Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-833/2024 23.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin polis sahə rəisi, polis kapitanı X1 iştirakı ilə, xx.xx.1989-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 206, 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xırda xuliqanlıq etmiş, polisin qanuni tələbinə qəsdən tabe olmamış və narkotik vasitə istifadə etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, əvvəllər oğurluqla bağlı inzibati məsuliyyətə cəlb olunmuşdur. 2-3 ildir ki, narkotik qəbul edir. Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 2 cinayət işi vardır. Polis İdarəsinə çağırdıqları üçün özü gəlmişdir. Polisə təzyiq göstərməmiş, söyüş söyməmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə narkotik istifadə etmişdir. Həmin günü saat 4-də tutulmuş, analizə aparılmışdır. Bu gün də məhkəməyə çıxarılmışdır. Barəsində inzibati iş üzrə icraata xitam verilməsini, həbs edilməməsini məhkəmədən xahiş etdi. İnzibati materiala əlavə edilmiş xx.xx.2024-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xırda xuliqanlıq etmiş, polisin qanuni tələbinə qəsdən tabe olmamış və narkotik vasitə istifadə etmişdir. Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis mayoru Rasim Məmmədov tərəfindən qəbul olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, əməlində İXM-in 206-cı, 510-cu və 535.1-ci maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin xx.xx.2024-cü il tarixli, 314 nömrəli rəyinin surətindən görünür ki, Şəxs psixotrop maddələrdən istifadə edir, psixotrop maddə olan metanfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını inzibati materialla birlikdə araşdırıb, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə araşdırılmış sübutlarla yanaşı özünün ifadəsi ilə tam sübuta yetir. Şəxs xırda xuliqanlıq etməsinin və polisin qanuni tələbinə qəsdən tabe olmamasının nədə ifadə olunması məhkəmə araşdırması zamanı sübut olunmadığından İXM-in 510-cu və 535.1-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 37.1.-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Törədilmiş inzibati xətanın xarakterini və digər xüsusiyyətlərini nəzərə alıb məhkəmə Şəxs inzibati qaydada tənbeh edərkən onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yenidən inzibati xəta törətməsinin qarşısını almaq məqsədi ilə barəsində təqsirli bilindiyi İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Şəxs inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra barəsində narkomaniyadan məcburi müalicə təyin edilərək yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs əməlində İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün həmin maddələr üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, barəsində 01 (bir) ay müddətə inzibati həbs tənbehi tətbiq edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən saat 16:00-dan hesablansın. Şəxs inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №3(125)-833/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-833/2024
23.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver