Məhkəmə qərarları › İş №3(125)-829/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-829/2023

19.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-829/2023 19.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X4, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə şəhəri 4-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, Bravo supermarketindən X6 ilə birlikdə 60 manat dəyərində 2 qutu “DİROL” saqqızı gizli yolla oğurlamışdır. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirlməsinə dair MN ******* nömrəli, 19 aprel 2023cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq toplanmış materiallar aidiyyati üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş Gəncə şəhəri 4-cü Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X7 protokolda göstərilmiş xüsusatları bir daha qeyd edərək bildirdi ki, Şəxs Bravo Supermarketə dəymiş 60 manat zərəri ödəmişdir. Supermarket rəhbərliyinin barəsində icraat aparılan şəxsdən heç bir şikayət və tələbi yoxdur. Barəsində icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında Şəxs izahat verərək əməlindən peşman olduğunu bildirdi, zərərçəkmiş şəxslə barışaraq ona vurmuş olduğu ziyanı ödədiyini, ona görə də məhkəmədən barəsində başlanmış inzibati icraata xitam verilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan MN ******* nömrəli, 19 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş 17 aprel 2023cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən olunur ki, X1 ərizəsi əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından, material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər 4-cü Polis Şöbəsinin İTB-nə göndərilmişdir. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında Protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 19:25 radələrində inzibati qaydada tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Ərizədən görünür ki, Şəxs oğurluq hadisəsi ilə bağlı 4-cü Polis Bölməsinə ərizə ilə bağlı müraciət etmiş X3 ziyanı ödəmiş, X2 barəsində icraat aparılan şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, işdə olan zərərçəkmiş şəxs X5 tərəfindən yazılmış ərizədən görünür ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs ona dəymiş ziyanı ödəmişdir. Hazırda zərərçəkmiş şəxsin Şəxs heç bir şikayət və tələbi yoxdur, işə xitam verilməsini xahiş edir. Göründüyü kimi barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş, onunla razılıq əldə etmişdir. Ona görə də məhkəmə hesab edir ki, inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından Şəxs barəsində olan inzibati xəta haqqında işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Şəxs inzibati qaydada tutmadan azad edilsin və məhkəmə iclasında dərhal azadlığa buraxılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar