Məhkəmə qərarları › İş №3(125)-809/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-809/2022

11.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-809/2022 11.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, “Cengiz İnşaat Sanayi ve Ticaret Anonim şirkəti”nin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: QƏBGİ-nin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı X2 tərəfindən tərtib edilmiş, hüquqi şəxs “Cengiz İnşaat Sanayi ve Ticaret Anonim şirkəti”nin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2022-ci il tarixli, 11000-3292/22 saylı inzibati xəta haqqında protokol baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilir ki, Goranboy rayonu Goranboy şəhəri E.Namazoğlu ev 5-də yerləşən Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan "Cengiz İnşaat Sanayi ve Ticaret Anonim şirkəti"nin Azərbaycan Respublikasındakı filialının ünvanına Türkiyə Respublikasından İT494MC/FF697T nömrə nişanlı yük nəqliyyat vasitəsilə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə gələn “Hazır partlayıcı maddələr” yükü **********1893 saylı xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi tərtib edilərək təyinatı üzrə Qərb Ərazi Baş Gömrük İdarəsində (Gəncə şəhəri) bəyan edilmişdir. Sənədlərin araşdırılması zamanı Qərb Ərazi Baş Gömrük İdarəsində (Gəncə şəhərində) aşkar olunmuşdur ki, “Cengiz İnşaat Sanayi ve Ticaret Anonim şirkəti”nin Azərbaycan Respublikasındakı filialının ünvanına İT494MC/FF697T nömrə nişanlı yük nəqliyyat vasitəsilə daxil olan yükə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə əsasən mallar ölkə ərazisinə daxil olmamışdan öncə elektron qaydada qısa idxal bəyannaməsi təqdim olunmalı olduğu halda yuxarıda qeyd olunan Filial tərəfindən bu tmin olunmamış və bununla da gömrük qanunvericiliyinin tələbləri pozulmuşdur. Bununla cəmiyyət tərəfindən, İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Cengiz İnşaat Sanayi ve Ticaret Anonim şirkəti”nin Azərbaycan Respublikasındakı filialına və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb ərazi Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onların nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş: - Gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektoru Araz Səfərovun xx.xx.2022-ci il tarixli raportundan görünür ki "Cengiz İnşaat Sanayi ve Ticaret Anonim şirkəti"nin (VÖEN **********) ünvanına 1 avtomaşında daxil olan yük üçün xx.xx.2022-ci il tarixində **********1893 saylı gömrük bəyannaməsi tərtib edilərək rəsmiləşdirilmə üçün təqdim edilmişdir. Lakin sənədlərin ilkin yoxlanılması zamanı gömrük prosedurları və ödənişləri şöbəsinin inspektoru X1 tərəfindən müəyyən olmuşdur ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il [tarixli 263 nömrəli Qərarının tələbləri pozularaq "Cengiz İnşaat Sanayi ve Ticaret Anonim şirkəti"tərəfindən qısa idxal bəyannaməsi tərtib edilməmişdir. - xx.xx.2022-ci il tarixli, **********1893 nömrəli Gömrük bəyannaməsindən görünür ki, “Cengiz İnşaat Sanayi ve Ticaret Anonim şirkəti”nin ünvanına İT494MC/FF697T nömrəli nəqliyyat vasitəsində daxil olmuş Türkiyə Respublikasından İT494MC/FF697T nömrəli nəqliyyat vasitəsində “Qırmızı Körpü” gömrük postundan təyinatı üzrə rəsmləşdirilməsi üçün Gəncə şəhəri, Qərb Ərazi Baş Gömrük İdarəsinə göndərilmiş “Hazır partlayıcı maddələr” yükə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhəddini keçənədək elektron formada qısa idxal bəyannaməsi təqdim etməmişdir. Məhkəmə barəsində inzibati protokol tərtib ediləni, protokolu və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, “Cengiz İnşaat Sanayi ve Ticaret Anonim şirkəti”nin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Cengiz İnşaat Sanayi ve Ticaret Anonim şirkəti”nin Azərbaycan Respublikasındakı filialının ünvanına İT494MC/FF697T nömrəli nəqliyyat vasitəsində daxil olmuş yükə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhəddini keçənədək elektron formada qısa idxal bəyannaməsi təqdim etməmişdir. Bununla da hüquqi şəxs "Cengiz İnşaat Sanayi ve Ticaret Anonim şirkəti"nin Azərbaycan Respublikasındakı filialı tərəfindən İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam şəkildə sübuta yetirilmişdir. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini və digər diqqətəlayiq halları nəzərə alaraq, hüquqi şəxs “Cengiz İnşaat Sanayi ve Ticaret Anonim şirkəti”nin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18.5, 31-34, və 114, 115-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: “Cengiz İnşaat Sanayi ve Ticaret Anonim şirkəti”nin Azərbaycan Respublikasındakı filialı (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar