Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-836/2023 15.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən X5, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X8 tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X8 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs Gəncə şəhəri 2 saylı Notariat Ofisinin 8-i 4469 saylı, xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən Zərərçəkmiş şəxs2 hesabına 15025 manat pul, Gəncə şəhəri 2 saylı Notariat Ofisinin 8-i 4468 saylı, xx.xx.2022-ci 11 tarixli icra qeydinə əsasən Zərərçəkmiş şəxs2 hesabına 25025 manat pul, Gəncə şəhəri 2 saylı Notariat Ofisinin 8-i 3507 saylı, xx.xx.2022-cı il tarixli icra qeydinə əsasən Zərərçəkmiş şəxs1 hesabına 15025 manat pul, Gəncə şəhəri 2 saylı Notariat Ofisinin 8-i 2282 saylı, xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən X6 hesabına 15000 ABŞ dolları pul, Gəncə şəhəri 2 saylı Notariat Ofisinin 8-i 2283 saylı, xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən Zərərçəkmiş şəxs4 hesabına 34000 ABŞ dolları pul, Gəncə şəhəri 3 saylı Notariat Ofisinin 8-i 3219 saylı, xx.xx.2021-ci il tarixli icra qeydinə əsasən X1 hesabına 11070 manat pul, Gəncə şəhəri 3 saylı Notariat Ofisinin 8-i 3217 saylı, xx.xx.2021-ci il tarixli icra qeydinə əsasən X3 hesabına 15320 manat məbləğində vəsaitin Şəxs alınması qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıq borcluya təqdim edilmişdir. Bundan əlavə borclunun əmək haqqına yönəltmə ilə bağlı tutqu məktubları göndərilmiş, borcun ödənilməsi tələb edilmiş, lakin borclunun tcra sənədinin icrasına maneə törətdiyi müəyyən edilmişdir. Borclu Şəxs 88265 manat və 44500 ABŞ dolları ödənilməmiş borcu qalmış, icra sənədi üzrə olan borcunu tam şəkildə ödəyə bilmir, icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmış, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İşə məhkəmədə baxılarkən X3 icra sənədi üzrə borcun tam ödənildiyi məlum olmuş, həmçinin borclu borcundan ümumi olaraq 7000 manat ödəniş etmiş, qalan borcu hər ay hissə-hissə olmaqla ödəyəcəyi barədə zərərçəkmiş şəxslərlə öz aralarında razılığa gəlmişlər, Həmçinin Zərərçəkmiş şəxs3 əvvəlcə qohumu Zərərçəkmiş şəxs4 borcunun ödənilməsi, sonra öz borcunun ödənilməsi barədə Şəxsla razılaşmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, X4 olan 15320 manat borcunu tam şəkildə ödəmişdir. O, bir müddət işlərində problem olduğu üçün borcunu ödəyə bilməmişdir. Məhkəmə tərəfindən ona vaxt verildikdən sonra o, ümumi 7000 manat pul ödəmiş, həmin pulun 3000 manatını Zərərçəkmiş şəxs2, 1000 manatını Zərərçəkmiş şəxs1, İradə ilə Fazilə isə 3000 manat ödəmişdir. Hazırda o, işlərini qaydasına saldığı üçün mütəmadi olaraq hər ay borcundan hissə-hissə ödənişlər edəcək və bu barədə zərərçəkmiş şəxslərlə razılaşmışdır. Belə ki, hər ay 3000 manat Zərərçəkmiş şəxs2, 1500 manat Zərərçəkmiş şəxs1, 2000 ABŞ dolları Zərərçəkmiş şəxs4 ödəyəcəkdir. X10 Ənsərovanın yaxınıdır və Fazil əvvəlcə Zərərçəkmiş şəxs4 borcunun qaytarılmasını, sonra ona olan borcu qaytarması barədə razılaşmışdır. X2 də borcunu hər ay hissə-hissə ödəəcəkdir. Sonda o, inzibati məsuliyyətdən azad edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 bildirmişdir ki, İbrahim ona olan ümumi 40000 manat borcundan mart ayında 2500 manat ödəmiş, işə baxılarkən əlavə 2000 manat ödəmiş, hazırda 1000 manatda ödəyəcək və 34500 manat borcu qalmışdır. İbrahim qalan borcu da hər ay 3000 manat olmaqla hisə-hissə ödəyəciyini bildirmiş, o, da razılaşmışdır. Sonda o, Şəxs barəsində olan inzibati iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 bildirmişdir ki, İbrahim ona olan 15000 manat borcundan mart ayında 1500 manat ödəmiş, işə baxılarkən əlavə 1000 manat ödəmiş, 12500 manat borcu qalmışdır. İbrahim qalan borcu da hər ay 1500 manat olmaqla hisə-hissə ödəyəciyini bildirmiş, o, da razılaşmışdır. Sonda o, Şəxs barəsində olan inzibati iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndəsi Nümayəndə bildirmişdir ki, Zərərçəkmiş şəxs3la Zərərçəkmiş şəxs4 qohumdurlar və onlar borclarını birlikdə hesablayırlar. Buna görə Zərərçəkmiş şəxs3la Zərərçəkmiş şəxs4 İbrahimlə razılaşmışlar ki, birinci növbədə İbrahim İradənin borcunu qaytarsın. İbrahim Fazilə olan 15000 ABŞ dolları borcundan 3000 ABŞ dolları, İradəyə olan 34000 ABŞ dolları borcundan isə 1500 ABŞ dolları ödəmiş, işə baxılarkən ikisinə birlikdə 3000 manat ödəmişdir. İbrahim qalan borcu da hər ay 2000 ABŞ dolları olmaqla hisə-hissə ödəyəciyini bildirmiş, İradə və Fazil də razılaşmışdır. Sonda o, Şəxs barəsində olan inzibati iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq, tərəfləri dinləyərək hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib müəyyən edilmədiyindən, onun barəsində başlanılmış inzibati xəta törətməsi haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 18 dekabr 2014-cü il tarixli qərarında bir daha özünün “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli qərarında göstərdiyi şərtləri vurğulayaraq qeyd etmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: -məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Azərbaycan Respublikasının İXM-in 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş faktiki hallarından və tərəflərin məhkəmə iclasında verdiyi izahatından, həmçinin təqdim edilmiş sənədlərdən görünür ki, Şəxs tərəfindən notariusların icra qedyləri əsasında icra sənədlərindəki tələblərin qərəzli və üzrsüz səbəbdən icra edilməməsi halı mövcüd deyildir. Çünki borclu hazırda borcundan ümumilikdə 7000 manat ödəniş etmiş, qalan borcu hər ay hissə-hissə ödəmək barədə tərəflər öz aralarında razılığa gəlmişlər və zərərçəkmiş şəxslər işin icraatına xitam verilməsinə etiraz etməmişlər. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətinin yaranması üçün imperativ şərt olan “icra sənədindəki tələbin üzürsüz səbəbdən icra edilməməsi”nə dəlalət edən heç bir sübut növü inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş tərkibin olmasını təsdiq edən heç bir dəlilin və sübutun olmaması nəzərə alınaraq, inzibati xəta törətməsi barədə şübhələr hər bir halda onun xeyrinə qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə Şəxs əməlində inzibati xəta tərkibi olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-836/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-836/2023
15.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver