Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-817/2024 20.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ İş № 3(125)-817/2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ İNZİBATİ XƏTA HAQQİNDA QƏRAR xx.xx.2024-cü il Gəncə şəhəri Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər BPİ 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər BPİ 1-ci Polis Şöbəsinin sahə rəisi polis mayoru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş 05 fevral 2024-cü tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs ictimai yerdə xuliqanlıq hərətləri edərək, polisin qanuni tələblərinə tabe olmamış, nəticədə Azərbayan Respublikasının İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Gəncə şəhər BPİ 1-ci polis şöbəsinin sahə rəisi X4 protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, bir müddət öncə barəsində icraat aparılan Şəxs bacısı oğlu X1 şəhəri, Universamın qarşısında vətəndaşların çox olduğu yerdə tütün məmulatından istifadə etməsi səbəbindən saxlanmış, saxlanması zamanı özünü təqdim etməkdən imtina edərək dayısı olduğunu bildirdiyi Şəxs zəng etmişdir. Telefonu dinamik rejiminə qoymuş, Şəxs isə polisləri nalayiq ifadələrlə təhqir etmişdir. Şəxs şəxsiyyəti müəyyən edilərək izahat verməsi üçün polis şöbəsinə dəvət edilmiş, yenə də onu polis şöbəsinə dəvət edən polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, inzibati xəta haqqında materiallarda göstərilən əməlləri törətməmişdir. Onun bacısı oğlu barəsində yanvar ayında inzibati protokol tərtib edilmişdir. Bacısı oğlu bu zaman ona zəng etmiş, polis əməkdaşları ondan rüşvət istəmişdir. O isə bundan əsəbiləşərək həm bacısı oğlunun saxlayan polis əməkdaşlarını, təkrarən isə 1-ci Polis Şöbəsində olan polis əməkdaşlarını nalayiq ifadələrlə təhqir etmişdir. Sonra bu insidentlə bağlı onu polis şöbəsinə dəvət etmişlər. Onun adına rəsmi bildiriş daxil olmadığından polis şöbəsinə getməkdən imtina etmişdir. Bununla bağlı ölkə rəhbərliyinin, prokurorluğun ünvanına dəfələrlə müraciət ünvanlamışdır. 20 fevral 2024-cü il tarixdə isə yas məclisindən çıxdıqdan sonra onu polis əməkdaşları saxlamağa cəhd etmiş, o isə 102 Ximətinə zəng etmiş, şöbəyə getməkdən imtina etmişdir. Polis əməkdaşları fiziki qüvvə tətbiq edərək onu şöbəyə gətirmişlər, o, polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməmişdir. Əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid kimi dindirilmiş Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin İTB-nin baş inspektoru, polis kapitanı Həsən Quliyev bildirmişdir ki, 20 fevral 2024-cü il tarixdə saat 18:20 radələrində polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətdiyi üçün Gəncə şəhəri, Ü.Hacıbəyov kuçəsində Şəxs yaxınlaşıb ona özünü təqdim edib onu Gəncə şəhər 1-cı Polis Şöbəsinə dəvət etmişdir. Bu zaman vətəndaş Şəxs heç bir səbəb olmadan yenidən ucadan səs küy salıb polisin ünvanına yenidən nalayiq ifadələr işlədib ətrafda olan insanların diqqətini özünə cəlb etməyə başlamışdır. Bu zaman ona etmiş olduğu inzıbati xətanı izah edib ondan sakitləşməsini tələb etmiş, lakin o, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında şahid kimi dindirilmiş Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili, polis leytanantı Firuz Rəsulzadə şahid Həsən Quliyevlə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir, Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsinə münasibətdə isə iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 510-cu maddəsinə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs ictimai yerdə nalayiq ifadələrdən istifadə edərək ətrafdakı vətəndaşların diqqətini cəlb etməsi iş materialları ilə öz təsdiqini tapmamış və sübuta yetirilməmişdir. Məhkəmə İXM-nin Məcəllənin 535.1-ci maddəsinə münasibətdə isə qeyd edir ki, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs öz ifadəsində polis əməkdaşlarının onu polis şöbəsinə dəvət etməsini qeyri-qanuni hesab etməsini, getməkdən imtina etməsini öz ifadəsində bildirmiş, şahid ifadələri ilə də bu fakt öz təsdiqini tapmışdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs himayəsində bir azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə aparılan inzibati xəta haqqında icraata xitam verilməli, 535.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsi üzrə aparılan inzibati xəta haqqında icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş hesab edilərək, barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-817/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-817/2024
20.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver