Məhkəmə qərarları › İş №3(125)-800/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-800/2022

11.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-800/2022 11.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri Baş Polis İdarəsinin 3-cü Polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 525-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Gəncə şəhər BPİ-nin 3-cü Polis bölməsində tərtib olunmuş material baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri 3-cü Polis bölməsinin İTB-nin polis sahə rəisi, polis mayoru X1 tərəfindən tərtib olunmuş MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, vətəndaş Şəxs xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi 28 May küçəsində yerləşən “21” kafedə qumar oyununda iştirak etmişdir. Beləliklə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə prosesində üzrlü səbəb göstərmədən iştirak etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş inzibati xəta haqqında MN ******* nömrəli protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, vətəndaş Şəxs xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi 28 May küçəsində yerləşən “21” kafedə qumar oyununda iştirak etmiş, həmin şəxslər 3-cü Polis bölməsinı aparılmışlar. Həmin vaxt inzibati xətanın pretmeti olan yəni oyun ləvazimatı olan 36 ədəddən ibarət bir ədəd kart dəsti və qumara qoyulmuş 1 ədəd 100 manat, 2 ədəd 50 manat, 4 ədəd 20 manat, 3 ədəd 10 manat, 8 ədəd 5 manat və 1 ədəd 1 manatlıq pul əskinazlarından ibarət olan cəmi 351 manat pul vəsaiti protokol tərtib edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(125)790/2022 nömrəli qərarından görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın predmeti, yəni oyun ləvazimatı olan 36 ədəddən ibarət bir ədəd kart dəsti və qumara qoyulmuş 1 ədəd 100 manat, 2 ədəd 50 manat, 4 ədəd 20 manat, 3 ədəd 10 manat, 8 ədəd 5 manat və 1 ədəd 1 manatlıq pul əskinazlarından ibarət olan cəmi 351 manat pul vəsaiti müsadirə edilməklə, X2 3000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə - oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə, inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsini isə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, inzibati xətanın predmeti olan yəni oyun ləvazimatı olan 36 ədəddən ibarət bir ədəd kart dəstinin və qumara qoyulmuş 1 ədəd 100 manatın, 2 ədəd 50 manatın, 4 ədəd 20 manatın, 3 ədəd 10 manatın, 8 ədəd 5 manatın və 1 ədəd 1 manatlıq pul əskinazlarından ibarət olan cəmi 351 manat pul vəsaitinin Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(125)790/2022 nömrəli qərarına əsasən müsadirə edilməsi nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinərək, ona 3000 (üç min) manat inzibati cərimə tənbehi tətbiq edilsin. İnzibati xətanın predmeti olan yəni oyun ləvazimatı olan 36 ədəddən ibarət bir ədəd kart dəstinin və qumara qoyulmuş 1 ədəd 100 manatın, 2 ədəd 50 manatın, 4 ədəd 20 manatın, 3 ədəd 10 manatın, 8 ədəd 5 manatın və 1 ədəd 1 manatlıq pul əskinazlarından ibarət olan cəmi 351 manat pul vəsaitinin Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(125)790/2022 nömrəli qərarına əsasən müsadirə edilməsi nəzərə alınsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar