Məhkəmə qərarları › İş №3(125)-857/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-857/2022

25.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-857/2022 25.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, zərərçəkən şəxs Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə Şəhər Baş Polis idarəsi 2-ci polis şöbəsindən daxil olmuş inzibati iş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Gəncə Şəhər Baş Polis idarəsi 2-ci polis şöbəsində tərtib olunmuş material baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə Şəhər Baş Polis idarəsi 2-ci polis şöbəsinin polis sahə rəisi, polis leytenantı Adil İmanov tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və raportda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs ünvan 1 ünvanda yerləşən mənzilinə qonaq qismində gələrək danışıb qaytaracağını vəd edib 1 ədəd 450 manat dəyərində “Redmi Note 10S” markalı mobil telefonunu dələduzluq edərək ələ keçirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Adil İmanov inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs 19 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə və xx.xx.2022-ci il tarixdə tarixdə Gəncə şəhər 2-ci Polis şöbəsinə ərizə ilə müraciət edərək tanışı Şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək onun yaşadığı ünvan 1 ünvanda yerləşən mənzilində qonaq olduğu müddətdə ona məxsus 2000 manat nəğd pulu, 900 manat dəyərində “Redmi Note 10 S” markalı mobil telefonu, 1200 manat dəyərində qızıl zinyət əşyasını və ona “iPhone 14 Pro max” markalı mobil telefon almaq adı ilə plastik kartında olan 2000 manat pulunu ələ keçirmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilmiş, lakin Şəxs tərəfindən törədilmiş xırda talama, yəni Zərərçəkmiş şəxs 450 manat dəyərində “Redmi Note 10 S” markalı mobil telefonu dələduzlu yolu ilə ələ keçirməsi Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, sonuncu barəsində müvafiq protokol tərtib edildiyini bildirmişdir. Məhkəmə iclasında zərər çəkən şəxs Məmmədova X1 Əhməd Natiq oğlunu evində qonaq edən zaman Əhməd ona “İPhone 14Pro Max” mobil telefon olduğunu 2000 manat müqabilində ona ala biləcəyini bildirmiş, o, da Əhmədə 1000 manat vermiş, qalan 1000 manatı da plastik kartından çəkə biləcəyini demişdir. Daha sonra Əhməd ona məxsus “Redmi Nete 10 S” markalı mobil telefonu bir neçə saatlıq danışmaq adı ilə almış, lakin qaytarmamış, buna görə də o, polisə müraciət etmişdir. Sonda o, Əhmədin ona dəymiş ziyanı ödəmədiyini, sonuncuya ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs bildirmişdir ki, Günay özünə məxsus “Redmi Nete 10 S” markalı mobil telefonu könüllü olaraq o, özünə mobil telefon alanadək istifadə etməsi üçün vermişdir. O, da həmin telefonu istifadə etmiş, Bakı şəhərinə gedərkən özü ilə aparmışdır. Daha sonra onu Bakı şəhərində polis əməkdaşları saxlayaraq Gəncə şəhərinə gətirmişlər. Sonda o, qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 24 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2022-ci il tarixdən saat 11 radələrindən xx.xx.2022-ci il saat 22 radələrinədək Zərərçəkmiş şəxs məxsuss olan ünvan 1 ünvanda yerləşən mənzildə qonaq olduğu vaxt, danışıb qaytarcağını vəd etdiyi Günaya məxsus 450 manat dəyərində olan “Redmi Note 10S” markalı mobil telefonu oğurlamış, Şəxs əməlində cinayət tərkibi olmadığından toplanmış materallar üzrə cinayət işinin başlanılması rədd edilmiş, onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan inzibai qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə Şəhər Baş Polis idarəsi 2-ci polis şöbəsinə göndərilmişdir. - “İnzibati qaydada tutma haqqında” xx.xx.2022-ci il tarixli il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 23:10-da tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin izahatı, inzibati materialda olan digər sənədlərlə sübuta yetir və onun törətdiyi əməl İXM-nin 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmçinin İXM-nin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrıayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halllar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli onun tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar