Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-808/2025 03.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə görə barəsində Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli X8 haqqında qərardan verdiyi şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X4 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli X8 haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 24 yanvar 2024-cü il tarixində saat 16:12 radələrində ona məxsus olan Tayota Prius (Hibrid) minik markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax yolunun 400-cü km-də hərərktdə olarkən İX Tağım YPX inspektoru polis baş serjantı X5 onu saxlamışdır. Onu saxlamağının səbəbini soruşduqda bildirdi ki, nəqliyyat vasitəsini idarə etmək hüququ məhkəmə qəradadı əsasında məhdudlaşdırılıb bu səbədən avtomobili saxlanılmışdır. O, polis əməkdaşına bildirmişdir ki, onun məhdudlaşdırılması mövcud deyildir. Belə ki, barəsində Gəncə şəhər Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli 3(125)-3362 2024 saylı qərari və 01 oktyabr 2024-cü il tarixli 3(125)-3359/2024 saylı qərarları ilə sürücülük hüququ məhdudlaşdırlmışdır. Həmin qərarlardan vəsatət verərək sürücülük hüququnun məhdudlaşdırılması barəda olan qərarlar Gəncə şəhər Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli 3(125)-3359/2024 saylı və 29 noyabr 2024-cü il tarixli 30125)-3362/2024 saylı qəralarla xitam verilmişdir. Həmin qərarlar ona və aidiyyəti qurumlara rəsmi qaydada göndərilmişdir. İX Tağım YPX inspektoru polis baş serjantı X5 onun dediklərini və qəraları ona göstərməyinə baxmayaraq onun sistemində görünmür deyərək Azərbaycan Reşyiblikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən 400 (dörd yüz) manat məbləğində cərimə cəzası tətbiq etmişdir. O bu qərarla razılaşmır. Onun barəsində “X8 Haqqında” xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərar qanunun tələblərinə zidd olaraq qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, şikayətçi və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, məhkəmə inzibati xəta haqqında işə şikayətçinin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş -xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati vermə haqqında qərarın surətindən görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə, yəni nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırıldığı halda nəqliyyat vasitəsini idarə etdiyinə görə, onun barəsində 400 (dörd yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. -Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, vəsatət təmin edilmiş, X3 Azərbaycan Respublikasi İnzbatı Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququnun 06 (alti) ay müddətinə məhdudlaşdırılmasına dair Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(125)-3359/2024 nömrəli qərarının icrasına xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsində qeyd olunur ki, Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-iki yüz manat məbləğində cərimə edilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində qeyd olunur ki, Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən X8 haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir. Onun təqsirli olması “X8 Haqqında” xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarda inzibati xətanın hansı formada aşkar olunması, inzibati pozuntunun nədə ifadə olunması və inzibati xətanın müəyyən edilməsi məqsədi ilə hər hansı bir xüsusi texniki vasitələrdən istifadə edilməsinə dair heç bir sübut və ya qeyd aşkar edilməmişdir. Məhkəmə şikayəti və iş materiallarına əlavə edilmiş digər sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 332.3-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən X8 haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə-üç yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 xx.xx.2025-ci il tarixində saat 16:12-də Bakı-Qazax yolunun 400-u km-də nəqliyyat vasitısini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən idarə edildiyinə görə, İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 400 manat cərimə edilmişdir. Şikayət ərizəsində X4 qeyd edilən qayda pozuntusunu törətmədiyini bildirirək qeyd etmişdir ki, onun barəsində olan sürücülük hüququnun məhdudlaşdırılmasına əsas olan qərarın icrasına xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Hesab edir ki, xx.xx.2025-ci il tarixdə onun yenidən sürücülük hüququ olmadan maşını idarə etmə əsası ilə cərimə edilməsi qanunsuzdur və həmin inzibati xəta haqqında protokol və qərar ləğv edilməlidir. Məhkəmə baxışında qanuniliyi müvafiq qaydada mübahisələndirilən inzibati xəta haqqında qərarla verilmiş şikayətin məzmununun qarşılıqlı müqayisəsi nəticəsində müəyyən edilmişdir ki, X1 hüququnun məhdudlaşdırılmasına səbəb olan qərar Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(125)- 3359/2024 nömrəli qərardadına əsasən İXM-in 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair qərarların icrasına xitam verilmiş və həmin qərarla qanuni qüvvəyə minərək icra edilməsi üçün göndərilmişdir.. Məhkəmə, qərardan şikayət vermiş X2 isnad etdiyi hallara münasibət bildirməyi zəruri hesab edir. Belə ki, X1 hüququnun məhdudlaşdırılmasına səbəb olan qərar Gəncə şəhər xx.xx.2024-cü il tarixli 3(125)- 3359/2024 nömrəli qərardadına əsasən İXM-in 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair qərarların icrasına xitam verildiyindən və həmin qərardad da qanuni qüvvəyə minərək icra edilməsi üçün göndərildiyindən məhkəməyə belə qənaətə gəlməyə imkan verir ki, X2 Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək tənbeh edilməsinin qanuniliyi mübahisə doğurur. Belə olan halda X4 nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə deyil, törətdiyi konkret qayda pozuntusuna görə məsuliyyətə cəlb olunmalı idi. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, qeyd olunan prosessual normaların tələblərini və işin yuxarıda göstərilən hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X2 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli X8 haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Azərbaycan Respublikası Baş X10 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. X2 barəsində İX Tağım YPX inspektoru polis baş serjantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli X8 haqqında qərar ləğv edilsin. X2 şikayətində və hazırkı qərarda göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılsın. Araşdırma zamanı göstərilənlərlə kifayətlənməməklə qarşıya çıxan digər hallar da hərtərəfli, tam və obyektiv yoxlanılaraq iş üzrə qanuni qərar qəbul edilməsi təmin edilsin. Əlavə araşdırmanın aparılması üçün materiallar Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-808/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-808/2025
03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver