Məhkəmə qərarları › İş №3(125)-798/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-798/2022

14.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-798/2022 14.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Tahir oğlunun sədrliyi, Səfərova Leyla Firdovsi qızının katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs5 iştirakları ilə, xx.xx.1962-ci ildə Kəlbəcər rayonun, Sınıqkilsə kəndində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-nin rəhbəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əlavə olunmuş sənədlərdən müəyyən olundu ki, Şəxs Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi tərəfindən verilmiş 14 fevral 2021-ci il tarixli, 2(043)-388/2011 nömrəli, Kəlbəcər Rayon Məhkəməsi tərəfindən verilmiş 26 may 2010-cu il tarixli 2(040)-55/2010 nömrəli, Kəlbəcər Rayon Məhkəməsi tərəfindən verilmiş 28 mart 2018-ci il tarixli, 2(040)-186/2018 nömrəli, Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 26 may 2014-cü il tarixli. 2(009)-1316/14 nömrəli, Gəncə Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 24 yanvar 2022-ci il tarixli (104)-627/2022 nömrəli Gəncə İnzibati-İqtisadi məhkəməsi tərəfindən verilmiş 10 fevral 2016-cı il tarixli, 2-2(83)-38/2016 nömrəli icra sənədlərini icra etməkdən qərəzli olaraq boyun qaçırmışdır. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 izahatında göstərdi ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(043)- 388/2011 saylı icra sənədinə əsasən borclu "xxxx" MMC-nin direktoru Şəxs 108000 manat pul alınaraq tələbkar Zərərçəkmiş şəxs4 Uğuz oğluna, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)-627/2022 saylı icra sənədinə əsasən borclu Şəxs 11300 manat pul alınaraq tələbkar Zərərçəkmiş şəxs5, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-2(83)-38/2016 saylı icra sənədinə əsasən "xxxx" MMC-dən 13420 manat və 30 manat dövlət rüsumu alınaraq tələbkar Zərərçəkmiş şəxs6 MMC-yə, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(009)-1316/2014 saylı icra sənədinə əsasən borclu Şəxs 40000 manat pul və 30 manat dövlət rüsumu alınaraq tələbkar Zərərçəkmiş şəxs1, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(040)- 186/2018 saylı icra sənədinə əsasən borclu Şəxs 60000 manat pul alınaraq tələbkar Zərərçəkmiş şəxs3 və Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(040)- 55/2010 saylı icra sənədinə əsasən borclu Şəxs 53600 ABŞ dolları məbləğində pulmanatla məzənnəsi və 20 manat dövlət rüsumu alınaraq tələbkar Zərərçəkmiş şəxs2 ödənilməlidir. İcra sənədlərinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbi könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmişdir. Belə ki, borclu Şəxs icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş borclu qanunla müəyyən edilmiş müddətə tələbi icra etməkdən qərəzli olaraq imtina etmişdir. Bu günə borc icra sənədləri üzrə ümumilikdə 322075 manat təşkil edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 olan borcunu demək olar ki, ödəmişdir. Zərərçəkmiş şəxs3 olan borcu isə əmək haqqına yönəlmişdir. Zərərçəkmiş şəxs5 isə may ayına qədər ödəyəcəkdir. Barəsində inzibati tənbeh tətbiq edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs5 göstərdi ki, borclu ona olan ümumi borcundan 1300 manat ödəniş etmişdir. Qalan borcunu isə may ayına qədər ödəyəcəyinə söz vermişdir. Şikayətçi olmadığını bildirdi. Digər tələbkarlara məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və işin təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə İXM-in 62.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə digər tələbkarların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati materiala əlavə edilmiş:- Bir neçə icra sənədlərinin bir icraatda birləşdirilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(043)-388/2011 saylı, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(040)-55/2010 saylı, Səbail Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(009)-1316/14 saylı, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(040)-185/2020 saylı icra sənədləri bir icraatda birləşdirilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(043)-388/2011 saylı icra vərəqəsindən görünür ki, cavabdeh "xxxx" MMC-nin direktoru Şəxs 108000 manat alınaraq Zərərçəkmiş şəxs4 ödənilməsi qət edilmişdir. xx.xx.2012-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(043)-388/2011 saylı icra vərəqəsi üzrə xx.xx.2012-ci il tarixdə icraat başlanmış və tələbin 10 gün müdətində icra olunması borcluya təklif olunmuşdur. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(040)-55/2010 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 53600 ABŞ dolları məbləğində pulun manatla məzənəsi ilə və 20 manat ödənilmiş dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs2 ödənilməsi qət edilmişdir. xx.xx.2011-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(040)-55/2010 saylı icra vərəqəsi üzrə xx.xx.2021-ci il tarixdə icraat aşlanmışdır. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(040)-186/2018 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 60000 manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs3 ödənilməsi qət edilmişdir. xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(040)-186/2018 saylı icra vərəqəsi üzrə xx.xx.2018-ci il tarixdə icraat başlanmışdır. Səbail Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(009)-1316/14 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 40000 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(009)-1316/14 saylı icra vərəqəsi üzrə xx.xx.2018ci il tarixdə icraat başlanmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)-627/2022 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 11300 manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs5 ödənilməsi qət edilmişdir. xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)-627/2022 saylı icra vərəqəsi üzrə xx.xx.2022-ci il tarixdə icraat başlanmışdır. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-2(83)-38/2016 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Kənan-Bərəkət MMC-dən 13420 manat məbləğində pul alınaraq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. xx.xx.2016-cı il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-2(83)-38/2016 saylı icra vərəqəsi üzrə xx.xx.2016-cı il tarixdə icraat başlanmışdır. xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, borclu Şəxs icra sənədlərini icra etməkdən qərəzli olaraq yayınmışdır. xx.xx.2015-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, borclu Şəxs icra sənədlərini icra etməsi barədə xəbərdarlıq edilmişdir. Əks halda inzibati məsuliyyətə cəlb ediləcəyi ilə bağlı məlumatlandırılmışdır. Kəlbəcər rayon Polis şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Şəxs barəsində 500076 saylı axtarış işi açılmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi inzibati xəta İXM-in 528.1-ci maddəsi ilə düzgün olaraq protokollaşdırılmışdır. Şəxs əməlində İXM-in 32 və 33-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakteri və digər xüsusiyyətlərini nəzərə alıb məhkəmə Şəxs inzibati qaydada tənbeh edərkən onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112,114,115,117,128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsin əvvəli xx.xx.2022-ci il tarixdən, saat 16:20-dən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya biləvasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar