Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-796/2025 05.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X5 İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X5 İdarəsindən daxil olmuş hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İXM-in 324.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X5 İdarəsindən hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İXM-in 324.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokoldan müəyyən olunur ki, **-AD-*** dövlət qeydiyyat nömrə nişanlı “İsuzu” markalı avtonəqliyyat vasitəsinin sürücüsü idarə etdiyi nəqliyyat vasitəsi ilə Gəncə şəhər Ş.İ.Xətai prospektində aparılan yoxlama zamanı “buraxılış” vəsiqəsi aşkar olunmamış və nəticədə Azərbaycan Respublikası İXM-nin 324.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında AYNA Gəncə Regional idarəsinin nümayəndəsi X3 protokolun məzmununa uyğun çıxış edərək protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq hüquqi şəxs ŞəxsSC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan iclasın keçirilməsini mümükün hesab etmişdir. Azərbaycan Respublikası İXM-in 76-cı maddəsinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan: - Azərbaycan Yerüstü Nəqliyyat X5 İdarəsinin inspektoru X7, kiçik inspektoru X4 və kiçik inspektor X2 xx.xx.2025-ci il tarixdə tərtib etdikləri aktdan müəyyən olunur ki, Gəncə şəhəri, Ş.İ.Xətai prospektində hüquqi şəxs aparılan yoxlama zamanı **-AD-*** dövlət qeydiyyat nömrə nişanlı “İsuzu” markalı avtonəqliyyat vasitəsini idarə edən hüquqi şəxs Şəxs ASC tərəfindən yük maşınları üçün nəzərdə tutulmuş buraxılış vəsiqəsi və kartı olmadan yük daşıma fəaliyyəti yerinə yetirməsi aşkar edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla hüquqi şəxs Şəxs ASC-nin inzibati xətanı törətməsində təqsiri tam sübuta yetirilmiş və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-in 324.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324.3-cü maddəsinə əsasən buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən yük və qeyri-müntəzəm sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. “Avtomobil nəqliyyat haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.21-ci maddəsinə əsasən yük avtonəqliyyat vasitəsi - konstruksiyasına və təchiz edilmiş avadanlığına görə yük daşınması üçün nəzərdə tutulmuş nəqliyyat vasitəsidir. Həmin Qanunun 1.0.35-ci maddəsinə görə buraxılış vəsiqəsi –Qanunun 13-cü maddəsinə uyğun olaraq, hüquqi şəxslərin və ya fərdi sahibkarların sərnişin və ya yük daşımaları sahəsində fəaliyyət göstərməsi üçün verilən icazədir, 1.0.36-cı maddəyə görə isə buraxılış kartı – buraxılış vəsiqəsi olan hüquqi şəxslər və ya fərdi sahibkarların mülkiyyət, icarə və ya istifadə hüququ ilə malik olduğu nəqliyyat vasitələrinə verilən, icazənin əlavəsi olan kartdır. Həmin Qanunun 13.1-ci maddəsinə görə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları xidmətlərinin istehlakçılarının qanuni maraqlarının qorunması, bu sahədə haqsız rəqabət və inhisarçılığın qarşısının alınması, daşımaların təhlükəsizliyinin, ətraf mühitin və əməyin mühafizəsinin təmin olunması məqsədilə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları ilə məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar bu Qanunun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) aşağıdakı icazələri almalıdırlar: 13.1.1. Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara verilən beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsi; 13.1.2. ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi; 13.1.3. taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi; 13.1.4. taksi sifarişi operatoru fəaliyyətinə icazə; 13.1.5. avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında müqavilə. Qanunun 13.2-ci maddəsinə görə isə 13.1-ci maddədə nəzərdə tutulan fəaliyyətlərin icazə olmadan və ya digər şəxslərə məxsus icazə əsasında yerinə yetirilməsi qadağandır. 13.3-cü maddəyə görə Qanunun 13.1.1 – 13.1.4-cü maddələrində nəzərdə tutulan icazələr 7 (yeddi) il, bu Qanunun 13.1.5-ci maddəsində nəzərdə tutulan icazə isə bu Qanunun 21.5-ci maddəsində nəzərdə tutulan müddətə verilir. Qanunun 15.1-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına dair bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulmuş icazələr və onların əlavələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada verilir. İcazəni almış şəxs həmin icazəni çap edə və kağız daşıyıcıda istifadə edə bilər. Qanunun 60-cı maddəsinə əsasən həmin Qanunun və avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələblərinə riayət etməyən avtomobil daşıyıcıları, yükgöndərənlər, yükalanlar, daşımaların təşkilatçıları, sərnişinlər və digər şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyətə cəlb olunurlar. Beləliklə, qanunvericiliyin tələblərindən göründüyü kimi avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları ilə məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar yuxarıda qeyd olunan Qanunun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi almalıdırlar. Qeyd olunan fəaliyyətlərin icazə olmadan və ya digər şəxslərə məxsus icazə əsasında yerinə yetirilməsi qadağandır və həmin qaydaların pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 1842 saylı Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsindən müəyyən edilir ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununa 3 nömrəli əlavə – “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 31-ci, 32-ci (xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrinə “İcazə” blanklarının dövlət sərhədinin buraxılış məntəqələrində verildiyi hallar istisna olmaqla), 33-cü, 35-ci, 36-cı, Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla 34-cü və 37-ci maddələrində nəzərdə tutulmuş icazələri vermək, icazə şərtlərinə əməl olunmasına nəzarət etmək həmin orqanının səlahiyyətlərinə aid edilmişdir. Beləliklə hazırkı işin hallarından müəyyən edilmişdir ki, hüquqi şəxs ŞəxsSC-nin sürücüsü “**-AD-*** dövlət qeydiyyat nömrə nişanlı “İsuzu” markalı avtonəqliyyat vasitəsini xx.xx.2025-ci il tarixdə səlahiyyətli orqanın qanunla müəyyən edilmiş icazəsi, yəni buraxılış vəsiqəsi olmadan Gəncə şəhəri Ş.İ.Xətai prospektində idarə edərkən AYNA Gəncə regional İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış və onun tərəfindən İXM-nin 324.3cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi aşkar edilmişdir. İş materiallarında olan sübutlar əsasında onun qeyd olunan xətanı törətməsi tam sübuta yetirilir və məhkəmə tərəfindən inzibati xətanı istisna edən hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. - 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hüquqi şəxs ŞəxsSC-nin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, hüquqi şəxs ŞəxsSC-yə Azərbaycan Respublikası İXM-in 324.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 1200 (min iki yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-796/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-796/2025
05.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver