Məhkəmə qərarları › İş №3(125)-85/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-85/2023

09.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-85/2023 09.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsinin sahə rəisi, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1991-ci il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, təqaüdçü, Bakı şəhəri, Xəzər rayonu, Zirə-2 qəsəbəsi, Hərbi şəhərcikdə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə uca səslə Gəncə şəhər Baş Polis İdarəsinin qarşısında idarə rəhbərliyini nalayiq ifadələrlə təhqir etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsinin sahə rəisi, polis leytenantı X3 inzibati xəta haqqında protokoldakı xüsusatları təsdiq edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, inzibati xəta haqqında protokolda qeyd edilən əməlləri törətmişdir. Belə ki, ərinin xırda küçə ticarəti ilə məşğul olması üçün icazə almaq qərarına gəlmişdir. Ona səhvən bildirmişlər ki, bunun üçün Gəncə şəhəri Baş Polis İdarəsinin rəis müavinindən icazə almaq lazımdır. O isə İdarəyə gedərkən polis əməkdaşları ilə aralarında narazılıq yaranmışdır. Nəticədə idarədə əməkdaşlarla polis idarəsində mübahisə etdiklərindən Gəncə Şəhər Məhkəməsi tərəfindən 200 manat cərimə olunmuşdur. Məhkəmə prosesindən sonra yenidən polis idarəsinə gedərək idarə rəisinin qəbuluna düşmək istəmişlər. Bu dəfə də polis əməkdaşlarının onlarla kobud rəftarından hiddətlənərək polis rəisini və rəis müavinin ünvanına təhqiramiz ifadələr işlətmişdir. İxtisasca hərbiçidir, atası Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Kəskin hipertireoz xəstəliyindən əziyyət çəkir. Buna görə də hətta ona əvvəllər əlillik dərəcəsi də təyin edilsə də, hazırda müddəti bitmişdir. Hərbi xidmət keçməsinə dair sənədləri məhkəməyə təqdim edərək barəsində yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, Şəxsnun barəsində İXM-in 510cu maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Şəxs barəsində tərtib edilmiş 09 yanvar 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə uca səslə Gəncə şəhər Baş Polis İdarəsinin qarşısında idarə rəhbərliyini nalayiq ifadələrlə təhqir etmişdir. Ona görə də Şəxsnun barəsində İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında təqdim edilmiş və iş materiallarına əlavə edilmiş hərbi qulluqçunun şəxsi vəsiqəsinin surətindən görünür ki, X2 hərbi qulluqçudur və kapitan hərbi rütbəsi daşıyır. Məhkəmə iclasında təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Hərbi biletin surətindən görünür ki, Şəxs 02 aprel 2016-cı il tarixdə Füzuli rayonunda minaya düşərək müxtəlif dərəcəli xəsarətlər almışdır. Beləliklə, Şəxsnun İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və həmçinin işdə olan digər sübutlarla tam sübuta yetirildi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxs məsuliyyətini yüngülləşdirən və ağirlaşdıran hal müəyyən edilməmişdir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda sadalanan qanunvericiliyin maddələrinə əsaslanaraq, məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsini, onun şəxsiyyətini, əməlini səmimi etiraf edərək peşmançılıq keçirməsini, hərbi xidmət keçərək xəsarət almasını nəzərə alaraq ona inzibati cərimə növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar