Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-812/2023 17.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin polis sahə rəisi X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Samux rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Samux rayonu, Kolayır kəndi, Çökək məhləsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 17 aprel 2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, 16 aprel 2023-cü ildə saat 20də Şəxs məxsus Gəncə şəhər BPİ-in DYPŞ-in müvəqqəti duracağında saxlanılan avtomobilin üzərinə benzin töküb ondan sakitləşməsini tələb edən DYP-in inspektorun qanuni tələbinə tabe olmayaraq öz hərəkətini davam etdirib və ucadan nalayiq ifadələr işlədərək ətrafda olan insanların diqqətini özünə cəlb edib və bir daha ondan sakitləşməsini tələb edən polisin qanuni tələbinə tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X7 izahatında göstərdi ki, 16 aprel 2023-cü ildə saat 20-də Şəxs məxsus Gəncə şəhər BPİ-in DYPŞ-in müvəqqəti duracağında saxlanılan avtomobilin üzərinə benzin töküb ondan sakitləşməsini tələb edən DYP-in inspektorun qanuni tələbinə tabe olmayaraq öz hərəkətini davam etdirib və ucadan nalayiq ifadələr işlədərək ətrafda olan insanların diqqətini özünə cəlb edib və bir daha ondan sakitləşməsini tələb edən polisin qanuni tələbinə tabe olmamışdır.Bu barədə X8 raportla müraciət etmişdir. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, idarə etdiyi avtombili əlavə avadanlıq quraşdırıldığına görə müvəqqəti duracağa yerləşdirilmişdir. Həmin polis əməkdaşı bildirmişdir ki, o gedib avtombili həmin günü avadanlıq söküldükdən sonra götürə bilər. Lakin usta maşına yaxınlaşıb baxsa da işini yarımçıq qoyaraq getdi. Polisin ona yalan deməsindən əsəbləşib maşında olan nefti götürərək öz üzərinə tökmüş, lakin polis əməkdaşlarının üzərinə tökməmişdir. Bu zaman iki nəfər polis əməkdaşı yaxınaşaraq ona sakitləşməyini bildirmişlər. O isə maşınını duracaqdan çıxartmaq istədiyini bildirmişdir. Polis əməkdaşları ona indi axşam vaxtı olduğunu, sabah maşınını təhvil verəcəklərini bildirərək ona 5 manat vermiş və taksiylə getməsini bildirmişlər. Özünü yandırmaq istədikdə polis əmkdaşları ona mane olaraq xəsarət yetirmişlər. Barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 zahatında göstərdi ki, 16 aprel 2023cü ildə saat 20-də efir vasitəsi ilə məlumat vermişlər ki, DYPŞ-nin duracağında bir nəfər şəxs özünə məxsus avtomobilin üzərinə benzin tökərək avtomobili yandırmaq istəyir. O polis mayoru Ramin Bağırov və Nural Əlizadə ilə birlikdə DYPŞ-nin MD-na yaxınlaşmışlar. Bu zaman duracaqda konstruksiya dəyişikliyi ilə əlaqədar olan VAZ 2107 markal 12BG726 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs qeyd edilən avtomobilin üzərinə benzin tökərək avtombili yandırmaq istəyirdi. Ona dayanacaqdan uzaqlaşmasını bildirdik də o qeyd etdiki anasını aparmalıdı. Ona 5 manat pul verib anasını taksi ilə aparmasını bildirdik. Lakin onu dəfələrlə nizam intizama dəvət etsələr də polisin qanuni tələbinə əməl etməyərək əməlini davam etdirərək polisin ünvanına nalayiq ifadələr işlətdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 şahid X9 ilə eyni məzmunlu izahat verdilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X4 vermiş olduğu izahatdan görünür ki, 16 aprel 2023-cü ildə saat 20-də efir vasitəsi ilə məlumat vermişlər ki, DYPŞ-nin duracağında bir nəfər şəxs özünə məxsus avtomobilin üzərinə benzin tökərək avtomobili yandırmaq istəyir. O polis mayoru Ramin Bağırov və Nural Əlizadə ilə birlikdə DYPŞ-nin MD-na yaxınlaşmışlar. Bu zaman duracaqda konstruksiya dəyişikliyi ilə əlaqədar olan VAZ 2107 markal 12BG726 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs qeyd edilən avtomobilin üzərinə benzin tökərək avtombili yandırmaq istəyirdi. Lakin onu dəfələrlə nizam intizama dəvət etsələr də polisin qanuni tələbinə əməl etməyərək əməlini davam etdirərək polisin ünvanına nalayiq ifadələr işlətmişdir, daha sonra onu 1-ci polis şöbəsinə gətirib növbətçi hissəyə aparıb təhvil vermişlər. X1 Aqil İldırım oğlu ilə eyni məzmunlu izahat vermişlər. xx.xx.2020-ci il tarixli Fəxri Fərmandan görünür ki, Şəxs X6rşısında qoyulmuş döyüş tapşırıqlarının yerinə yetirilməsində yüksək peşəkarlıq nümayiş etdirdiyinə görə Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov tərəfindən təltif edilmişdir. 028078 saylı vəsiqədən görünür ki, Şəxs atası X2 hərbi qulluq vəzifələrini yerinə yetirən zaman İİ qrup əlil olmuşdur. “İnzibati qaydada tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün qismən etiraf edici izahatı, şahidlərin materialda olan və məhkəmə prosesi zaman vermiş olduqları izahatları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs Vətən müharibəsi iştirakçısı olmasını, atasının hərbi xidmət zamanı İİ qrup əlil olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində minimum həddə inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 16 aprel 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-812/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-812/2023
17.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver