Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-852/2023 25.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü və 332.1-ci maddləri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin DYPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Gəncə Şəhər Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü və 332.1-ci maddləri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında işin məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, inzibati xəta haqqında material məhkəmənin dəftərxanasına verilmiş, müvafiq qaydada baxılması üçün qeydiyyata alınaraq, icraata verilmişdir. Lakin inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o iclasda iştirak etməmişdir. Məhkəmə iclas katibi protokolu tərtib etmiş şəxslə telefon əlaqəsi yaratmış, onun və barəsində icraat aparılan şəxsin iştirakının məcburiliyini ona bildirmişdir. Buna baxmayaraq, protokol tərtib etmiş şəxs məhkəmə iclasına gəlməmiş və barəsində icraat aparılan şəxsin də iştirakını təmin edə bilməyəcəyini bildirmişdir. Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 61.5-ci maddəsinə əsasən inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Barəsində icraat aparılan şəxsin iştirakı protokol tərtib etmiş orqan tərəfindən təmin edilmədiyindən işə mahiyyəti üzrə baxmaq mümkün olmamışdır. Bu baxımdan, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Gəncə şəhər Baş Polis İdarəsinin DYPŞ-nə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü və 332.1-ci maddləri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş protokol və ona əlavə olunmuş sənədlər Gəncə şəhər Baş Polis İdarəsinin DYPŞ-nə geri qaytarılsın. Sədrlik edən: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-852/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-852/2023
25.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver