Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-804/2023 01.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, xx.xx.1986-cı ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi sahibkar, Gəncə şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin nümayəndəsi X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Gəncə şəhəri, S.Əliyev küçəsində yerləşən “ER İnşaat” adlı obyektin fərdi sahibkarı Şəxs tərəfindən açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstəriş yerinə yetirilməmişdir. Bu əmələ görə X5 İdarəsi tərəfindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmiş olsa da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən icazənin alınması üçün nəzərdə tutulmuş dövlət rüsumu ödənilmişdir. Qeyd edilənlərə əsasən Şəxs barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, 11-3-3/2-225/2023 nömrəli yazılı göstərişdən görünür ki, Açıq məkanda reklam yayımı ilə bağlı “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının tələblərinin pozulması hallarının aradan qaldırılması barədə Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsi tərəfindən sahibkar Şəxs Gəncə şəhəri, S.Əliyev küçəsində yerləşən “ER İnşaat” adlı obyektdə açıq məkanda yayımladığı reklamlarla bağlı 5 (beş) gün müddətində müvafiq icazənin alınması üçün Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinə müraciət etməsi tələb olunmuş, əks halda qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli, 132 nömrəli aktdan görünür ki, Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs (VÖEN **********) Gəncə şəhəri, S.Əliyev küçəsində “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının tələbləri pozulmaqla fasadda 4,98 m2, ayrıca dayaqlı 5,06 m2 ölçüdə reklam yayımlamağı aşkar edilmişdir. xx.xx.2023-cü il tarixli, 233 nömrəli aktdan görünür ki, Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs (VÖEN **********) Gəncə şəhəri, S.Əliyev küçəsində “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın tələblərini pozmaqla (açıq məkanda reklam yerləşdirilməsinə verilən icazə olmadan) fasadda 4,98 m2, ayrıca dayaqlı 5,06 m2 ölçüdə reklam yayımlamağı aşkar edilmişdir. xx.xx.2023-cü il tarixli, 234 nömrəli aktdan görünür ki, Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən “ER İnşaat” adlı obyektin sahibkarı Şəxs xx.xx.2023-cü il tarixli, 11-3-3/2-264/2023 nömrəli məktubla xx.xx.2023-cü il tarixdə saat 10:00-da barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etmək üçün X5 İdarəsinə dəvət olunsa da müvafiq protokolun rəsmiləşdirilməsi prosesində iştirak etməmişdir. Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs rəsmi qaydada dəvət edilsə də inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etmək üçün idarəyə gəlməmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs tərəfindən nəzərdə tutulmuş yayım haqqı Azərbaycan Respublikasının Dövlət X4 Regional Reklam İdarəsinə ödənilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsini dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolla İXM-in 428.7.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin açıq məkanda icazəsiz, həmçinin icazə müqaviləsi bağlanılmadan reklam yayımı hallarını müəyyən etdikdə icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim etmək hüququ qanunvericilikdə nəzərdə tutulmuşdur. X5 İdarəsi bu səlahiyyətə istinad edərək Şəxs yayımladığı reklamla bağlı müvafiq yazılı göstəriş vermiş, sonuncu isə müvafiq icazəni almadan reklam yayımını davam etdirmişdir. Lakin iş materiallarından aydın şəkildə görünür ki, Şəxs tərəfindən Açıq məkanda yayımlanan reklamın yayım haqqını təşkil edən müvafiq haqq tam şəkildə ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibinin mövcudluğu öz təsdiqini tapmır. Azərbaycan Respublikası İXM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 75.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) törədilib-törədilməməsi sübut edilməli olan hallardan biridir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, qeyd edilənləri və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-nin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadığına görə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 111-112, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-804/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-804/2023
01.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver