Məhkəmə qərarları › İş №3(125)-844/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-844/2022

24.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-844/2022 24.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənov Ayxan Rasim oğlunun katibliyi, protokol tərtib etmiş şəxs Gəncə şəhəri 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx xxx 1987-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Gəncə şəhəri 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə X2 işlədiyi Gülüstan qəsəbəsində yerləşən “Al” marketdən ümumi dəyəri 160 manat olan 8 ədəd “Ancor” yağını gizli şəkildə talamaqla Əhməd Nəbiyevə 160 manat dəyərində maddi ziyan vurmuşdur. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirlməsinə dair MN ******* nömrəli, 24 oktyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq toplanmış materiallar aidiyyati üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş Gəncə şəhəri 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X3 protokolda göstərilmiş xüsusatları bir daha qeyd edərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs izahat verərək əməlindən peşman olduğunu bildirdi, zərərçəkmiş şəxslə barışaraq ona vurmuş olduğu ziyanı ödədiyini, ona görə də məhkəmədən barəsində başlanmış inzibati icraata xitam verilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş X4 izahat verərək göstərdi ki, Şəxs ona dəymiş ziyanı ödəmişdir. Şəxs barəsində heç bir şikayət və tələbi yoxdur. Ona görə də Şəxs barəsində başlanmış inzibati icraat barəsində qanuni qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan MN ******* nömrəli, 24 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən olunur ki, X2 ərizəsi əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından, material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər 1-ci Polis Şöbəsinin İTB-nə göndərilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, işdə olan zərərçəkmiş şəxs X4 tərəfindən yazılmış ərizədən görünür ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs ona dəymiş ziyanı ödəmişdir. Hazırda zərərçəkmiş şəxsin Şəxs heç bir şikayət və tələbi yoxdur, işə xitam verilməsini xahiş edir. Göründüyü kimi barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş, onunla razılıq əldə etmiş, dolayısı ilə zərərçəkmiş şəxs Şəxs şikayət və tələbinin olmamasını bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından Şəxs barəsində olan inzibati xəta haqqında işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar