Məhkəmə qərarları › İş №3(125)-835/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-835/2022

20.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-835/2022 20.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi X1 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında baxaraq, m ü ə y y ə n e t d i: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2022-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi X3 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs narkotik vasitədən istifadə etməsi halı müəyyən edilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Yevlax Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirdi ki, onun qeydiyyatda olduğu və yaşadığı yer ünvan 2 ünvanıdır. Tibbi müayinə zamanı ondan götürülmüş nümunələrdə aşkar edilmiş narkotik vasitəni bir həftə bundan qabaq yaşadığı Yevlax rayonu ərazisində istifadə etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, həmin tarixdə saat 21:30-da DİN BNMİ-nin X4 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsində, satmasında və üzərində saxlamasında şübhəli bilinən, ünvan 3 ünvanında yaşayan Şəxs Yevlax şəhəri, Fizuli küçəsində yolun kənarında yerləşən Araz marketin qarşısında idarə etdiyi Vaz Priora markalı, M538BY196 dövlət qeydiyyat nişanlı minik avtomobilində saxlanılaraq həmin avtomobil ilə birlikdə Gəncə şəhərində yerləşən BNMİ-nin X5 Şöbəsinə gətirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Hazırki inzibati xəta haqqında material üzrə icraatın başlanılma səbəbi Şəxs qanunsuz olaraq narkotik vasitəni istehlak etməsi olmuşdur və Şəxs izahatından və iş materiallarında olan sənədlərdən aydın olur ki, o, narkotik vasitəni Yevlax rayonu ərazisində istifadə etmişdir. Onun narkotik vasitədən istifadə etmiş olması Gəncə şəhərində keçirilmiş tibbi müayinə zamanı aşkar olunsa belə, narkotik vasitə məhz Yevlax rayonu ərazisində istehlak edildiyindən, o, həmin inzibati xətanı Yevlax rayonu ərazisində törətmiş sayılır. Belə ki, İXM-nin 206-cı maddəsinin dispozisiyasında göstərilən narkotik vasitənin saxlanılması və daşınması kimi obyektiv cəhətlərdən fərqli olaraq narkotik vasitənin istehlak edilməsi uzanan inzibati xəta sayılmır və törədildiyi yerdə əməl başa çatmış hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Həmin Məcəllənin 106.0 və 106.0.1-ci maddələrinin tələbinə görə hakim inzibati xəta haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığı məsələsini həll etməlidir. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 112.4-cü maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında material baxılması üçün aidiyyəti üzrə Yevlax rayon Məhkəməsinə göndərilsin. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar