Məhkəmə qərarları › İş №3(125)-799/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-799/2022

14.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-799/2022 14.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Səfərova Leyla Firdovsi qızının katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əlavə olunmuş sənədlərdən müəyyən olundu ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(044)-1062/2011 saylı icra sənədinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2011-ci il tarixdən başlayaraq hər ay Şəxs sabit pul məbləğində 100 manat mmqdarında aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-2085/2019 saylı icra sənədinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş alimentin miqdarı artırılaraq hər ay 160 manat müəyyn edilərək tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək alimenti ödəməkdən yayınmışdır. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 izahatında göstərdi ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1062/2011 saylı xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən xx.xx.2011-ci il tarixdən başlayaraq hər ay Şəxs 1 uşağın saxlanması üçün 100 manat alimentin alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(055)-2085/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs 1 uşağın saxlanması üçün təyin edilmiş alimentin miqdarı artırılaraq 160 manat alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədlərinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq borcluya təqdim edilmişdir. Belə ki, borclu Şəxs icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra məmurunun çağırışlarına gəlməkdən yayındığı üçün onun axtarılması barədə qərar qəbul olunmuşdur. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş borclu qanunla müəyyən edilmiş müddətdə tələbi icra etməkdən qərəzli olaraq imtina etmişdir. Bu günə 5040 msanat borcu yaranmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 2020-ci ilin iyun ayından bu yana maddi vəziyyəti yaxşı olmadığından icra sənədi üzrə borcu ödəyə bilməmişdir alimenti az-az ödəyəcəkdir.Belə ki, hal-hazırda 300 manat ödəməyə imkanı çatır. Daha sonra 10 gündən bir hissə-hissə 50 manat ödəniş edə bilər. Hal-hazırda işsizdir. Amma iş tapmışdır. Barəsində inzibati tənbeh tətbiq edilməməsini məhkəmədən xahiş etdi. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş işin təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə İXM-in 62.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati materiala əlavə edilmiş Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(044)-1062/2011 saylı icra sənədindən görünür ki, xx.xx.2011-ci il tarixdən başlayaraq hər ay Şəxs xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 100 manat aliment alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir . Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)- 2085/2019 saylı icra sənədindən görünür ki, Şəxs xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin miqdarı artırılaraq 160 manat müəyyən edilərək Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, borclu Şəxs icra sənədini icra etməkdən boyun qaçırdığı üçün 5040 manat aliment borcu yaranmışdır. xx.xx.2011-ci il tarixli və xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarların surətindən görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1062/2011 saylı xx.xx.2011-ci il tarixli və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2085/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqələri icraata götürülmüşdür. xx.xx.2011-ci il tarixli və xx.xx.2019-cu il tarixli bildirişlərin surətindən görünür ki, borclu icra idarəsinə dəvət edilmişdir. Xəbərdarlıqların surətindən görünür ki, borclu Şəxs icra sənədini icra etməsi barədə xəbərdarlıq edilmişdir. Əks halda inzibati məsuliyyətə cəlb ediləcəyi ilə bağlı məlumatlandırılmışdır. xx.xx.2020-ci il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi inzibati xəta İXM-in 528.1-ci maddəsi ilə düzgün olaraq protokollaşdırılmışdır. Şəxs əməlində İXM-in 32 və 33-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakteri və digər xüsusiyyətlərini nəzərə alıb məhkəmə Şəxs inzibati qaydada tənbeh edərkən onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112,114,115,117,128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsin əvvəli xx.xx.2022-ci il tarixdən, saat 16:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya biləvasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar