Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-848/2025 22.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Firəngiz Elçin qızının katibliyi, X1 vəkili Nümayəndə2 iştirakı ilə, X3 X14 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin 29 dekabr 2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Əmək Müfəttişliyi Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin 29 dekabr 2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, “X12” Məhdud Məsuliyyətli Cəmiyyətinin (hüquqi ünvanı: AZ 2000, Gəncə şəhəri, Atatürk, ev 2A, mənzil 23; VÖEN:**********) qanuni təmsilçisi-direktorudur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən ona ünvanlanan xx.xx.2024-cü il tarixli bildiriş əsasında məlum olmuşdur ki, Gəncə şəhər prokurorluğu xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 24-1-2-2-415-1780-1 nömrəli qərar qəbul etmiş, inzibati xəta haqqında işə baxılması xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Bildirmək istəyir ki, Gəncə şəhər prokurorluğu və ya X14 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən inzibati xəta haqqında iş üzrə icraat materialları, o cümlədən inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar, araşdırma zamanı toplanmış sübutlar ona təqdim olunmamışdır. xx.xx.2024-cü il tarixdə “zoom” proqramı vasitəsi ilə online iclasa qoşularaq izahat verdikdən sonra həmin gün ona göndərilən “sms” ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* seriya və nömrəli protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 192.1-ci maddəsinə əsasən, 4000 manat məbləğində cərimə olunmuşdur. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, protokol (qərar) qanunsuz və əsassızdır, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, direktoru (qanuni təmsilçisi) olduğu “X12” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra klinika) qanunvericiliklə müəyyən olunmuş qaydada verilmiş lisenziyalar əsasında “X12” əmtəə nişanı və firma adından istifadə etməklə özəl tibb fəaliyyətinin ambulator və səyyar tibbi xidmətləri üzrə işlər görür, əhaliyə tibbi xidmətlər göstərir. Qeyd olunan xidmətin təşkili və icrası ilə bağlı klinika Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsi) tələblərinə əsasən həkimlər və digər işçilər ilə əmək müqaviləsi bağlayaraq həmin şəxsləri müvafiq işlərin yerinə yetirilməsinə cəlb edir. Qeyd edir ki, klinikada əmək müqaviləsi əsasında həkim-ginekoloq fəaliyyət göstərir və sonuncunun fəaliyyəti tibbi xidmətlərindən istifadə edən şəxslərin sayına uyğun olaraq kifayətdir. Belə ki, onların klinikasında 4 nəfər mama ginekoloq fəaliyyətə göstərir. Onların qeyd edilən həkim ixtisası ilə bağlı hər hansı bir ehtiyacı yoxdur. Ona göndərilən qərardan aydın olur ki, guya, Şahid2 onların klinikasında mama ginekoloq kimi fəaliyyət göstərir. Halbu ki, həmin şəxs X17 Sağlamlıq Mərkəzinin işçisidir və əmək qanunvericilikdə nəzərdə tutulmuş həftəlik, günlük iş saatlarını qeyd olunan müəssədə yerinə yetirir. Yusifova onların klinikasında mama ginekoloq kimi heç bir fəaliyyəti olmayıb. Onun fəaliyyəti yalnız müəyyən xəstələrin onların klinikasında müayindən keçməsini təmin etmək məqsədi ilə xəstələri analiz verməsi üçün onların klinikasına göndərir və müəyyən hallarda özü xəstə ilə birlikdə gəlib onun analiz cavablarına baxır və yaxud müəşayət edir. Göründüyü kimi onun fəaliyyəti hakim kimi deyil sadəcə analiz vermək üçün müəyyən xəstələrin onların klinikasının xidmətindən yararlanmaq olmuşdur. Bunun müqabilində isə aparılan analizlərdən əldə edilən gəlirdən ona müəyyən faizdə pul verilmişdir. O onların klinkasında işləməmiş onun hər hansı bir otağı olmamışdır. Bundan başqa onun Zümrüd adlı xəstəni onların klinikasına gətirməsi və orada müayinə etməsi ilə bağlı qeyd edir ki, Nigar Yusifovanın özünün işlədiyi yerdə şərait olmamışdır. Onun ifadəsindən də görünür ki, onun stolu olmadığından onların klinikasına gəlmişdir. Onların klinikasında Samirə adlı həkimin otağında olan stoldan istifadə etmək istəmiş lakin xəstə onun dedikləri ilə razı olmadığından xəstənin müayinəsi baş tutmamışdır. Göründüyü kimi əgər Nigar Yusifova onların klinikasında işləmiş olsa onun özünün kabineti və müayinə və müalicə üçün şəraiti olardı. Lakin göründüyü kimi bu hallar baş verməmişdir. Beləliklə göstətilən hallardan doğan nəticə ondan ibarətdir ki, Nigar Yusifova onların klinikasında işləməmişdir. Onun həkim kimi heç bir fəaliyyəti olmamışdır. Göründüyü kimi, klinika ilə həkim arasındakı münasibət əmək münasibəti deyil. Sifarişçi ilə icraçı arasında bağlanmış mülki-hüquqi müqavilə olan xidmət müqaviləsindən irəli gələn mülki hüquq münasibətidir. Konstitusiya, Əmək Məcəlləsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi (bundan sonra Mülki Məcəllə) ilə əmək müqavilələrinin sərbəst bağlanması, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəsin əmək müqaviləsi bağlamağa məcbur edilə bilməməsi, fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilməsi təsbit edilmişdir. Belə olan halda, klinikanın direktoru kimi onun əməlində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkibinin olması istisna edilməlidir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə əsasən, işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərlə daxil olduğu hüquqi münasibətlər bir qayda olaraq əmək münasibətləri olaraq çıxış edir. Belə ki, işəgötürənin əsas fəaliyyət sahəsinə dair işlər əsasən mütəmadi, sistematik və davamlı xarakter daşımaqla, onun nəzarəti altında və təlimatına uyğun olaraq həyata keçirilir. Lakin, bir sıra hallarda işəgötürənin əsas fəaliyyət sahəsinə aid iş və xidmətlərə dair münasibətlər də birdəfəlik və ya qeyri-mütəmadi olmaqla daşıdığı xüsusiyyətlərə və mahiyyətinə görə əmək deyil mülki-hüquqi məzmunlu ola bilər. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflər arasında əmək münasibətlərinin olub-olmaması bu münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək məhkəmə tərəfindən müəyyən edilməlidir. Həmin Qərarın nəticə hissəsində göstərilmişdir ki, Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsində göstərilən hallarda, o cümlədən işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar tərəflər arasında yaranan münasibətlərin əmək münasibətləri olub-olmaması Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarında əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, həmin münasibətlərin xarakteri və həqiqi mahiyyəti, işin faktiki halları araşdırılaraq məhkəmələr tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin istinad olunan Qərarında əks olunmuş hüquqi mövqeni əsas götürərək klinika ilə Şahid2 arasındakı münasibətin xarakteri və həqiqi mahiyyəti ilə bağlı aşağıdakıları diqqətə çatdırmaq istəyir: 1) Şahid2 X17 Sağlamlıq Mərkəzinin işçisidir və əmək qanunvericilikdə nəzərdə tutulmuş həftəlik, günlük iş saatlarını qeyd olunan müəssədə yerinə yetirir. 2) Klinika ilə Şahid2 arasında olan hüquq münasibətində sonuncunun klinikanın daxil intizam qaydalarına əməl etməsi, klinikada dəqiq razılaşdırılmış iş saatları ərzində fəaliyyət göstərməsi nəzərdə tutulmamışdır. Belə ki, Şahid2 klinikada ayın, həftənin hansısa günü və ya saatları ərzində daimi fəaliyyət göstərməmişdir. 3) Şahid2 klinikada qeyri-müəyyən şəxslərə xidmət göstərməmiş, yalnız özünün xəstələrini klinikaya müayinə edilməsi üçün göndərmişdir. 4) Klinika və Şahid2 hüquq münasibətlərində hüquqi və faktiki cəhətdən bərabər vəziyyətdə olmuş, Şahid2 üçün Əmək Məcəlləsində işçilər üçün nəzərdə tutulmuş hər hansı əmək (iş yerinin saxlanılması, məzuniyyətlərin verilməsi, ezamiyyə xərclərinin ödənilməsi, təhsilin davam etdirilməsi və s.) və sosial təminat (işdənçıxarma, əmək qabiliyyətinin müvəqqəti itirilməsi və digər hallarda sosial müavinətin ödənilməsi, sosial sığortanın həyata keçirilməsi və s.) və ya intizam sanksiyalarının tətbiq edilməsi nəzərdə tutulmamışdır. 5) Şahid2 klinika ilə hər hansı məzuniyyət razılaşdırmamış, ona məzuniyyət verilməmiş, klinikaya münasibətdə məzuniyyət hüququnu reallaşdırma halı olmamışdır. 6) Göstərilən xidmət daimi xarakter daşısa da, tərəflər arasında bağlanmış müqavilə müddətli olmuşdur. 7) Tərəflər arasında əmək haqqı razılaşdırılmamış, göndərilən xəstələrin sayı və nəticəsindən asılı olaraq xidmət haqqının ödənilməsi razılaşdırılmışdır. 8) Ən nəhayət Nigar Yusifovanın göstərdiyi xidmət işəgötürənin əsas fəaliyyət sahəsinə aid olmamışdır. 9) Yuxarıda qeyd olunan 2-4,6-cı bəndlərdə qeyd olunan işi hallarının aydınlaşdırılması üçün klinikanın işçilərinin şahid qismində dindirilməsini xahiş etmişdir (Vəsatət). Yuxarıda göstərilənlərə əsasən bir daha qeyd etmək istəyir ki, klinika ilə Şahid2 arasında olan hüquq münasibəti tərəflər arasında bağlanmış mülki-hüquqi müqavilə olan xidmət müqaviləsindən irəli gələn mülki hüquq münasibətidir və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkibi yoxdur. Odur ki, X9 Gəncə-Daşkəsən regional şöbəsinin xx.xx.2024-cü il tarixli, MN ******* seriya və nömrəli qərarı qanunsuz olduğundan ləğv olunmalı və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən X1 vəkili Nümayəndə2 şikayətin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, X2 Əmək Müfəttişliyi Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X10 tərəfindən qəbul edilmiş “İnzibat tənbeh vermə haqında” 29 dekabr 2024-cü il tarixli qərarı ilə 4000 (dörd min) manat cərimə olunmuşdur. Heç bir müstəqil araşdırma aparmadan, tamamilə qanunsuz və əsassız olaraq qərar qəbul edilmişdir. X6 ilə işləyən bütün işçilərin əmək müqaviləsi olmuşdur. Şahid2 X17 Sağlamlıq Mərkəzinin işçisidir və əmək qanunvericilikdə nəzərdə tutulmuş həftəlik, günlük iş saatlarını qeyd olunan müəssədə yerinə yetirir. Şahid2 “İstanbul Genetics” klinikada qeyri-müəyyən şəxslərə xidmət göstərməmiş, yalnız özünün xəstələrini klinikaya müəyinə edilməsi üçün göndərmişdir. X16 Məhkəməsi də bu hallara qiymət verərək “X12” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam vermişdir..Ona görə də məhkəmədən şikayətin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş və məhkəməyə yazılı mülahizə təqdim etmiş X14 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi Nümayəndə1 şikayətin təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Qanunla müəyyən edilmiş qaydada X4 və Gəncə Şəhər Prokurorluğuna məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə məhkəmə iclasının X3 və Gəncə Şəhər Prokurorluğunun nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş inzibati xəta haqqında iş üzrə qərarı nəzərdən keçirib, şikayət vermiş şəxsin vəkilinin izahatını dinləyib, hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilmiş: -X3 barəsində tərtib edilmiş 29 dekabr 2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 192.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 (dörd min) manat inzibati cərimə olunmuşdur. -Elektron çıxarışdan görünür ki, Şahid2 “Gəncə şəhər Birləşmiş Xəstaxanasında həkim-mama-ginekoloq vəzifəsində işləyir. -Elektron çıxarışdan görünür ki, X5 “X12” MMC-də baş direktor vəzifəsində işləyir. -Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(125)-28/2025 nömrəli qərarından görünür ki, “X12” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilmişdir. -Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(104)-204/2025 nömrəli qərarından görünür ki, “X12” MMC-in nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş və Gəncə Şəhər Məhkəməsinin 03 mart 2025-ci il tarixli 3(125)-28/2025 nömrəli qərarı ləğv edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Vəzifəli şəxs X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Prokurorluğu tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “inzibati xəta haqında iş üzrə icraatın başlanması haqqında qərarda qeyd edilmişdir ki, vəzifəli şəxs X6 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin tələblərinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı halda həmin tələbləri pozaraq, yəni əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən baş direktor vəzifəsini icra etdiyi Gəncə şəhəri, Heydər Əliyev prospekti 64, ünvanında yerləşən “X12” MMC-də Şahid2 2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək həkim-mama-ginekoloq kimi işlərin yerinə yetirilməsinə cəlb etmiş bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgörürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi inzibati xətasını törətmişdir. Lakin, bu faktlar məhkəmə iclasında araşdırılmış və müəyyən edilmişdir ki, Şahid2 Sərvəz qızının “Gəncə şəhər Birləşmiş Xəstaxanası”-da həkim-mamaginekoloq vəzifəsində çalışır, yəni “X12” MMC-də əmək müqaviləsi olmadan hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməmişdir. Vəzifəli şəxsin əməlində İXM-nin 192.1-ci maddəsinin tərkibi olması üçün əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi lazım idi. Belə ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(125)-28/2025 nömrəli qərarından görünür ki, “X12” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilmişdir. X15 Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(104)-204/2025 nömrəli qərarından görünür ki, “X12” MMC-in nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş və Gəncə Şəhər Məhkəməsinin 03 mart 2025-ci il tarixli 3(125)-8/2025 nömrəli qərarı ləğv edilmişdir. Hüquqi şəxsin əməlində inzibati xəta tərkibi olmadığına görə yəni Şahid2 “X12” MMC-də hər hansı işin yerinə yetirilməsinə cəlb edilməmə əsası ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(104)-204/2025 nömrəli qərarı ilə “X12” MMC-in İXM-nin 192.1-ci maddəsi ilə barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilmişdir. Həmin qərar qanuni qüvvəyə minmişdir. Belə olan halda eyni əsasla vəzifəli şəxsin inzibati məsuliyyətə cəlb edilməsi əsassız və qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə X3 təqsiri təsdiq olunmur. Buna görə də, X3 X14 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən tərtib olunmuş 29 dekabr 2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 75, 76, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X6 barəsində X14 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən tərtib olunmuş 29 dekabr 2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-848/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-848/2025
22.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver