Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-846/2023 25.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1997-cı il tarixdə Samux rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Samux rayonu, Kolayır kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 16-00-da Gəncə şəhəri, İ.Məmmədov küçəsində ictimai qaydanı pozub və polisin qanuni tələbinə tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X2 izahatında göstərdi ki, Nicat Qocayev raportla müraciə edərək Şəxs barəsində qanuna müavafiq tədbir görülməsini xahiş etmişlər. Onların müraciəti və işin halları əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, deyilənlər həqiqəti əks etdirmir. Polis əməkaşı olan Tural adlı şəxsin ona 1.000 manat borcu olmuşdur. Həmin borcu vermədiyinə görə 102 xidmətinə zəng etmişdir. Daha sonra o şöbəyə çağırılaraq 100 manat pul verilmi, qala məbləği isə yaxın müddətdə verəcəklərini bildirmişlər. 1 ay keçəsinə baxmayaraq həmin pul verilməmiş, ona görə də yenidən 102 xidmətinə zəng etmişdir. Həmin zəngə görə o şöbəyə çağırılmış və getmişdir. Şöbədən çıxanda polis əməkdaşları ona yaxınlaşıb şöbəyə dəvət etmişlər. O da könüllü olaraq polis əməkdaşları ilə şöbəyə getmişdir. Küçədə olan zaman söyüş söyməmiş, polisə müqavimət göstərməmişdir. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Vəkil izahatında bildirdi ki, işin hallarından göründüyü kimi Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tərkibi yoxdur. Məhkəmə iclasında şahid ifadələri ilə də bu halın öz təsdiqini tapmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Şəxs əməlində İXM-nin 510 və 535.1-ci maddələrinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər 1-ci PŞ-nin CAB-nin baş ə/m. Polis kapitanı X6 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 16-00radələrində adı sonradan məlum olan Samux rayonu, Kolayır kənd sakini xx.xx.1997-ci il təvəllüdlü Şəxs ünvan 1 ünvansız nəlayiq söyüşlər söyməsi və polisin qanuni tələbinə qəsdən tabe olmadığına görə Gəncə şəhər 1-ci Polis Şöbəsinə gətirilmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə zamanı onlardan başqa orda kiminsə olmasını xatırlamır. Lakin həmin küçə gediş gəlişli yer olmuşdur. Sadəcə ətrafda adam olub-olmamasına fikir verməmişlər. Şəxs polis şöbəsinə dəvət edən zaman əvvəlcə gəlmək istəməmiş, nə ilə bağlı çağırıldığını soruşmuş, lakin sonradan özü maşına könüllü əyləşərək şöbəyə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 şahid Nicat Qocayev ilə eyni məzmunlu izahat verdi. Verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə zamanı hadisə zamanı onlardan başqa orda kiminsə olmasını xatırlamır. Şəxs polis şöbəsinə dəvət edən zaman əvvəlcə gəlmək istəməmiş, nə ilə bağlı çağırıldığını soruşmuş, lakin sonradan özü maşına könüllü əyləşərək şöbəyə getmişdir. İş materiallarında Gəncə şəhər 1-ci PŞ-nin CAB-nin baş ə/m. Polis kapitanı Nicat Qocayev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 16-00- radələrində adı sonradan məlum olan Samux rayonu, Kolayır kənd sakini xx.xx.1997-ci il təvəllüdlü Şəxs ünvan 1 ünvansız nəlayiq söyüşlər söyməsi və polisin qanuni tələbinə qəsdən tabe olmadığına görə Gəncə şəhər 1-ci Polis Şöbəsinə gətirilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs xx.xx.2023cü il tarixdə saat 16:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq edən mötəbər sübutlar yoxdur. Belə ki, protokol Şəxs xırda xuliqanlıq etməsi və polisin qanuni tələbinə qəsdən tabe olmadığı üçün tərtib edilsə də, həmin vaxt Şəxs xırda xuliqanlıq etməsi şahid ifadələri ilə öz təsdiqini tapsa da, polisin qanuni tələbinə qəsdən tabe olmadığı hər hansı sübutla (kamera görüntüləri, şahid ifadələri) təsdiq edilmir. Şahidlər ifadə verən zaman verilən suallara cavabında Şəxs polis şöbəsinə dəvət edən zaman əvvəlcə gəlmək istəməməsini, nə ilə bağlı çağırıldığını soruşduqdan sonra isə özü maşına könüllü əyləşərək şöbəyə getdiyini bildirmişlər. Göründüyü kimi Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmaması öz təsdiqini tapmadığından onun hərəkətlərində İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bununla belə Şəxs hərəkətlərində İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Şəxs hərəkətlərində İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olması şahid ifadələri və iş materialları ilə öz təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Şəxs ictimai yer sayılan küçədə yüksək səslə söyüş söyməsi ictimai qaydanı pozma kimi qiymətləndirilir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olunmaq üçün Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Bundan başqa, məhkəmə baxışı zamanı məhkum Şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. İnzibati icraat aparılan şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Vəkil tərəfindən həyata keçirilmiş və müdafiəçi tərəfindən 3 saat vaxt sərf olunmuşdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla inzibati icraat aparılan şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi Vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 12 manat məbləğində pul köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 06 (altı) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 23 aprel 2023-cü il tarixdən saat 16:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi Vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 18 manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ**********0000067944, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-846/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-846/2023
25.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver