Məhkəmə qərarları › İş №3(125)-810/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-810/2022

17.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-810/2022 17.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər BPİ-nin 3-cü PB-nin polis sahə rəisi polis leytenantı X2 tərəfindən Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və raportdan müəyyən olunur ki, Şəxs xx.xx.2022-ci il tarixdə Mahrasa bağı yaşayış massivində ictimai asayişi qoruyan polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən Şəxs protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə DİN 102 xidmətinə vətəndaş Şəxs barəsində məlumat daxil olmuş, polis əməkdaşları dərhal ünvan 1 ünvanına gedən zaman orada barəsində şikayət olunan Şəxs ucadan nalayiq ifadələr işlədərək, qeyri-rəsmi yaşadığı arvadı Gülnarə İsmayılova ilə mübahisə etdiyini gömüşlər. Polis əməkdaşları Şəxs nizam intizama dəvət etsələr də, o, içkili halda polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə olan halda Şəxs barəsində qanuni tədbir görülməsi üçün sonuncunu Gəncə şəhər BPİ-nin 3-cü PB-nə gətirmişlər. Bununla da Şəxs İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ümumiyyətlə Şəxs hadisədən əvvəlki günlərdə də Gülnarə İsmayılova ilə bir neçə dəfə mübahisə etmiş, sonuncuya xəsarətlər yetirmiş, bununla bağlı təhqiqatda material vardır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında qeyrirəsmi arvadı Gülnarə İsmayılova ilə mübahisə etmiş, o, sərxoş olduğu üçün ucadan nalayiq ifadələr işlətmiş, həmin vaxt qonşuların şikayəti əsasında həmin ünvana polis əməkdaşları gəlmiş və onu nizam intizama dəvət etmişlər, lakin o, içkili olduğu üçün polisin qanuni tələblərinə məhəl qoymamışdır. O, etdiyi əməldən çox peşmandır, gələcəkdə bir də belə hərəkətlərə yol verməyəcəkdir. Sonda o, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Həsən Aslanov izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə əməliyyat istintaq qrupunda olan zaman Azərbaycan Respublikası DİN-nin 102 xidmətindən daxil olmuş məlumatla əlaqədar ünvan 1 ünvanına gedən zaman orada barəsində şikayət olan Şəxs ucadan nalayiq ifadələr işlədərək keçmiş arvadı Gülnarə İsmayılova ilə mübahisə etmişdir. Polis əməkdaşları Şəxs dəfələrlə nizam intizama dəvət etsələr də, o, polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini qərəzli şəkildə davam etmişdir. Belə olan halda onlar Şəxs barəsində qanuni tədbir görülməsi üçün Gəncə şəhər BPİ-nin 3-cü PB-nə gətirərək NH-yə təhvil vermişlər. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli tutma protokolundan məlum olur ki, Şəxs xx.xx.2022-ci tarixdə, inzibati qaydada tutulmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Belə ki, Şəxs polis işçisi ictimai qaydanı mühafizə edərkən onun qanuni tələblərinə qəsdən tabe olmaması və beləliklə İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici və şahidin izahatı, barəsində tərtib edilmiş protokol və digər sənədlər ilə tam şəkildə sübuta yetirilir. İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs əməlini etiraf etməsini və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Məhkəmə Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsini onun məsuliyyətini ağırlaşdıran hal hesab edir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona, 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar