Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-828/2022 14.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X18 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxsin müdafiəçisi Vəkil və qərarından şikayət verilmiş orqanın nümayəndəsi X4 iştirakları ilə, X6 Azərbaycan Respublikası ƏƏSMN yanında X13 Xidməti Gəncə Regional Ərazi şöbəsinin xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X12 şikayətlə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Gəncə regional ərazi şöbəsinin rəisi X5 xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini, barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Gəncə regional ərazi şöbəsinin rəisi X5 xx.xx.2022-ci il tarixli, MN 12925 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən 3000 manat cərimə olunmuşdur. Oərarın qəbul olunmasına səbəb kimi '’Premium Hotel” MMC-nin direktoru kimi guya o, nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X2 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyi qeyd olunmuşdur. Qeyd olunan qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, həqiqətən ona məxsus Gəncə şəhərində "xxxx" MMC adlı mehmanxana fəaliyyət göstərir. Qeyd olunan mehmanxanaya qəbul olunmuş işçilər qanunvericiliyin tələblərinə uyğun olaraq işə qəbul olunur və işdən azad edilir. O cümlədən adı qeyd olunan X3 ilə də aylıq əmək haqqı 330 manat olmaq şərti ilə xx.xx.2022ci il tarixdə 1 ay sınaq müddəti müəyyən edilməklə əmək müqaviləsi bağlanaraq sonuncu "xxxx" MMC-nin direktorunun xx.xx.2022-ci il tarixli, 55 nömrəli əmrinə əsasən göstərilən tarixdən mehmanxanaya ictimai ərazi xidmətçisi peşəsinə işə qəbul olunmuşdur. Aygül İbrahimova işə qəbul olunandan sonra 2022-ci ilin avqust ayı üzrə tam olaraq gündəlik işə gəlmiş və hər gün də davamiyyət jurnalına imza etmişdir, lakin 2022-ci ilin sentyabr ayının 4-ü günü işə gələrək davamiyyət jurnalına imza etsə də sonradan heç bir üzürlü səbəb olmadan iş yerini tərk etmiş və bütün gün ərzində işə qayıtmamış, o cümlədən növbəti gündə də heç bir üzrlü səbəb olmadan işə çıxmamışdır. Ona görə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsas götürülərək Aygül İbrahimova ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi o, əmək qanunvericiliyinin heç bir tələbini pozmadığı və heç kimi qanunsuz işlətmədiyi halda və heç bir inzibati xəta törətmədiyim halda barəsində qanunsuz və əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 3000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılmış şəxsin müdafiəçisi Vəkil şikayəti müdafiə edərək, X12 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilmiş orqanın nümayəndəsi X10 izahatında bildirdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Gəncə regional ərazi şöbəsinin rəisi X11 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğu üçün şikayətin təmin edilməməsini, qərarın qüvvədə saxlanılmasını xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN yanında X13 Xidməti Gəncə Regional Ərazi şöbəsinin rəisi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli qərardan görünür ki, X6 direktoru olduğu "xxxx" MMC-də X3 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Bu səbəbdən o, İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinərək, 3000 manat cərimə edilmişdir. İş materiallarında olan “Əmək müqaviləsi”nin surətindən və “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, işə götürən - "xxxx" MMC-nin direktoru X12 ilə, işçi – X3 arasında işçinin həmin MMC-nin təmizlik şöbəsinin ictimai ərazi xidmətçisi peşəsinə qəbul edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bağlanmış və əmək müqaviləsi sistemə xx.xx.2022-ci il tarixdə sistemə daxil edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 55 nömrəli “Əmr”in surətindən görünür ki, X3 xx.xx.2022-ci il tarixdən, aylıq əmək haqqı 330 manat müəyyən edilən “İctimai ərazi xidmətçisi” peşəsinə qəbul edilmişdir. İş materiallarında olan "xxxx" MMC-də qeydiyyat jurnalının görüntüsü ilə müəyyən olunur ki, X3 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həmin oteldə işləmişdir. İş materiallarında olan “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, X14 xx.xx.2022-ci il tarixdən "xxxx" MMC-də Hotel müdiri vəzifəsində işləyir. İş materiallarında olan X8 Gəncə şəhər prokurorluğunda verdiyi xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, "xxxx" MMC-də otel müdiri vəzifəsində çalışır. Vəzifə səlahiyyətləri otelin ümumi işinə rəhbərlik etməkdən ibarətdir. MMC-nin direktoru isə X9r. X3 2022-ci ilin iyul ayında "xxxx" MMC-yə müraciət edərək xadimə vəzifəsinə işə qəbul edilmək istədiyini bildirmişdir. Onun CV-ni nəzərdən keçirərək xx.xx.2022-ci il tarixdə işə başlaya biləcəyini demişdir. Aygül İbrahimovanın iş qabiliyyətini yoxlamışlar və işçi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək müqaviləsi olmadan oteldə xadimə vəzifəsində çalışmışdır. Bundan sonra otel ilə onun arasında xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlandı. xx.xx.2022-ci il tarixdə Aygül İbrahimova oteldə işlədiyi vaxt ona yaxınlaşaraq otelə məxsus geyim formasının oğurlandığını, ona verilən köynəyin çirkli olduğunu və yenisi ilə əvəz etməsini tələb etdi. O isə Aygül İbrahimovaya bütün köynəklərin hər gün çamaşırxanada yuyulduğunu bildirdi və ona verilən köynəyi digər işçilər kimi geyinməsini tapşırdı. Aygül İbrahimova onun göstərişinə tabe olmadı və ona yeni köynək verilməsini tələb etdi. Aralarında mübahisə yarandıqdan sonra o, Rasim müəllimin gəlməsini gözləmiş və problemi Rasim müəllimə demişdir. Rasim müəllim isə ona otelin iş qaydasına tabe olmasını bildirmişdir. xx.xx.2022-ci il tarixdə Aygül İbrahimova işə gələrək sənədlərini istəmiş və işdən qovulması ilə əlaqədar sənədləşmə aparılmasını tələb etmiş və daha sonra çıxıb getmişdir. xx.xx.2022-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 3(125)-618/2022 saylı xx.xx.2022ci il tarixli qərarın surətindən görünür ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə, iş də iştirak edən şəxslərin çıxışlarını dinləyərək, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, X12 "xxxx" MMC-nin direktoru olmaqla işəgötürən kimi X3 ilə əmək müqaviləsi bağlamış və xx.xx.2022-ci il tarixdə “55” nömrəli Əmrlə onu işə götürmüş, əmək müqaviləsi isə xx.xx.2022-ci il tarixdə qüvvəyə minmişdir. Aygül İbrahimova xx.xx.2022-ci il tarixdə üzrsüz səbəbdən işdən getdiyi və sonrakı günlərdə işə gəlmədiyi üçün Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən işdən azad edilmişdir. İş materialları ilə həmçinin müəyyən olunur ki, X3 xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixdə əmək müqaviləsi olmadan, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə isə əmək müqaviləsi ilə "xxxx" MMC-yə məxsus olan oteldə xadimə kimi işləmişdir. Onu xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə, eləcə də əmək müqaviləsinin bağlandığı xx.xx.2022-ci il tarixdən əmək müqaviləsinin qüvvəyə mindiyi xx.xx.2022-ci il tarixədək olan müddətdə əmək fəaliyyətinə MMC-nin direktoru X12 deyil, otelin müdiri olan digər vəzifəli şəxs – X14 cəlb etmişdir. Başqa sözlə desək, Rasim Məmmədov MMC-nin direktoru olsa da, otelin fəaliyyətinə faktiki rəhbərliyi Elmar Bağırov həyata keçirmiş, işçini əmək fəaliyyətinə o cəlb etmişdir. Rasim Məmmədovun işçinin əmək müqaviləsi qüvvəyə minmədən əməyə cəlb edilməsindən məlumatlı olmasını, onun isnad edilən inzibati xətanın törədilməsindən təqsirli olmasını təsdiq edən mötəbər sübutlar mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bundan başqa məhkəmə qeyd edir ki, daha əvvəl X6 direktoru olduğu "xxxx" MMC barəsində işçi X1 əmək müqaviləsi qüvvəyə minmədən xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək olan müddətdə əməyə cəlb edilməsi ilə bağlı Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanılmış və Gəncə Şəhər Məhkəməsinin 3(125)-618/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarına əsasən hüquqi şəxsə isnad edilmiş əməldə inzibati xəta tərkibi olmadığından, hüquqi şəxsin barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Konstitusiya Məhkəməsinin mövqeyinə görə, inzibati xətalar qanunvericiliyində müvafiq prosessual münasibətləri tənzimləyən norma olmadıqda, cinayət prosessual qanunvericiliyin normalarının analogiya üzrə tətbiq edilməsi mümkündür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Həmin Məcəllənin 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs '’Premium Hotel” MMC-nin əməlində İXM-nin 192.1-ci maddəsinin tərkibinin olmaması qanuni qüvvəyə minmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə müəyyən edildiyindən, həmin məhkəmə aktı hüquqi şəxsin direktoru barəsində eyni fakt üzrə İXM-nin eyni maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraat üçün predyusial əhəmiyyət daşıyır. Beləliklə məhkəmə, toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, səlahiyyətli orqan tərəfindən X6 barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilmiş qərar ləğv edilməli və onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 134.1.3-ci maddəsinə əsasən inzibati xəta haqqında qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallar müəyyən edildikdə, qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar müəyyən olunduqda inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 114, 115, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Gəncə Regional Ərazi şöbəsinin rəisi tərəfindən X12 barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X20
Məhkəmə qərarları › İş №3(125)-828/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-828/2022
14.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver