Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-830/2022 20.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati xəta haqqında protokolları tərtib etmiş şəxs X3, zərərçəkən şəxs Zərərçəkmiş şəxs Veyis qızının, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510-ci, 535.1-ci və 157-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis bölməsinin polis sahə rəisi X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs Veyis qızını yaşadığı Gəncə şəhəri, Z.Məmmədov küçəsi, ev 35, mənzil 39-da əli ilə qəsdən vuraraq xəsarət yetirmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinidə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmçinin materiala əlavə edilmiş xx.xx.2022-ci il tarixli MN № xx.xx.2022-ci il tarixində 4-cü Polis bölməsində uca səslə nalayiq ifadələr işlədərək polis bölməsinin iş rejimini pozmuş, onu nizam intizama dəvət etsələr də, o, polisin qanuni tələblərinə tabe olmamış, bununla da Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis bölməsinin polis sahə rəisi X6 oğlu protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri Z.Məmmədov küçəsi ev 35, mənzil 39-da yaşayan Orucova X5 şəhər Baş Polis İdarəsinin 4-cü Polis bölməsinə ərizə ilə müraciət edərək qardaşı qızı Şəxs tərəfindən öz evində döyüldüyünü bildirmiş, müraciətlə bağlı Şəxs polis bölməsinə dəvət edilmiş, orada sonuncu polisin ünvanına nalayiq ifadələr işlətmiş, sonuncunu nizamintizama dəvət etsələr də, Şəxs polisin qanuni tələblərinə tabe olmamış bununla da İXM-in 510-ci, 535.1-ci və 157-cimaddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs Veyis qızı onun bibisidir, 2022-ci ilin mart ayında bibisi Zöhrəyə və onun oğlu İsmayıl Orucova pul lazım olduğu üçün Ayşən adlı qadından ümumilikdə 4000 manat öz adına sələmə pul almış, lakin bibisi və onun oğlu həmin pulun nə faizini, nə də əsas məbləği qaytarmamışlar. xx.xx.2022-ci il tarixdə o və bacısı Səbuhə Əşrəfova bibisi Zöhrənin yaşadığı evə getmişlər, Zöhrədən aldığı sələmə pulu qaytarmasını tələb etmişlər, həmin vaxt onların arasında sözlə mübahisə olmuş, lakin o, Zöhrəyə heçbir xəsarət yetirməmiş, sadəcə sonuncunu əli ilə itələmiş və evlərinə qayıtmışdır. Daha sonra onu polis bölməsinə çağırmışlar, orada ona məlum olmuşdur ki, bibisi Zöhrə onun barəsində polisə şikayət etmiş, o, polis bölməsində polis işçiləri tərəfindən kobud rəftar edildiyi üçün polislərə qarşı nalayiq ifadələr işlətmişdir. Sonda o, əməlindən peşman olduğunu, polis əməkdaşlarını söyməməli olduğunu bildirərərk barəsində yüngül inzibati tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs Veyis qızı izahat verərək bildirmişdir ki, o, qardaşı qızı Şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə öz evində döyülmüş, ona xəsarətlər yetirilmişdir. O, bu barədə polisə müraciət etmiş, daha sonra ekspertizada müayinədən keçmişdir. Hazırda o, Təhminə ilə barımamış, ona qanuna müvafiq cəza verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 17 oktyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 19 radələrində Gəncə şəhəri N.Nərimanov küçəsi ev 136-da yaşayan X1 və Gəncə şəhəri Ə.Əliyev küçəsi ev 25-də yaşayan Şəxs Gəncə şəhəri Z.Məmmədov küçəsi ev 35, mənzil 39-da yaşayan bibisi Zərərçəkmiş şəxs Veyis qızını yaşadığı evin içərisində əlləri ilə qəsdən vurub döyərək dərəcəsi təyin edilməyən bədən xəsarətləri və fiziki ağrəlar yetirməklə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətçişlər, bununla da toplanmış materialda hər hansı bir cinayət tərkibi olmadığından Zərərçəkmiş şəxs Veyis qızının müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər Azərbaycan Respublikasının İXM-nin 157, 510 və 535.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 510-ci maddəsinə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs bibisini döyməsi, polis bölməsində ucadan səs-küy salaraq ictimai qaydanı pozması və polisin qanuni tələblərinə qəsdən tabe olmaması, beləliklə İXM-in 157, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi özünün qismən etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı, barəsində tərtib edilmiş protokol və digər sənədlər ilə tam şəkildə sübuta yetirilir. Şəxs eyni vaxtda öz hərəkətləri ilə İXM-in iki müxtəlif maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyindən məhkəmə İXM-in 34.2-ci və 34.3-cü maddələrini hazırkı işin baxılmasında tətbiq edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində daha ciddi xəta nəzərdə tutulan Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona, 400 (dörd yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-830/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-830/2022
20.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver