Məhkəmə qərarları › İş №3(125)-819/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-819/2022

18.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-819/2022 18.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X14 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1962-ci il tarixdə Qazax rayonu, Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, AS İnşaat şirkətində elektrik mühəndisi işləyən, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2022-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş 18 oktyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə X3 Gəncə Apellyasiya Məhkəməsinin qarşısında döymüşdür. Beləliklə də, Abdulla X9 Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X5 izahatında göstərdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə qardaşı X7 ilə birlikdə digər qardaşı X4 xəsarət yetirmişlər. Bu fakt üzrə təhqiqat araşdırması aparılmış və onun əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. Lakin, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, zərərçəkmiş Ələsgər Abdullayev onun qardaşıdır. Onlar arasında ata evinin bölünməsi üstündə mübahisə vardır. Həmin mübahisəyə dair Gəncə Apellyasiya Məhkəməsində məhkəmə iclası başlamamışdan əvvəl məhkəmənin koridorunda zərərçəkmiş şəxsin oğlu onu çiyin nahiyyəsindən vuraraq, “bax gör səni doğruyacam” deyib təhdid etmiş və məhkəmədən çıxmışdır. Bu zaman o da çölə çıxmışdır. Bundan sonra da mübahisələri davam etmişdir. Lakin, o, qardaşı Ələsgərə heç bir xəsarət yetirməmişdir. Sadəcə zərər çəkmiş şəxs onun üstünə gələn zaman əli ilə onu itələmişdir. Odur ki, qeyd etdiklərini nəzərə alıb qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsində qardaşları ilə onun arasında atalarından miras qalmış mülkə dair mübahisə üzrə məhkəmə iclası təyin edilmişdi. Məhkəmə iclasından əvvəl onlar arasında məhkəmənin qarşısında onlar arasında mübahisə olmuşdur. Bu zaman qardaşı Şəxs arxadan ona yaxınlaşaraq yumruq zərbələri ilə onun boynunun arxasından, digər qarşı Şirxan Abdullayev isə ağzından vuraraq ona xəsarət yetirmişlər. Şəxs törətdiyi əmələ görə bağışlamır və onun cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirdi ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs Ələsgər Abdullayev onun əmiləridir. xx.xx.2022-ci il tarixdə onlar və onun atası Şirxan arasında ata mülkü üstündə mübahisə olduğundan, Gəncə Apellyasiya məhkəməsində olmuşlar. Məhkəmə iclasından əvvəl onlar arasında mübahisə yaranmışdır. Həmin vaxt əmisi Şirvan arxadan yaxınlaşaraq digər əmisi Ələsgəri 2-3 dəfə yumruqla boynunun arxasından vurmasını görmüşdür. Bu zaman o, əmisi Şirvanın qolundan tutub oradan kənarlaşdırmışdır. Həmin vaxt əmisi Ələsgərin dodağından qan axdığını da görmüş, lakin həmin zərbənin ona kimin vurduğunu görməmişdir. Çünki, əmisi Şirvan digər əmisi Ələsgəri yumruqla vurduğuna görə onu kənarlaşdırmağa başı qarışdığına görə, əmisi Ələsgərin dodağına kimin vurduğunu görə bilməmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 1719 saylı rəyindən görünür ki, X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – boyun nahiyəsinin qançırı, alt dodağın selikli qişasının qansızma - bərk küt əşyanın təsirindən əmələ gəlmişdir xx.xx.2022-ci il tarixdə əmələ gələ bilər, sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilmir. İş materiallarından görünür ki, zərərçəkmiş şəxs X2 şikayət ərizəsi əsasında təhqiqat araşdırması aparılmış və xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, onun əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğu müəyyən edildiyindən qərarın surəti Kəpəz RPB-nin sahə rəisinə göndərilmişdir. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, Şəxs özünü təqsirli bilməsə də, onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi zərər çəkmiş şəxsin və şahidin izahatları, həmin izahatlarla uzlaşan məhkəmə-tibbi ekspertizasının rəyi, inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs İXM-in 157-ci maddəsi ilə təqsirli bilinməli, həmin maddənin sanksiyası çərçivəsində barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs ilk dəfə inzibati xəta törətməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi (İXM 32.2-ci maddəsi), inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsini isə məsuliyyətini ağırlaşdıran hal kimi (İXM 33.1.5) nəzərə alır. Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında iki növ inzibati tənbeh – cərimə və həbs inzibati tənbehləri nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, yaşını, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbehin tətbiq olunmasını məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 (dörd yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X15

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar