Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-822/2022 18.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi Həsənov Ayxan Rasim oğlunun katibliyi ilə, X1 barəsində Azərbaycan Respublikasının İXM-in 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi görə inzibati tənbehvermə haqqında Qərardan verilmiş şikayət üzrə materiallara baxaraq, məhkəmə müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin icraatına X1 barəsində Azərbaycan Respublikasının İXM-in 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi görə inzibati tənbehvermə haqqında Qərardan verilmiş şikayət daxil olmuşdur. Məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirərək məhkəmə hesab edir ki, protokol onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, material yalnız verilmiş şikayət Ərizəsi və şikayət verən şəxsin şəxsiyyətini təsdiq edən sənəddən ibarətdir. İş materiallarına barəsində şikayət verilən inzibati tənbehvermə haqqında Qərarın surəti, onun rəsmi alınmasını təsdiq edən sənədlərin surətləri əlavə edilməmişdir. Belə olan halda məhkəmə təqdim edilmiş materialları natamam hesab edir. Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin mahiyyətindən görünür ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, qərara aldı: X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi görə inzibati tənbehvermə haqqında Qərardan verilmiş şikayət və ona əlavə olunmuş sənəd şikayət vermiş şəxsə geri qaytarılsın. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-822/2022
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-822/2022
18.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver