Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-855/2022 25.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, Gəncə şəhər Probasiya Şöbəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2 Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Gəncə şəhər Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri Probasiya Şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN 032827 nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Gəncə şəhəri Nizami rayon məhkəməsi tərəfindən verilmiş 3(044)-382/2022 saylı, xx.xx.2022-ci il tarixli qərara əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona təyin olunmuş 180 saat ictimai işlər inzibati tənbeh növünü çəkməkdən imtina etmişdir. Qərarın icrasını təmin etmək məqsədi ilə Şəxs bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıqlar təqdim edilməsinə baxmayaraq, o, ictimai işlər tənbehini çəkməkdən imtina etmişdir. Məhkəmə iclasında Gəncə şəhər Probasiya Şöbəsinin nümayəndəsi X2 izahatında bildirdi ki, Gəncə şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ona 180 saat ictimai işlər inzibati tənbeh növü təyin olunmuşdur. Şəxs təyin edilmiş ictimai işlər inzibati tənbeh növünü çəkməkdən mütəmadi olaraq imtina edir. Belə ki, o, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə işə çıxmamış, o bugünədək ictimai işlərin 68 saatını çəkmiş, 112 saat ictimai işlər tənbehi isə çəkilməmiş qalmışdır. Qərarın icrasını təmin etmək məqsədi ilə Şəxs bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıqlar təqdim edilmişdir. Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 529.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, məhkəmə qərarı ilə təyin edilmiş 180 saat ictimai işləri səhhətində olan xəstəlik səbəbindən çəkməmişdir. Bundan sonra həmin tənhehi yerinə yetirəcək, bir də tənbehin icrasından yayınmayacaqdır. Qeyd edilənləri nəzərə alaraq, onun barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 3(044)- 382/2022 saylı, xx.xx.2022 tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona 180 (yüz səksən) saat ictimai işlər inzibati tənbeh növü təyin olunmuşdur. İş materiallarına əlavə edilmiş icraata başlama haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 3(044)-382/2022 saylı, xx.xx.2022 tarixli qərarı əsasında icraat başlanılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 132347/22 nömrəli bildirişdən görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(044)- 382/2022 saylı qərarının icrası ilə əlaqədar Şəxs onun xx.xx.2022-ci il tarixdə Mənzil Kommunal təsərrüfat İstehsalat Birliyinin yaşıllaşdırma şöbəsinin 9 saylı sahəsində olması və müəyyən edilmiş ictimai işləri yerinə yetirməsi tələb olunmuşdur. İş materiallarına əlavə edilmiş Şəxs xx.xx.2022-ci il tarixli izahatından görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(044)-382/2022 saylı qərarının icrası ilə əlaqədar borclunun izahatı alınmış, inzibati tənbeh növünün çəkilməsi qaydalarını pozacağı halda inzibati qaydada həbs oluna biləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs xx.xx.2022-ci il tarixli izahatından görünür ki, Şəxs Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(044)-382/2022 saylı qərarı ilə ona təyin edilmiş 180 saat ictimai işlər inzibati tənbeh tətbiqini icra etməkdən imtina etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 132347/22 nömrəli xəbərdarlıqdan görünür ki, Şəxs Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(044)- 382/2022 saylı qərarı ilə təyin edilmiş 180 saat ictimai işlər inzibati tənbeh növünün çəkilməsi qaydalarını pozduğu üçün rəsmi xəbərdarlıq edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 529.4-cü maddəsi ilə barəsində protokol tərtib edilərək məhkəməyə təqdim ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş ictimai işlərin görüldüyü yerə baş çəkmə barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs ictimai işləri yerinə yetirməsi üçün təyin edilmiş ərazidə olmadığı müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş İctimai işlərin yerinə yetirilməli olduğu vaxtların cədvəlllərindən görünür ki, Şəxs xx.xx.2022-ci il; xx.xx.2022-ci il; xx.xx.2022-ci il; xx.xx.2022-ci il; xx.xx.2022-ci il; xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək; xx.xx.2022-ci il tarixlərdə cəlb olunduğu iş yerinə getməmişdir. İş materiallarına əlavə edilmiş Şəxs xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli izahatlarından görünür ki, o, səhhətində problem olduğu üçün ona təyin olunmuş ictimai işlər cəzasını icra edə bilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsinə əsasən ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırmağa görə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin qeydinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 529.4-cü maddəsində “inzibati tənbehin çəkilməsindən boyun qaçırmaq” dedikdə üzrsüz səbəbdən iki dəfədən çox ictimai işə çıxmamaq; həftədə iki dəfə və daha çox ictimai işlər növündə inzibati tənbehin icrası yerlərində əmək intizamını pozmaq; ictimai işlər növündə inzibati tənbehi çəkməmək məqsədi ilə gizlənmək başa düşülür. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmənin qərarı ilə təyin edilmiş ictimai işlər növündə tənbehin çəkilməsindən boyun qaçırmış, ona edilmiş xəbərdarlıqlara baxmayaraq, cəzasının icrasını lazımınca təmin etməmiş, üzrsüz səbəbdən iki dəfədən çox ictimai işə çıxmamışdır. Məhkəmə hesab edir ki, Şəxs məhkəmənin qərarı ilə təyin edilmiş ictimai işlər tənbehinin çəkilməsindən boyun qaçırmışdır. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 25 (iyirmi beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 25 oktyabr 2022-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X6
Məhkəmə qərarları › İş №3(125)-855/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-855/2022
25.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver