Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-807/2023 17.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 511.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət yol polisi şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər DYPŞ Yol patrul xidməti inspektoru polis serjantı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 21:30 VAZ 21074 minik markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobillə avtoxuliqanlıq hərəkəti etmiş və nəticədə Azərbaycan Respublikası İXM-in 327.2-ci və 511.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş, Gəncə şəhər DYPŞ Yol patrul xidməti inspektoru polis serjantı X3 oğlu protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 21:30 radələrindən başlayaraq Gəncə şəhərinin inzibati ərazisində VAZ 21074 minik markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobillə VAZ 21074 minik markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobil avtoxuliqanlıq hərəkətləri edərək, avtomobillə yarış keçirərək real təhlükə yaratmaları Gəncə ŞBPİ-nin Təhlükəsiz şəhər kameraları vasitəsi ilə müəyyən edilmiş, Şəxs şöbəyə dəvət edilmiş, sonuncu əməlini etiraf etmiş və barəsində İXM-in 511.1.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, VAZ 21074 minik markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğuldur. xx.xx.2023-cü il tarixdə, saat 21:30 radələrində həmin avtomobillə o, Gəncə şəhəri “Ramada Plaza” Otelinin yaxınlığında taksi fəaliyyəti ilə məşğul olan VAZ 21074 minik markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Əli Şəmsiyev ilə yarış etməmiş, sadəcə sonuncunun avtomobilinin sürət ölçənini yoxlamaq üçün avtomobil ilə yan-yana eyni sürətlə hərəkət etmişlər. Hazırda o, etdiyi hərəkətlərdən peşmandır və bir daha belə hərəkətlər etməyəcəyinə söz verir. Sonda o, yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X2 izahatında bildirmişdir ki, xx.xx.2023cü il tarixdə o, ekipaj yoldaşı Yunis Rzayevlə **-YP-*** dövlət qeydiyyat nişanlı avtopatrulla xidmətdə olarkən təxminən saat 21:30 radələrində Gəncə şəhəri, Nizami prospektində “Ramada Plaza” otelinin qarşısında VAZ 21074 minik markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobillə VAZ 21074 minik markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilin aeroport yolu istiqamətindən sürət yarışı etdiklərini görmüşlər. Daha sonra həmin avtomobillər saxlanılaraq barələrində İXM-in 511.1.1-ci maddəsi ilə inzibati protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında şahid kimi dindirilmiş Əli Şəmsiyev o, Şəxs ilə birgə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə, saat 21:30 radələrində o, Gəncə şəhəri “Ramada Plaza” otelinin yaxınlığında sürücü Şəxs ilə yarış etməmiş, sadəcə onun avtomobilinin sürət ölçənini yoxlamaq üçün avtomobillərini yan-yana eyni sürətlə hərəkət etdirmişlər. İş materiallarına əlavə edilmiş DVD diskdə olan video görüntülərdən görünür ki, Şəxs idarə etdiyi VAZ 21074 minik markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobillə, digər VAZ 21074 minik markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobil yol hərəkəti qaydalarını pozaraq yarışıb avtoxuliqanlıq hərəkətləri etmişlər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-nin 511.1.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə, Şəxs törətdiyi xətanı etiraf etməməsi, yəni digər avtomobillə yarışmaması barədə izahatna tənqidi yanaşır və həmin izahatın özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahid ifadəsi, DVD diskdə olan görüntülər və digər sübutlarla tam təkzib edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-in 511.1.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs avtoxuliqanlıq, yəni ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşkar surətdə iki avtomobilin iştirakı ilə sürət yarışının həyata keçirilməklə qərəzli hərəkətlər etməsi və beləliklə İXM-in 511.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi şahid ifadəsi, barəsində tərtib edilmiş protokol və video görüntülər ilə tam şəkildə sübuta yetirilir. Məhkəmə, Şəxs özünu təqsirli bilməməsi barədə izahatını inzibati məsuliyyətindən yaxa qurtarmaq məqsədilə verilən və məhkəmə zamanı araşdırılan, yuxarıda qeyd olunan sübutlarla təkzib olunan ifadə kimi qiymətləndirir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-nin 511.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməli edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona, nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla, 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət yol polisi şöbəsinə və Gəncə şəhəri üzrə İcra idarəsinə həvalə olunsun. Qərardan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-807/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-807/2023
17.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver