Məhkəmə qərarları › İş №3(125)-845/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-845/2024

26.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-845/2024 26.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə şəhər Məhkəməsinin hakimi Əliyev Asif Əmrah oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 333-1.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokollar üzrə materialları nəzərdən keçirərək, müəyyənetdim: Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən və Gəncə şəhər Baş Polis İdarəsinin X1 Şöbəsindən Gəncə Şəhər Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 333-1.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokollar üzrə materiallar daxil olmuşdur (3(125)-845/2024 və 3(125)-846/2024). İş üzrə toplanmış materialları nəzərdən keçirərək hesab edirəm ki, materiallar aidiyyatı üzrə düzgün göndərilmişdir. İnzibati icraatın başlanması haqqında qərar və işin digər materialları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilmişdir. İnzibati xəta haqqında işin baxılması hakimin səlahiyyətinə aid olmaqla, işin baxılmasını istisna edən və işin icraatını rədd edən hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 333-1.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında materiallar bir icraatda birləşdirilərək baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə 3(125)-845/2024 saylı inzibati xəta haqqında material məhkəmənin icraatına qəbul edilsin və İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən həmin material məhkəmənin icraatında olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə 3(125)-846/2024 saylı inzibati xəta haqqında materialla bir icraatda birləşdirilərək baxılsın. Hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar