Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-842/2022 21.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X32 Şakir oğlunun sədrliyi, X10 iclas katibliyi, protokol tərtib etmiş şəxs Gəncə Şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X11, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə; xx xxx 1975-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə Şəhər BPİ-nin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Gəncə Şəhər BPİnin 1-ci Polis Şöbəsində tərtib olunmuş materiallar baxılması üçün xx.xx.2022-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri 1-ci Polis İTB-nin polis sahə rəisi, X19 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 18:00-dan xx.xx.2022-ci il saat 11-dək olan müddət ərzində vətəndaş X1 məxsus Gəncə şəhəri, Puşkin küçəsi ev 2-də yerləşən yarım tikilinin həyətindən 40 manat dəyərində su sayğacını oğurlamışdır. Gəncə şəhəri 1-ci Polis İTB-nin polis sahə rəisi, polis leytenantı X12 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il saat 21:00-da vətəndaş X8 işlədiyi Gəncə şəhəri, M.A.Abbaszadə ilə Əttarlar küçəsinin kəsişməsində yerləşən köskdən 80 manat dəyərində “Samsung J3” 2016 markalı mobil telefonu oğurlamışdır. Bundan başqa Gəncə şəhəri 1-ci Polis İTB-nin polis sahə rəisi, polis baş leytenantı X20 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci ildə vətəndaş X14 məxsus Gəncə şəhəri, Ozan küçəsində yerləşən “Al” Marketdən ümumi dəyəri 40 manat olan 2 ədəd ankor yağını oğurlamışdır. Bundan başqa Gəncə şəhəri 1-ci Polis İTB-nin polis sahə rəisi, polis mayoru X15 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci ildən xx.xx.2022-ci il saat 13:00 radələrinə kimi olan müddət ərzində Gəncə şəhəri, Avtozavod qəsəbəsində yeni məhlələrdə yaşayan X2 yaşadığı evin həyətindən 20 manat dəyərində dəmir barmaqlıq və 70 manat dəyərində dəmir şivoleri oğurlamışdır. Daha sonra Gəncə şəhəri 1-ci Polis İTB-nin polis sahə rəisi, polis leytenantı X5 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il saat 22:00-dan xx.xx.2022-ci il saat 01:00-a kimi olan müddət ərzində ünvan 2 ünvanında yaşayan X3 məxsus yaşayış evinin qarşısında saxladığı VAZ-2107 markalı **-DO-*** d.q.n.n.-lı avtomobildən 60 manat dəyərində Pioneer markalı maqintofon, 15 manat dəyərində pul qabının içərisində olan 81 ABŞ dolları, 150 manat dəyərində Samsung markalı mobil telefonu və 2 ədəd ümumi dəyəri 8 manat olan yaddaş cihazlarını oğurlamışdır. Bundan başqa Gəncə şəhəri 1-ci Polis İTB-nin polis sahə rəisi, polis mayoru X15 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci ildə saat 13də Gəncə şəhəri, Avtozavod qəsəbəsi, Şatırçılar küçəsi, ev 19-da yaşayan X6 məxsus dəyəri 42 manat olan 30 metr elektrik naqilini oğurlamışdır. Həmçinin, Gəncə şəhəri 1-ci Polis İTB-nin polis sahə rəisi, polis kapitanı X7 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci ildə Gəncə şəhəri, Atatürk prospekti 265, ev 44-də yaşayan X13 məxsus 80 manat dəyərində su motorunu yaşayış binasının zirzəmisindən oğurlamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətdiyi inzibati xətalar ilə bağlı ayrı-ayrı inzibati materiallar xx.xx.2022-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, Gəncə Şəhər BPİ-nin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Gəncə Şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X19 inzibati xəta haqqında protokolların məzmununa uyğun çıxış edərək, əlavə olaraq bildirdi ki, Şəxs əməllərində cinayət tərkibi olmadığından bütün materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs tərəfindən müxtəlif vaxtlarda törədilmiş xırda talama əməlləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokollar tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Odur ki, qanunamüvafiq qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ona istinad olunan əməllər üzrə özünü tam təqsirli bilərək izahatında bildirdi ki, əvvəllər məhkum olunmuşdur. 1 ildir həbdən çıxmışdır. Heç bir yerdə işləmir. Evli olmaqla himayəsində yetkinlik yaşına çatmayan uşağı vardır. xx.xx.2022-ci il tarixdə saat 18:00dan xx.xx.2022-ci il saat 11-dək olan müddət ərzində vətəndaş X1 məxsus Gəncə şəhəri, Puşkin küçəsi ev 2-də yerləşən yarım tikilinin həyətindən 40 manat dəyərində su sayğacını oğurlamışdır.Bundan başqa o, xx.xx.2022-ci il saat 21:00-da vətəndaş X8 işlədiyi Gəncə şəhəri, M.A.Abbaszadə ilə Əttarlar küçəsinin kəsişməsində yerləşən köskdən 80 manat dəyərində “Samsung J3” 2016 markalı mobil telefonu oğurlamışdır. Bundan başqa xx.xx.2022-ci ildə vətəndaş X14 məxsus Gəncə şəhəri, Ozan küçəsində yerləşən “Al” Marketdən ümumi dəyəri 40 manat olan 2 ədəd ankor yağını oğurlamışdır. xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək saat 13:00 radələrinə kimi olan müddət ərzində Gəncə şəhəri, Avtozavod qəsəbəsində yeni məhlələrdə yaşayan X2 yaşadığı evin həyətindən 20 manat dəyərində dəmir barmaqlıq və 70 manat dəyərində dəmir şivoleri oğurlamışdır. xx.xx.2022ci il saat 22:00-dan xx.xx.2022-ci il saat 01:00-a kimi olan müddət ərzində ünvan 2 ünvanında yaşayan X4 məxsus yaşayış evinin qarşısında saxladığı VAZ-2107 markalı **- DO-*** d.q.n.n.-lı avtomobildən 60 manat dəyərində Pioneer markalı maqintofon, 15 manat dəyərində pul qabının içərisində olan 81 ABŞ dolları, 150 manat dəyərində Samsung markalı mobil telefonu və 2 ədəd ümumi dəyəri 8 manat olan yaddaş cihazlarını oğurlamışdır. xx.xx.2022-ci ildə saat 13-də Gəncə şəhəri, Avtozavod qəsəbəsi, Şatırçılar küçəsi, ev 19-da yaşayan X6 məxsus dəyəri 42 manat olan 30 metr elektrik naqilini oğurlamışdır. Daha sonra o, xx.xx.2022-ci ildə Gəncə şəhəri, Atatürk prospekti 265, ev 44də yaşayan X13 məxsus 80 manat dəyərində su motorunu yaşayış binasının zirzəmisindən oğurlamışdır. Hazırda zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəməyə imkanı yoxdur. Əməlindən peşiman olmaqla ona yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, , xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan, onun barəsində müvafiq tədbir görülməsi üçün qərarların surəti Gəncə Şəhər BPİ-nin 1-ci Polis Şöbəsinə göndərilmiş, vətəndaşların şikayət ərizələri əsasında toplanmış materallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. “İnzibati qaydada tutma haqqında” 20 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin gün saat 19 radələrində inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında protokolların məzmunundan və Şəxs verdiyi izahatlarından görünür ki, o, törətdiyi inzibati xətaları etiraf etmiş, əməllərindən peşman olduğunu bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokollar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Belə işlərə baxılarkən hər bir inzibati xətaya görə müəyyən edilmiş tənbeh nəzərə alınmalı və tətbiq olunan tənbeh İnzibati Xətalar Məcəlləsinin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq olmamalıdır. Azərbaycan Respublikası İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin ödənilməməsini, məsuliyyətini yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran hal kimi isə inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini məsuliyyəti ağırlaşdıran hal kimi (İXM 33.1.2-ci maddəsi) nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, Azərbaycan Respublikası İXM-nin 34.2, 34.4-cü maddələrinin tələbləri, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarı nəzərə alınmaqla onun barəsində tərtib olunmuş hər protokol üzrə ayrıayrılıqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsdə saxlama müddətinin əvvəli, inzibati qaydada tutulduğu vaxtdan, yəni 20 oktyabr 2022-ci il tаrixdən, saat 19:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində tərtib olunmuş MN ******* saylı, xx.xx.2022-ci il tarixli protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə; MN ******* saylı, xx.xx.2022-ci il tarixli protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə; MN ******* saylı, xx.xx.2022-ci il tarixli protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə; MN ******* saylı, xx.xx.2022-ci il tarixli protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə; MN ******* saylı, xx.xx.2022-ci il tarixli protokolda göstərilən əməl 25 (iyirmi beş) gün müddətinə; MN ******* saylı, xx.xx.2022-ci il tarixli protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə; MN ******* saylı, xx.xx.2022-ci il tarixli protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə inzibati həbs tənbehi təyin edilsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən təyin edilmiş tənbehlər toplanılmaqla, ona qəti olaraq 3 (üç) ay müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsdə sаxlаmа müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 20 oktyabr 2022-ci il tаrixdən, saat 19:00-dan hesablansın. Qərаrın icrаsı Gəncə şəhər Bаş Pоlis İdаrəsinin X18 həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №3(125)-842/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-842/2022
21.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver