Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-830/2023 03.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi səlahiyyətli orqanın nümayəndəsi X1, barəsində inzibati protokol tərtib edilən Şəxs iştirakı ilə, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs Gəncə Regional İdarəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs Gəncə Regional İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokoldan müəyyən olunur ki, Şəxs “Mersedes” markalı, 99UG957 dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri R50 təyinatlı yolda saat 08:00 radələrində hərəkətdə olarkən aparılan yoxlama zamanı qanunvericilikdə müəyyən olunmuş, tələb olunan sənədləri, “Fərqlənmə nişanı”nı təqdim etməmişdir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X2 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs idarə etdiyi “Mersedes” markalı, 99UG957 dövlət qeydiyyat nişanlı avtobusla Gəncə şəhəri Nizami prospektində hərəkətdə olarkən Gəncə regional idarəsinin əməkdaşları tərəfindən aparılan yoxlama zamanı sərnişin daşıma fəaliyyəti ilə əlaqədar “Fərqlənmə nişanı”nı təqdim etməmişdir. Buna görə də barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati protokol tərtib edilən Şəxs əməlini etiraf etməyərək bildirmişdir ki, o, “Mersedes” markalı, 99UG957 dövlət qeydiyyat nişanlı avtobusla Şəmkir rayonundan tələbləri Gəncə şəhərinə gətirməklə məşğul olmuşdur. O, 4 ay bundan əvvələ kimi “Fərqlanmə nişanı”nın rüsumunu Agentliyin Gəncə regional idarəsinin Füzuli adlı əməkdaşına ödəmiş, lakin sonuncu ona heç bir qəbz verməmişdir. Bundan sonra o, idarəyə gedərək həmin əməkdaşı axtarmış, idarədən həmin əməkdaşın işdən çıxdığını bildirmişlər. O, bundan sonra ödəniş edərək “Fərqlanmə nişanı” ala bilməmişdir. Bundan başqa 2 aydır o, həmin avtomobili şifahi razılaşma əsasında başqa şəxsə kirayə vermiş, özü idarə etməmişdir. Sonda o, icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs Gəncə Regional İdarəsinin kiçik inspektoru X3, digər kiçik inspektor X6 tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktdan müəyyən olunur ki, inzibati xəta törətmiş şəxs Şəxs Gəncə şəhəri Nizami prospektində aparılan yoxlama zamanı sərnişindaşıma fəaliyyəti göstərən 99UG957 dövlət qeydiyyat nişanlı “Mersedes” markalı avtonəqliyyat vasitəsini idarə edən Şəxs qeyri-qanuni sərnişindaşıma fəaliyyəti ilə məşğul olması müəyyən edilmiş və qanunvericiliklə müəyyən olunmuş tələb olunmuş sənədləri, “Fərqlənmə nişanı”nı təqdim etməkdən imtina etmişdir. İş materiallarında olan fotoşəkildən görünür ki, yol kənarında dayanmış 99UG957 dövlət qeydiyyat nişanlı “Mersedes” markalı avtomobilin qabaq şüşəsinə “Şəmkir” yazılan tablo yapışdırılmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 552-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə, Şəxs törətdiyi xətanı etiraf etməməsi, yəni avtomobili başqa şəxsə kirayə verməsi, özü idarə etməməsi və “Fərqlənmə nişanı” alması üçün Agentliyin Gəncə regional şöbəsinin əməkdaşını tapa bilməməsi barədə izahatına tənqidi yanaşır və həmin izahatın özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Şəxsin bu mövqeyi məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən akt və foto şəkillərdəki görüntülər və digər sübutlarla tam təkzib edilmişdir. Məhkəmə, Şəxs özünu təqsirli bilməməsi barədə izahatını inzibati məsuliyyətindən yaxa qurtarmaq məqsədilə verilən və məhkəmə zamanı araşdırılan, yuxarıda qeyd olunan sübutlarla təkzib olunan ifadə kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 552-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olunması, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsi inzibati məsuliyyətə cəlb etmək üçün əsas yaradır. Həmin Məcəllənin: - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. - 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 552-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 50 (əlli) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-830/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-830/2023
03.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver