Məhkəmə qərarları › İş №3(125)-84/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-84/2025

28.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-84/2025 28.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X4, Qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X9 İdarəsinin 11 dekabr 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X9 İdarəsinin rəisi X3 qəbul etdiyi 11 dekabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X8 həmin qərardan şikayət verərək bildirmişdir ki, bir neçə ildir ki, ünvan 1 ünvanında yerləşən “Samovar Lounge” kafesini işlədir. Onun işlədiyi kafedə heç vaxt Koçalı Mükerrem adlı şəxs işləməmişdir. Həmin şəxs sadəcə ona yaxınlaşaraq aşbaz olduğunu, müxtəlif restoranlarda işlədiyini bildirmiş və işçilərin işlədikləri və obyektin şəraiti ilə tanış olmaq istədiyini bildirmiş, onu isə həmin şəxsi kafenin və işçilərin işlədikləri şəraiti ilə tanış etmişdir. Daha sonra həmin şəxs çıxıb getmiş və onu bir daha görməmişdir. Onun kimliyi barədə onda hər hansı bir məlumat yoxdur. Azərbaycan Respublikası Miqrasiya Xidmətinin əməkdaşları Koçalı Mükerrem adlı şəxsi saxlamışlar, həmin şəxs isə öz izahatında da onun işlətdiyi kafedə işlədiyini göstərmişdir. Həmin şəxsin izahatı alınarkən, ümumiyyətlə onun iştirakı təmin olunmamışdır. Onunla üzləşdirilməmişdir. O, yalnız barəsində protokol tərtib olunandan sonra Miqrasiya Xidmətinə dəvət olunmuş, etirazını bildirmiş və həmin vaxt da Miqrasiya Xidmətində belə bir adamın onun yanında heç vaxt işləmədiyini bildirmişdir. Bu barədə izahat vermişdir. Buna baxmayaraq barəsində cərimə cəzası kəsilmişdir. O, Şahid adlı şəxsi tanımır, həmin şəxs onun işlədiyi kafedə işləməmişdir. Həmin şəxsin haradan, nə vaxt, niyə Azərbaycana gəlməsi barədə onda hər hansı bir məlumat olmamışdır.İş üzrə onun təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut yoxdur. Buna baxmayaraq inzibati xəta haqqında iş üzrə acraat aparmış orqan işin hallarını tam araşdırmadan qərar qəbul etmişdir. Belə ki, iş üzrə Şahid adlı şəxsin işə cəlb edilməsi, onun məhz onun tərəfindən “ Samovar Lounge” kafesində işə cəlb edilməsi, ümumiyyətlə Şahid adlı şəxslə onun arasında faktiki əlaqənin mövcudluğu, işə cəlb edilməsi müqabilində ona əmək haqqı ödənilməsi və digər əhəmiyyət kəsb edən hallar sübuta yetirilməmişdir. Qərar qəbul etmiş orqan işin hallarına düzgün qiymət verməmiş, iş üzrə zəruri əhəmiyyət kəsb edən halları araşdırmadan qanunsuz qərar qəbul etmişdir. Şikayətin təmin olunması, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin barəsində olan xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli “inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən şikayətçi X8 bildirdi ki, Şahid onun işlədiyi restorana gəlmiş və aşbaz işləyə biləcəyini bildirmişdir. O Şahid aşbazı olduğunu bildirsə də aşbazlara təlim keçmək üçün müəyyən reseptlər verməsi, reseptləri bəyənəcəyi halda isə xidmət qarşılığında 1.000 manat pul verəcəyini bildirmişdir. Lakin bişirilən yemək xoşuna gəlmədiyi üçün onlar razılığa gəlməmişlər. Şikayət ərizəsində göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 11 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv olunması ilə bağlı qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, X1 Gəncə şəhəri, X11 52 ünvanında 09 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələblərini pozmaqla iş icazəsi alınmadan Türkiyə Respublikası vətəndaşı Şahid işə cəlb edilmişdir. Odur ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan Koçalı Mukerremin işə cəlb edilməsinə görə X8 barəsində qanuni əsaslarla inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində çıxış edən Şahid ifadəsində göstərmişdir ki, evlənmək üçün Gəncə şəhərinə gəlmişdir. Sənəd işləri uzandığı üçün boş qalmaq istəməmişdir. Türkiyədə aşbaz işlədiyi üçün Gəncədə yemək respti verə biləcəyi yerlər axatarmışdır. Daha sonra “Samovar Lounge” kafesində olmuş, orda Cavidan Əliyevlə danışmış və sadəcə yeməklərin resptin vermişdir. Bəyənəcəkləri halda xidmət qarşılığında 1.000 manat pul veriləcəkdi. Lakin yemək xoşlarına gəlmədiyi üçün razılaşmada olmamışdır. Həmin vaxtı Azərbaycanda çalışma icazəsi olmamışdır. Məhkəmə iclasında şahid qismində çıxış edən X5 ifadəsində göstərmişdir ki, Şahid yoldaşı onlara bildirmişdir ki, Koçalı Mükerrem “Samovar Lounge” kafesində aşpaz vəzifəsində çalışır. Bu zaman onlar Koçalı Mükerrem ilə telefon vasitəsi ilə əlaqə saxlamış və onun işlədiyi yerə getmişlər və məlum olmuşdur ki, Koçalı Mukerrem xx.xx.2024-cü il tarixdə iş icazəsi tələb olunduğu halda icazə olmadan Gəncə şəhəri, X11 51 ünvanında işə cəlb edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət rədd olunmalıdır. Belə ki, iş materiallara əlavə edilmiş -Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi X6 tərəfindən qəbul edilmiş 11 dekabr 2024-cü il tarixli MN ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X1 Gəncə şəhəri, X11 52 ünvanında 09 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələblərini pozmaqla iş icazəsi alınmadan Türkiyə Respublikası vətəndaşı Şahid işə cəlb edilmişdir. Bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. -Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Gəncə RMİ-in inspektoru X7 tərəfindən qəbul edilmiş 09 dekabr 2024-cü il tarixli MN ******* nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, X1 Gəncə şəhəri, X11 52 ünvanında 09 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələblərini pozmaqla iş icazəsi alınmadan Türkiyə Respublikası vətəndaşı Şahid işə cəlb edilmişdir. Bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. -Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi X6 tərəfindən qəbul edilmiş 10 dekabr 2024-cü il tarixli MN ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Kocali Mukarrem 09 dekabr 2024-cü il tarixdə Gəncə şəhəri, X11 51 ünvanında iş icazəsi tələb olunduğu halda bu icazə olmadan haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş 10 dekabr 2024-cü il tarixli “Əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlişinin qadağan edilməsi haqqında” qərardan görünür ki, Koçali Mukerremin Azərbaycan Respublikasına gəlişi Dövlət Miqrasiya Xidmətinin 10 dekabr 2024-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarında göstərilən inzibati cərimə (hesablanmış dəbbə pulu da daxil olmaqla) ödənilənədək qadağan edilməsivə Koçali Mukerrem tərəfindən inzibati cərimə (hesablanmış dəbbə pulu da daxil olmaqla) ödənildik də onun ölkəyə gəlişinə qoyulmuş qadağanın götürülməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən olundu ki, Şahid xx.xx.2024-cü il tarixdə iş icazəsi tələb olunduğu halda icazə olmadan Gəncə şəhəri, X11 51 ünvanında “Samovar Lounge” kafesində kafenin sahibi X1 işə cəlb edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulan İnzibati xəta törədilmişdir. Bu hal inzibati icraat aparılan şəxsin, şahidlərin həm inzibati icraat zamanı, həm də məhkəmə icraatı zamanı vermiş olduqları ifadələrlə öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsinə əsasən: işə götürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə-vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. İş materiallarından görünür ki, Şahid Azərbaycan Respublikasında işləmək üçün icazəsi olmamışdır. Koçali Mukerremin “Samovar Lounge” kafesində müəyyən edilmiş məbləğ qarşılığında hər hansı xidmətin göstərilməsi məhz işə cəlb edilmə kimi qiymətləndirilməlidir. Dövlət Miqrasiya Xidmətinin X9 İdarəsinin rəisi X3 qəbul etdiyi xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın qəbul edilməsi ilə nəticələnən inzibati araşdırma zamanı hər hansı qanun pozuntusuna yol verilməsi halları müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3- cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1- ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75- ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1- ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması və mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Şikayət verən şəxs qərarın qanunsuz olduğunu təsdiq edən heç bir sübut təqdim etməmişdir. Bu səbəbdən X4 Dövlət Miqrasiya Xidmətinin X9 İdarəsinin MN seriyalı 1810141 nömrəli, 11 dekabr 2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” Qərarından verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM- in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X4 Dövlət Miqrasiya Xidmətinin X9 İdarəsinin MN seriyalı ******* nömrəli, 11 dekabr 2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar