Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-84/2022 07.07.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 206-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər BPİ 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər BPİ 4-cü Polis Bölməsinin polis sahə rəisi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 206-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə ictimai qaydanı pozaraq evdə xuliqanlıq etmiş, xx.xx.2022-ci il tarixdə narkotik vasitə olan kannabinodilərdən istifadə etmişdir. Gəncə şəhər BPİ 4-cü Polis Bölməsinin polis sahə rəisi X2 protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, Lilpər Məmmədova xx.xx.2022-ci il tarixdə DİN 102 xidmətinə zəng edərək, daha sonra isə Gəncə şəhər BPİ 4-cü polis bölməsinə ərizə ilə müraciət edərək, oğlu Şəxs tərəfindən bıçaqla öldürüləcəyi ilə hədələndiyini bildirmişdir. Həmin müraciətlə əlaqədar əməliyyat qrupu Şəxs yaşadığı ünvana getmiş, həmin vaxt sonuncu anasının ondan şikayət etdiyini öyrənərək evlərinin qarşısında, küçədə ucadan nalayiq ifadələr işlədib səs-küy salmış, Bundan sonra Şəxs polis bölməsinə gətirilmişdir. Daha sonra Şəxs narkoloji ekspertizadan keçirilərkən sonuncuda narkomaniya xəstəliyi aşkar olmuş, özü bir üddət əvvəl narkotik vasitə istifadə etdiyini etiraf etmişdir. Buna görə də müvafiq maddələrlə inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü inzibati xətaların törədilməsində qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Lilpər Məmmədova onun doğma anasıdır. O, anası Lilpər ilə ünvan 1 ünvanında birgə yaşayır. Anası tez-tez ona siqaret çəkməməyi tövsiyyə etdiyi üçün o, əsəbləşib anasını qorxutmaq məqsədi ilə onu öldürəcəyi ilə hədələmişdir. Anası qorxub yaxınlıqda yaşayan dayısının evinə getmiş və bir aydan çox orada yaşamışdır. xx.xx.2022-ci il tarixdə onun pula ehtiyacı olduğu üçün evdə köhnə əşyaları satmış, bundan xəbər tutan anası Lilpər onu polisə şikayət etmişdir. Polis əməkdaşları onların evinə gələrkən o, anasının ondan şikayət etməsinə əsəbləşərək küçədə səs-küy salmışdır. O, narkotik vasitələrdən 4-5 il əvvəl istifadə etmiş, hazırda heç bir narkotik aludəçisi deyil, polislər onu saxladığı zaman onun üzərində narkotik vasitə olmamış, o, həmin gün narkotik vasitə istifadə etməmişdir. Sonda o, əməlindən peşman olduğunu barəsində tərtib olunmuş protokol üzrə inzibati icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: - xx.xx.2022-ci il tarixli inzibati qaydada tutma protokolundan məlum olur ki, Şəxs həmin gün saat 17:00-da inzibati qaydada tutulmuşdur. - 07 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması əməldə cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Norkoloji Dispanserin xx.xx.2022-ci il tarixli, 957 saylı rəyindən görünür ki, Şəxs narkotik vasitədədn istifadə edir. Narkotikə vasitə olan kannabinoidlərdən sui istifadə nətiçəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi mülaicəyə ehtiyac var və narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Norkoloji Dispanserin xx.xx.2022-ci il tarixli, 957 saylı rəyində Şəxs narkomaniya xəstəliyindən əzab çəkdiyi göstərilsə də, onun tibbi müayinəsi nəticəsində qanında və ya sidiyində narkotik vasitələrin aşkar olunması, həmiçinin üzərindən nakotik vasitə daşıması, saxlaması barədə hər hansı sübutlar iş materiallarına əlavə edilməmişdir. Belə olan halda Şəxs sadəcə olaraq narkomaniya xəstəsi olması İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaratmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bununla belə Şəxs hərəkətlərində İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Çünki Şəxs küçədə uca səslə səs-küy salaraq ictimai qaydanı pozmuşdur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli tutulduğu xx.xx.2022-ci il tarixdən hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-84/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-84/2022
07.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver