Məhkəmə qərarları › İş №3(125)-832/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-832/2022

02.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-832/2022 02.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Daşkəsən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, Ə.Rəfibəyli küçəsində yerləşən emalatxananın çayxanasında tanımadığı digər şəxslər ilə pul qarşılığında kartla qumar oyununda iştirak etmişdir. Bununla da o, İXM-nin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi tərəfindən MN ******* saylı, xx.xx.2022-ci il tarixli tərtib olunmuş inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, Ə.Rəfibəyli küçəsində yerləşən emalatxananın çayxanasında Şəxs tanımadığı digər şəxslər ilə pul qarşılığında qumar oyununda iştirak etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin sahə rəisi X3 protokolun məzmununa uyğun çıxış edərək, protokolda qeyd edilən əməlin həqiqətən də Şəxs tərəfindən törədildiyini bildirdi və onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında məhkəməyə təqdim edilmiş protokolda qeyd olunan əməl həqiqətən də onun tərəfindən törədilmişdir. Belə ki, o, xx.xx.2022-ci il tarixdə avtomobilini təmir etdirmək məqsədi ilə Gəncə şəhəri, Ə.Rəfibəyli küçəsində yerləşən emalatxananın çayxanasında tanımadığı digər şəxslər ilə kart vasitəsi ilə qumar oynayarkən polis əməkdaşları gələrək onların qumar oynadıqlarını görmüşlər. Törətdiyi əməldən peşmandır. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, Ə.Rəfibəyli küçəsində yerləşən emalatxananın çayxanasında tanımadığı digər şəxslərlə pul qarşılığında kartla qumar oyununda iştirak etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə qumar oyununda iştirak etmiş X2, Məmmədov Bahəddin stan oğlu, X1 və Şəxs polis əməkdaşları tərəfindən 2-ci Polis Şöbəsinə dəvət edilmişlər. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin 3(125)-831/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın predmeti olan 7 (yeddi) manat 20 (iyirmi) qəpik pul vəsaiti və 72 (yetmiş iki) ədəd kart müsadirə edilməklə, ona 3000 (üç min) manat cərimə tənbehi tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsini isə məsuliyyəti ağırlaşdıran hal kimi (İXM 33.1.5) nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs ona istinad edilən inzibati xətanı törətməsi tam sübuta yetirildiyindən o, Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində inzibati cərimə edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, inzibati xətanın predmeti olan 7 (yeddi) manat 20 (iyirmi) qəpik pul vəsaitinin və 72 (yetmiş iki) ədəd kartın X2 barəsində qəbul edilmiş Gəncə Şəhər Məhkəməsinin 3(125)-831/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə müsadirə edilməsi nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 3000 (üç min) manat məbləğində inzibati cərimə edilsin. İnzibati xətanın predmeti olan 7 (yeddi) manat 20 (iyirmi) qəpik pul vəsaitinin və 72 (yetmiş iki) ədəd kartın X2 barəsində qəbul edilmiş Gəncə Şəhər Məhkəməsinin 3(125)- 831/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə müsadirə edilməsi nəzərə alınsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar