Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-855/2025 10.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novuz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X2 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 40 (qırx) manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X5 şikayət verərək, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, istifadəsində olan (nəqliyyat vasitəsini idarə etmək hüququ ilə) boz metallik rəngli, CHEVROLET CRUZE minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili Gəncə şəhəri, İ.Qayıbov küçəsində öz yolunda sol zolaqla hərəkətdə olan zaman, arxasında 2-3 maşın olmuş, o, sola dönmək üçün qabaqcadan dönmə siqnalını yandıraraq, arxasındakı maşınlara qarşıda sola dönmə manevr barədə xəbərdarlıq etmişdir. Həmçinin dönüşə başlamazdan əvvəl yan güzgülərə baxmış və manevr üçün heç bir maneənin olmadığına əmin olmuşdur. O, sola dönəndə arxasındakı qırmızı rəngli, ** BK *** dövlət nömrə nişanlı Toyota Prius markalı avtomobil öz hərəkət zolağından çıxaraq, əks istiqamətli yol keçməklə qarşıdan gələn zolağa daxil olaraq (onun qabağında 2 maşın olmağına baxmayaraq) əks istiqamətə çıxmaqla yol hərəkəti qaydalarını kobud surətdə pozaraq ötmək manevrinə başlamış və beləliklə də ** BK *** dövlət nömrə nişanlı Toyota Prius markalı avtomobil qarşıdan gələn zolağa çıxıb ötmək istəyən zaman onun avtomobili ilə toqquşdu. Baş verən yol-nəqliyyat hadisəsindən sonra qırmızı rəngli ** BK *** dövlət nömrə nişanlı Toyota Prius markalı avtomobilin sürücüsü arxaya sürərək avtomobilini park etmişdir. Baxmayaraq ki, yol-nəqliyyat hadisəsi baş verən zaman polis gələnə qədər avtomobilləri yerindən tərpətmək olmaz. Yol-nəqliyyat hadisəsi baş verəndən dərhal sonra polisə müraciət etmişdir. Polis inspektoru kiçik leytenant X7 gələn zaman hadisə yerinə protokol tərtib etməyib və yol qəzasının sxemini çəkməyib. Polis inspektoru, kiçik leytenant X7 onların sənədlərini götürmüş və onlara, qanunsuz olaraq gedib onların sərxoş olub-olmamaları və narkotik vasitə qəbul edibetməmələri ilə bağlı testlərdən keçmələrini, sonra isə yol polis bölməsinə getmələrini bildirmişdir. Onlar gedib qeyri-qanuni sipirtli içki və narkotik vasitə qəbul edilib-edilməməsi ilə bağlı yoxlanılmışlar və heç birində narkotik vasitə və ya spirtli içki qəbulu aşkar edilməmişdir. Sonra polis inspektoru, kiçik leytenant X4 artıq onları gözlədiyi yol polis bölməsinə getmişlər. Yol polis inspektoru, kiçik leytenant X1 olan zaman o, yol-nəqliyyat hadisəsi baş verən qəzada hər iki sürücün günahı olmasını bildirdi. O, yol polis inspektoru, kiçik leytenant X6 öz etirazlarını bildirərək, heç bir günahının olmadığını, qırmızı rəngli ** BK *** dövlət nömrə nişanlı Toyota Prius markalı avtomobilin sürücüsünün onun arxasında gedən 3-cü maşın olaraq gəldiyini, qırmızı rəngli ** BK *** dövlət nömrə nişanlı Toyota Prius markalı avtomobilin sürücüsinin öz zolağından keçərək qarşıdan gələn zolağa daxil olaraq (onun qabağında 2 maşın olmağına baxmayaraq) əks istiqamətə çıxmaqla yol hərəkəti qaydalarını kobud surətdə pozduğunu və nəticədə onun avtomobili ilə toqquşmasını bildirmişdir. Onun dediklərini nəzərə almayaraq yol polis inspektoru, kiçik leytenant X8 onların hər ikisinə İXM-nin 327.1-ci maddəsi protokol tərtib etdi və yolnəqliyyat hadisəsi baş verən qəzada günahı hər ikisinin üzərinə qoymuş, halbu ki, qırmızı rəngli ** BK *** dövlət nömrə nişanlı Toyota Prius markalı avtomobilin sürücüsü də günahın onda olmasını yol polis inspektoru, kiçik leytenant X6 bildirmişdir. O, yol polis inspektoru, kiçik leytenant X6 video görüntülərin ona göstərilməsini tələb etsə də, o, video görütülərin ona göstərilməsindən imtina etmiş və yazdığı qərardan narazı olduğu halda Məhkəməyə şikayət etməyini bildirmişdir. O də məcbur qalıb hazırki şikayətlə məhkəməyə müraciət etmiş və qeyd edilənlərə əsasən Gəncə şəhər DYPŞ-nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli tənbeh vermə haqqında qərarını qanunsuz və əsassız hesab edir. Hesab edir ki, onun əməlində inzibati xəta hadisəsi yoxdur və inzibati xəta hadisəsi və əməlində inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında icraata xitam verilməli və inzibati xəta haqqında qərar ləğv olunmalıdır. Gəncə şəhər DYPŞ-nin istifadəsində olan (nəqliyyat vasitəsini idarə etmək hüququ ilə) boz metallik rəngli CHEVROLET CRUZE minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilinə və ona dair yazılmış, tətbiq edilmiş TP ******* nömrəli xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yazılmış inzibati xəta haqqında qərarın, inzibati xəta törətmədiyinə görə, əməlində inzibati xəta tərkibi olmadığına görə həmin inzibati xəta üzrə qəbul olunmuş qərarı ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş X5 izahatında ərizəni müdafiə edərək bildirmişdir ki, o, pozuntunu törətdiyini əks etdirən videogörüntüyə baxmış və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməmişdir. Ona görə də xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinə məlumat verilsə də nümayəndələrinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara, şikayətçinin məcmu halda qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli nömrəli inzibati vermə haqqında qərarın surətindən görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozulmasına görə, onun barəsində 40 (qırx) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş videogörüntüdən görünür ki, CHEVROLET CRUZE minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyət vasitəsini idarə edən X5 əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə - qırx manat məbləğində cərimə edilir. Məhkəmə, şikayətin dəlillərini əsassız hesab edir. Belə ki, iş materiallarında olan görünür ki, CHEVROLET CRUZE minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyət vasitəsini idarə edən X5 əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şikayətçi məhkəmə iclasında həmin xətanı törətmədiyini bildirmiş, buna görə də inzibati qərarın ləğv edilməsini xahiş etmişdir. Yol hərəkəti haqqında qanunun 42-ci maddəsinin Vİ bəndində əsasən dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. Solda hərəkət hissəsi ilə bir səviyyədə yerləşən eyni istiqamətli tramvay yolları olduqda, 5.8.1 və ya 5.8.2 nişanları ilə başqa hərəkət qaydası müəyyən edilməmişdirsə, həmin yollardan keçərək sola və geriyə dönmək lazımdır. Bu zaman tramvay üçün maneə yaradılmamalıdır. Həmin qanunun Vİİ bəndində əsasən elə dönmək lazımdır ki, nəqliyyat vasitəsi hərəkət hissələrinin kəsişdiyi yerdən çıxarkən, qarşıdan gələn nəqliyyatın yoluna keçməsin. Nəqliyyat vasitəsi sağa dönərkən, hərəkət hissəsinin mümkün qədər sağ kənarına yaxın hərəkət etməlidir. Bunun əksi olaraq iş materiallarına əlavə edilmiş videogörüntüdən aydın olur ki, inzibati xətanın törədildiyi yolda X5 əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını əməl etməmiş və qanunvericiliyin tələbini pozmuşdur. İşin bu hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, səlahiyyətli orqanın vəzifəli şəxsi haqlı olaraq X3 inzibati məsuliyyətə cəlb etmiş və onun barəsində inzibati tənbeh tətbiq edilməsinə dair qərar qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməməli, onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli nömrəli inzibati tənbeh vermə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara alır: X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-855/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-855/2025
10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver