Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-844/2024 27.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlu, X1 barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsi və ona əlavə edilmiş materialları nəzərdən keçirərək, müəyyən etdim: Gəncə Şəhər Məhkəməsinə X1 barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsi daxil olmuşdur. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi onu göndərmiş şəxsə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin yanında X2 Xiddmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci tarixli MN ******* nömrəli qərarından şikayət verilmə müddəti ötmüşdür. Şikayət vermiş şəxs mübahisləndirilmiş qərarın ona nə vaxt çatması ilə bağlı hərhansı sübutu şikayət materiallarına əlavə etməmişdir. Belə olan halda, məhkəmə təqdim edilmiş şikayət ərizəsi və ona əlavə edilmiş materialları natamam hesab edir. Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin mahiyyətindən görünür ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, qərara aldım: X1 barəsində tərtib edilmiş xx.xx.2022-ci tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarın ləğv edilməsinə dair X1 şikayət ərizəsi ona geri qaytarılsın. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-844/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-844/2024
27.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver