Məhkəmə qərarları › İş №3(125)-81/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-81/2024

17.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-81/2024 17.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 492.1 və 491.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin baş təhqiqatçısı, gömrük xidməti polkovnik-leytenantı X3 tərəfindən tərtib edilmiş, hüquqi şəxs "xxxx" MMCnin Azərbaycan Respublikası İXMn-in 492.1 və 491.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə xx.xx.2023-cü il tarixli, 00900-00225/23 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilir ki, Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" (VÖEN: **********) MMC-nin ünvanına Rusiya Federasiyasından 1 (bir) dartıcı ilə 98903479, 98903453, 98903461 və 98903487 nömrəli 4 (dörd) vaqonda Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçməklə gələn “ərzaqlıq qarğıdalı” yükü **********4585 saylı xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi tərtib edilərək təyinatı üzrə Gəncə Gömrük İdarəsində (Gəncə şəhəri) bəyan edilmişdir. Qeyd olunan yükə baxış keçirilən zaman müəyyən edilmişdir ki, "xxxx" MMC-nin ünvanına 98903453, 98903461 və 98903487 nömrəli 3 (üç) vaqonda gələn yükə vurulan plomb gömrük əməkdaşının iştirakı olmadan özbaşına qoparılmış və vaqonlardan boşaldılaraq MMC-nin anbarına aparılmışdır. Daha sonra yük anbarda eyniləşdirilmiş, toxunulmadan və istifadə edilmədən anbarda saxlanıldığı müəyyən edilmişdir. Beləliklə gömrük qanunvericiliyinin tələbləri pozulmuş, cəmiyyət İXM-in 492.1 və 491.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. "xxxx" MMC-yə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onların nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş: - Gəncə Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin rəisi Muraz Quliyevin xx.xx.2023-cü il tarixli raportundan görünür ki "xxxx" MMC-nin (VÖEN: **********) ünvanına xx.xx.2023-cü il tarixli **********4585 nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyəyə buraxılış üçün bəyan edilmiş yükə müəssisənin qeydiyyatında olan Gəncə şəhəri Atabəylər prospekti 2D ünvanında yerləşən anbarına gedilərək baxış keçirilmiş və MMC tərəfindən gömrük əməkdaşının iştirakı olmadan 98903453, 98903461 və 98903487 nömrəli vaqonlara vurulan plomblar qoparılmış, vaqonlardakı yüklər boşaldılaraq anbara yığılmış və istifadə olunmadan anbarda saxlanılmışdır. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinin “yükə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-nin ünvanına Rusiya Federasiyasından Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postundan bir lokomtivlə 98903479, 98903453, 98903461 və 98903487 nömrəli vaqonlarda keçməklə təyinatı üzrə Gəncə dəmir yol stansiyasına gələn “ərzaqlıq qarğıdalı” yükü Gəncə Gömrük idarəsində rəsmiləşdirilməsi üçün xx.xx.2023-cü il tarixli **********4585 nömrəli bəyannaməsi ilə sərbəst dövriyyəyə buraxılış gömrük prosedurunda bəyan edilmişdir. Yükə baxış keçirilməsi üçün MMC-nin yerləşdiyi ünvana gedilmiş və gömrük əməkdaşının iştirakı olmadan 98903453, 98903461 və 98903487 nömrəli vaqonlara vurulan plomblar MMC tərəfindən qoparılmış, vaqonlardakı yüklər boşaldılaraq anbara yığılmış və istifadə olunmadan anbarda saxlanılmışdır. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında” qərardaddan görünür ki, Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-in 492.1 və 491.3-cü maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başalnmışdır. - "xxxx" MMC-nin nümayəndəsi X1 “barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında protokolda” olan izahatından görünür ki, Rusiya Federasiyasından 1 dartıcı ilə 98903453, 98903461 və 98903487 nömrəli 3 vaqonda gələn “ərzaqlıq qarğıdalı” yükün plombunu yalnışlıqla bilməyərəkdən qırıb boşaldıblar. Belə ki, həmin zaman "xxxx" MMC-nin ünvanına 9 (doqquz) vaqonda soya yükü gəlmiş, gömrük əməkdaşı həmin vaqonlara baxış keçirdiyindən MMC-nin ünvanına 4 (dörd) vaqonda gələn yüklərə də baxış keçirildiyi zənn edildiyindən plombları qırıb yükü boşaltmışlar. Həmçinin gömrük qaydalarının pozulduğunu etiraf edərək, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşımağa və "xxxx" MMC barəsində tətbiq olunacaq cəriməni ödəməyə hazır olduqlarını qeyd edərək bir daha bu kimi halın təkrarlanmamasına dair söz vermişdir. Məhkəmə inzibati protokolu və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-in 492.1 və 491.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək inzibati tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 492.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 491.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 18.1 və 18.5-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə iclası zamanı inzibati xəta törətmiş hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs "xxxx" MMC-nin ünvanına gələn yüklərə vurulmuş plomb gömrük əməkdaşının iştirakı olmadan özbaşına qoparılmış və vaqonlardan boşaldılaraq MMC-nin anbarına aparılmış, yük toxunulmadan və istifadə edilmədən anbarda saxlanılmışdır. Bununla da hüquqi şəxs "xxxx" MMC tərəfindən İXM-in 492.1 və 491.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam şəkildə sübuta yetirilmişdir. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini və digər diqqətəlayiq halları nəzərə alaraq, hüquqi şəxs "xxxx" MMC -nin Azərbaycan Respublikası İXM-nin 492.1 və 491.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, barəsində inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18.5, 31-34, və 114, 115-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" MMC (VÖEN: **********) xx.xx.2023-cü il tarixli, 00900-00225/23 nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1 və 491.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək, 1000 (min) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar