Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-816/2024 20.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs - Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin polis sahə rəisi, polis leytenantı X1, zərərçəkmiş şəxs X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Basarkeçər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Şamaxı rayonu, Meysəri kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin İTB-in polis sahə rəisi, polis leytenantı X3 tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda və ona əlavə edilmiş sənədlərdə qeyd edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə təxminən saat 18-19 radələrində Gəncə şəhəri, Qəmərli küçəsində yerləşən fərdi yaşayış evinə gələrək həmin evdə yaşayan qayınanası X4 ilə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə nəticəsində əl və ayaq zərbələri ilə onu döyərək kənara itələməklə ona qəsdən fiziki ağrı yetirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər BPİnin 1-ci Polis Şöbəsinin polis sahə rəisi, polis leytenantı X3 protokolun məzmununa uyğun çıxış edərək, qeyd edilən ailənin problemli ailə olduğunu və Şəxs xx.xx.2024-cü il tarixdə saat 18-19 radələrində Gəncə şəhəri, Qəmərli küçəsində yerləşən fərdi yaşayış evinə gələrək həmin evdə yaşayan qayınanası X4 ilə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə nəticəsində əl və ayaq zərbələri ilə onu döyərək kənara itələməklə ona qəsdən fiziki ağrı yetirdiyini bildirdi və tərtib olunmuş protokolu müdafiə edərək, onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, X5 onun arvadı, X4 isə onun qayınanasıdır. Jalə Nəbiyeva ilə 2003-cü ildə ailə qurmuş və birgə nikahlarından 3 uşaqları dünyaya gəlmişdir. Qayını Əziz ondan aldığı 1000 manat pulu qaytarmadığı üçün onunla münasibətləri yaxşı deyildir. Buna görə də arvadına qardaşı Əzizin uşağının kiçik toy məclisinə getməməsini bildirmişdir. Lakin arvadı isə həmin toyda iştirak etmiş və 2023-cü ilin oktyabr ayından anası Məhluqənin yanında qalmışdır. Həmin vaxtdan sonra dəfələrlə Jalə Nəbiyeva ilə barışmağa çalışmışdır, lakin mümkün olmamışdır. O, hərdən yaşadığı Şamaxı rayonundan Gəncə şəhərində aldığı torpaq sahəsinə baş çəkmək üçün Gəncə şəhərinə gəlirmiş. xx.xx.2024-cü il tarixdə Jalə Nəbiyevanın bibisi oğlu Azər ona zəng edərək baldızı Aidə Mehdiyevanın barəsində şər-böhtan xarakterli məlumatlar yaydığını bildirmiş və buna aydınlıq gətirmək üçün onu Gəncə şəhərinə dəvət etmiş və o da həmin gün Gəncə şəhərinə gəlmişdir. Azər onları üzləşdirmək üçün onu Məhluqə Mehdiyevanın yaşadığı Gəncə şəhəri Qəmərli küçəsinə aparmışdır. Həmin gün təxminən saat 19 radələrində Azərlə birlikdə evin həyətinə daxil olan zaman baldızı Aidə Nəbiyeva onun üzərinə gələrək ona şər-böhtan atdığını demiş, o isə ona belə bir ifadə işlətmədiyini demiş, bundan sonra Jalə anasını və bacısını qıcıqlandırmağa başlamış, onlar isə əsəbi olduqları üçün rezin və dəmir alətlərlə onun üzərinə hücum etmişlər. Azər isə onları aralamağa çalışmış və münaqişə yarandığı üçün evi tərk edib getmişdir. Orada o, Məhluqə Mehdiyevanı döyməmiş, sadəcə itələmişdir. Hazırda məhkəmə iclasında ondan üzr istəyərək onunla barışmaq istədiyini bildirmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında bildirdi ki, X5 onun övladıdır. Jalə 2003-cü ildə Şəxs ilə ailə həyatı qurmuş, həmin nikahdan 3 övladları dünyaya gəlməsinə baxmayaraq münasibətləri yaxşı olmadığı üçün 2023-cü ilin oktyabr ayında qızı 2 övladını götürüb əri ilə yaşadığı Şamaxı şəhərindən onun yanına gəlmişdir. Övladları özü analarını seçib gəlmişlər. Hazırda qızı rəsmi qaydada nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Buna baxmayaraq Rafiq qızından əl çəkmir. xx.xx.2024-cü il tarixində saat 18 radələrində Rafiq onların yaşadığı evə gələrək orada mübahisə yaradaraq orada onun ünvanına kobud sözlər söyləmişdir. Mübahisə zamanı Rafiqdən çıxıb evdən getməsini tələb etdikdə əl zərbəsi ilə onun alın nahiyəsindən, sol qulağından vurmuşdur. Daha sonra isə təpiklə onun sol ayağından bir dəfə vurmuşdur. Rafiq qızı Jaləni döymək istəmiş, o da ona maneçilik törətməyə çalışdığı üçün onu döymüşdür. Rafiq qızı Jaləni də əlləri ilə kənara itələmiş, mübahisə yaşadığı evdə baş vermiş və təxminən 5- 10 dəqiqə davam etmişdir. Mübahisə zamanı xəsarət almış, Rafiqin zərbələrindən sonra onun alın nahiyəsində ağrılar olduğundan o, tibbi müayinədən keçmiş və onda dərəcəsi təyin edilməyən xəsarətlər aşkar edilmişdir. Hazırda o, Rafiqi törətdiyi əmələ görə bağışlamır. Onun barəsində ağır tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan 13 fevral 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış materialda Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qəbul edilmiş qərarın surətinin Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin İTB-yə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi-ekspertizasının xx.xx.2024-cü il tarixli 147 saylı rəyindən görünür ki, vətəndaş X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər– alın və sol bud nahiyələrinin qançırları - KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xəta üzrə özünü təqsirli bilməmişdir. Məhkəmə onun məhkəməyədək icraat, eləcə də məhkəmə iclasında göstərmiş olduğu xüsusatları obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, sonuncunun məqsədi bilavasitə inzibati məsuliyyətdən yaxa qurtarmaq xarakteri daşıdığı üçün onun törətmiş olduğu inzibati xəta məhkəmə iclasında tədqiq olunmuş sübutlarla tam təsdiq edilir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin izahatı, ekspertiza rəyi və iş materiallarındakı sübutlarla tam təsdiq edilir. Məhkəmə hesab edir ki, Şəxs hərəkəti düzgün olaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Azərbaycan Repubilkasının İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Bu maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün döymə və sair zorakı hərəkətlərin edilməsi nəticəsində şəxsə fiziki ağrı yetirilməsi kifayət edir. Şəxs şəxsi münasibətlər zəminində zərərçəkmiş şəxsin evinə gəlmiş və aralarında baş vermiş mübahisə nəticəsində əl və ayaq zərbələri ilə onu döyərək kənara itələməklə ona qəsdən fiziki ağrı yetirmişdir. Buna görə də Şəxs zərərçəkmiş şəxsi döyərək onu itələməklə ona fiziki ağrı yetirməsi, beləliklə də İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Buna görə də Şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xətanın törədilmə şəraitini, zərər çəkmiş şəxslə barışıq əldə edilməməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmasını, inzibati tənbehin məqsədlərinə nail olunmasını və inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən digər xüsusatları nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 37, 40, 43, 48-51, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 15 (on beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli 19 fevral 2024-cü il tarixdən, saat 20:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-816/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-816/2024
20.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver