Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-840/2022 21.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X12 Şakir oğlunun sədrliyi, X2 iclas katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Kəlbəcər rayonu, Susuzluq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Kəlbəcər rayonu, Susuzluq kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi təqsirləndirilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 bildirdi ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-177/2020 saylı, 17 iyun 2020-ci il tarixli qətnaməsi ilə 31 yanvar 2020-ci il tarixdən hesablanmaqla, tərəflərin birgə nikahından 05 sentyabr 2008-ci ildə doğulmuş X4 və 05 sentyabr 2008-ci ildə doğulmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdeh Şəxs hər ay hər uşağa görə 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X1 ödənilməsi qət edilmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-177/2020 saylı, 17 iyun 2020-ci il tarixli icra vərəqəsinə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə borcluya xəbərdarlıq təqdim edilmiş, bundan əlavə borcun ödənilməsi tələb edilmiş, lakin borclu icra sənədinə göstərilən borcundan son olaraq sentyabr ayında 350 manat ödəmiş və hazırda 5617 manat aliment borcu vardır. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, qanunamüvafiq qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs borclu Şəxs izahatında bildirdi ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-177/2020 saylı, 17 iyun 2020-ci il tarixli icra sənədinə əsasən X1 hər ay hər uşağa görə 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat alimentin ödənilməsi qət edilmişdir. Fərdi əməklə məşğuldur və yeni ailə həyatı qurmuşdur, 1 uşağı var və biri də olacaqdır. Hazırda heç bir ödəniş edə bilmir. Ödəniş etməyə maddi imkanı yoxdur. Az miqdarda ödəniş edə bilər. Odur ki, qanun tələblərinə uyğun olaraq qərar qəbul edilməsi məhkəmədən xahiş edir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-177/2020 saylı, 17 iyun 2020-ci il tarixli icra sənədinə əsasən 05 sentyabr 2008-ci ildə doğulmuş X4 və 05 sentyabr 2008-ci ildə doğulmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdeh Şəxs hər ay hər uşağa görə 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda borclunun ona 5000 manatdan artıq borcu vardır. Odur ki, aliment borcunun hamısının ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İşdə olan Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-177/2020 saylı, 17 iyun 2020-ci il icra vərəqəsinin surətindən görünür ki, 31 yanvar 2020-ci il tarixdən hesablanmaqla, tərəflərin birgə nikahından 05 sentyabr 2008-ci ildə doğulmuş X4 və 05 sentyabr 2008-ci ildə doğulmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdeh Şəxs hər ay hər uşağa görə 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X1 ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, həmin icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubu təqdim edilmişdir. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs tərəfindən icra sənədinin tələbi üzrlü səbəb olmadan icra edilməmiş, aliment öhdəliyindən icra sənədində göstərilən qaydada və məbləğdə ödəniş edilmədiyindən icra sənədi üzrə cəmi 5617 manat məbləğində aliment borcu yaranmış, məhkəmə aktı tam olaraq icrası onun qərəzli hərəkətləri nəticəsində icrasız qalmışdır. İnzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və tələbkarı dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Buna görə də adı çəkilən şəxs, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə borclu tərəfindən vaxtaşırı aliment öhdəliyindən ödəniş etməsi barədə dəlillərini əsassız hesab edərək qeyd edir ki, borclu tərəfindən vaxtaşırı aliment borcundan ödəniş etməsinə baxmayaraq, aliment təyin edildiyi vaxtdan keçən uzun müddət ərzində borclu tərəfindən icra sənədində göstərilən məbləğdə əhəmiyyətli ödəniş edilməmiş, aliment borcu yığıldıqdan sonra cüzi məbləğdə ödəniş edilməsi məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment öhdəliyinin tam icrasından yayınmaq istəyini göstərmişdir. Həmçinin icra sənədi üzrə borclu tərəfindən icra edilməmə nəticəsində 5617 manat məbləğində aliment borcu yığılmışdır. Bu hal onu deməyə əsas verir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə razılaşmamış və özünün istəyinə uyğun olaraq məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment öhdəliyinin tam icrasından yayınmaq istəyinin olmasını göstərmişdir. Bu səbəbdən sözügedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi isə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyənləşdirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Borclunun və tələbkarın ifadəsindən və iş materiallarından məlum olur ki, icra sənədinin icrası üçün əlavə vaxtın verilməsinə lüzum qalmamışdır. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Borclu Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini, borc məbləğini və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı və onun barəsində inzibati həbs tənbeh növü seçilməli və həbsdə sаxlаmа müddətinin əvvəli 21 oktyabr 2022-ci il tаrixdən, saat 14:50-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilsin. Həbsdə sаxlаmа müddətinin əvvəli 21 oktyabr 2022-ci il tаrixdən, saat 14:50-dən hesablansın. Qərаrın icrаsı Gəncə şəhəri üzrə İcra İdarəsinə və Gəncə şəhər Baş Polis İdarəsinin X6 həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zaman İmanov
Məhkəmə qərarları › İş №3(125)-840/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-840/2022
21.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver