Məhkəmə qərarları › İş №3(125)-82/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-82/2024

09.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-82/2024 09.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdrarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsinin baş təhqiqatçısı, gömrük xidməti polkovnik-leytenantı X1 tərəfindən tərtib edilmiş, hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 28 dekabr 2023-cü il tarixli, №00900-00251/23 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilir ki, 3-33-/3-1-007831/2023 nömrəli xx.xx.2023-cü il tarixli raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (Vöen: **********) MMC tərəfindən xx.xx.2023-cü il tarixli N°080223-crown nömrəli müqavilə və xx.xx.2023-ci il tarixli 17 nömrəli invoice əsasında xx.xx.2023-cü il tarixli **********1733 sorğu nömrəli gömrük bəyannaməsi üzrə çəkisi 24813 (iyirmi dörd min səkkiz yüz on üç) kq, dəyəri 42182,10 (qırx iki min yüz səksən iki, on) ABŞ dolları dəyərində “yarımfabrikat dəri” yükü rəsmiləşdirilərək Türkiyə Cümhuriyyətinə ixrac edilmişdir. Qeyd olunan bəyannamə üzrə 180 gün ərzində ixracatçının bank hesabına 42056,00 (qırx iki min əlli altı) ABŞ dolları MMC-nin bank hesabına geri köçmüş lakin 126,10 (bir yüz iyirmi altı,on) dollar qalıq qalmış və nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxsnə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onların nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan: - xx.xx.2023-cü il tarixli, **********1733 nömrəli Gömrük bəyannaməsindən görünür ki, yun örtüyü olmayan ikilənmiş, nəm halda, səthinin sahəsi 2.6m2 azolan iribuynuzlu malqara gönlərindən aşılanmış, xromlanmış yarımfabrikat dəri yükü rəsmləşdirilərək Türkiyə Cumhuriyyətinə ixrac edilmişdir. - xx.xx.2023-cü il tarixli №080223 crown nömrəli müqavilənin surətindən görünür ki, Şəxs ilə “CROWN HİDES LTD” arasında müqavilə bağlanmış müqaviləyə əsasən alıcı verdiyi sifarişə əsasən 24814 kq dəri məmulatlarının, istehsalı üçün yarasız dərinin kəsikləri və digər tullantıları alıcıya satmağı alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. - Hesabdan çıxarışdan görünür ki, 17 invoise əsasında yükün dəyəri 1,70 ABŞ dolları olmaqla cəmi 42.182,10 ABŞ dolları ödəniş olunmuşdur. Məhkəmə protokolu, və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-in 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati tənbeh edilməlidir. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, qeyd edildiyi kimi, hüquqi və fiziki şəxslərin konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsinin təmin edilməməsi qanunvericiliyə uyğun olaraq məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə-inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən ixrac edilən bəyannamə üzrə yükün dəyəri 126,10 ABŞ dolları və yaxud 214,37 manat olan valyuta vəsaiti bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının bank hesabına geri köçürülməmişdir. Bununla da hüquqi şəxs Şəxs MMC tərəfindən İXM-in 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam şəkildə sübuta yetirilmişdir. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini və digər diqqətəlayiq halları nəzərə alaraq, hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin, yəni 126,10 ABŞ dolları (214,37 manat) məbləğinin 30 (otuz) faizi, yəni 58,27 ABŞ doları (64 manat 30 qəpik) miqdarında inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18.5, 31-34, və 114, 115-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin (126,10 ABŞ dolları) 214,37 manat 30 (otuz) faizi miqdarında, yəni 58,27 (əlli səkkiz ABŞ dolları iyirmi yeddi sent) məbləğində (qərar çıxarılan günü manata olan məzənnəsi ilə) cərimə edilsin. Qərardan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar