *** dövlət qeydiyyat nişanlı nəqliyyət vasitəsini idarə edən X1 qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. Məhkəmə, şikayətin dəlillərini əsassız hesab edir. Belə ki, iş materiallarında olan video görüntüdən görünür ki, Hyundai Tucson minik markalı ** FQ *** dövlət qeydiyyat nişanlı nəqliyyət vasitəsini idarə edən X1 qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşin bu hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, səlahiyyətli orqanın vəzifəli şəxsi haqlı olaraq X3 inzibati məsuliyyətə cəlb etmiş və onun barəsində inzibati tənbeh tətbiq edilməsinə dair qərar qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməməli, onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin X8 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara alır: X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin X8 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-793/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-793/2025
24.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver